Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Mətanət Əsədova 21 yaşlı gənci həbs etdirir

  • Müəllif  Asef

Mətanət Əsədova 21 yaşlı gənci həbs etdirir

 

8 fevral tarixində tanınmış müğənni Mətanət Əsədova ilə 21 yaşlı gənc Elsevər Mürsəllinin məhkəmə prosesinin son iclası baş tutacaq. Müğənni gənc fəalı həbs etdirməkdə iddialıdır.

Take.Az bildirir ki, bu haqda azxeber.com-a təqsirləndirilən şəxs olan Elsevər Mürsəlli özü məlumat verib.

Onun dediyinə görə, buna səbəb Mətanəti təhqir etməsi olub: "Bildiyiniz kimi, bir neçə ay öncə "Space TV"də alim Əziz Musaoğlu Mətanətə "sən fahişəsən" demişdi. Mən də o kişinin sözünə istinadla status yazdım və bildirdim ki, mən həbsxanada olanda şahid olmuşdum ki, Mətanət bir dəfə də olsun bacısının yanına gəlməyib. Bu statusumu bir neçə sayt xəbərləşdirmişdi. Bundan sonra Mətanət Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mənim barəmdə Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işinin başlanması və həbs edilməmi istədi. Prosesin hakimi Babək Pənahovdur".

EMürsəlli deyib ki, məhkəmə sisteminin ədalətinə inanır və Azərbaycanda söz, mətbuat, fikir azadlığı var: "Mən inanıram ki, məhkəmə ədalətli qərar verəcək. Sonuncu məhkəmə ayın 8-i saat 10:00-da Nəsimi Rayon Məhkəməsində olacaq. Mətanət məni, 21 yaşlı gənci, həbs etdirməkdə qərarlıdır. O əl çəkmir. Mənim də keçən "srok"dan üzərimdə rekizivit olduğu üçün mütləq həbs düsür. Mən sadəcə istinadla fikrimi bildirmişəm, əgər Mətanət ona "fahişə" deyən alimi cəzalandırmırsa, mən niyə həbs olunmalıyam? İnanıram ki, məhkəmə ədalətli qərar verəcək". 

Xatırladaq ki, Mətanət Əsədova ona "fahişə" deyən Əziz Musaoğlunu məhkəməyə versə də, sonradan iddiasını geri götürüb.



Oxşar mövzular:
  • Mətanət İsgəndərli-Sən varsan (2015 mp3)
  • Mətanət İsgəndərli-Almağa gəlin (2015 mp3)
  • Aytən: "Mətanəti söymədim deyə təpki oldu"
  • Mətanət İsgəndərli-El qızıyam (2014 mp3)
  • ŞOK! Mətanət İsgəndərli həbs ediləcək


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031