Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Tarkan dieti ilə 20 gündə 8 kiloqram arıqlayın

  • Müəllif  Admin
 

 

Meqastar Tarkan 20 gündə 8 kiloqram arıqlayıb.

Hər gün 1.5 saat məşq edərək köhnə formasına qayıdan Tarkan yağsız və şəkərsiz hər şeyi yeyə biləcəyi bir pəhriz tətbiq edib.

Klassik meyvə-tərəvəz pəhrizlərindən kənara çıxan Tarkan sevdiyi yeməklərdən məhrum olmadan buna nail olub.

Həmin pəhrizi sizə təqdim edirik:

Səhər yeməyi:

* 2 dilim kəpəkli çörək ya da yulaf əzməsi

* 100 qr. yağsız kəsmik

* Pomidor, badam salatı, təzə bibər

* Bir stəkan pəhriz südü / çay

* 30 dəqiqə sonra 1 stəkan qreypfrut, portağal, alma ya da kök suyu

Nahar:

* İki ədəd orta ölçülü qaynadılmış kartof

* 150-200 qr. toyuq,  yağsız qırmızı ət və ya balıq

* Duzsuz, yağsız salat

* Bir orta ölçülü banan və kivi

Şam yeməyi:

* Bir boşqab yağsız, duzsuz tərəvəz yeməyi (kartof və ya oxud əlavəli). İspanaq, gül kələmi, balqabaq və s. arasında seçim edə bilərsiniz.

*Tərəvəzli plov (duzsuz limonlu)

* Üç yumurta ağı

* Meyvə salatı (banan, kivi, armud, yaşıl alma, üzüm) 30 dəqiqə sonra bol limonlu rəndələnmiş kök

Şirniyyatlar:

Balqabaqlı şirniyyat: Limon suyu da əlavə edilə bilər.

"İrmik” şirniyyatı: İrmik tavada yaxşıca qovrulur. Su və limon suyu qaynadılır, isti şəkildə əlavə edilir.

"Etimek” şirniyyatı: Düyü unu, pəhriz üçün nəzərdə tutulan süd, dilimlənmiş banan və yüngül darçın əlavəli.

Qeyd: Gündə 3 fincandan çox nescafe içməyin. Çaya limon suyu əlavə edin. Həftədə ən az üç gün cökə çayı içə bilərsiniz.


Oxşar mövzular:
  • Gözəl və ehtiraslı qadınların "Kəpənək" sevdası - PƏHRİZ
  • Arıqlamaq istəyən kişilər üçün Tarkanın pəhrizi
  • Beli incəldən pəhriz
  • 1 aya 12 kilo arıqlayın - PƏHRİZ
  • Adriana LIma ariqlamaq yollari


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Noyabr 2018    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    Style I Style II Style III