reklam
Benzema da Ronaldunun ardınca Ərəbistana gedir Benzema da Ronaldunun ardınca Ərəbistana gedir https://take.az/uploads/posts/2023-04/1680343557_untitled-1_1_91680340513.jpg
ice berg

ice berg İdman 1-04-2023, 14:06

Benzema da Ronaldunun ardınca Ərəbistana gedir

Benzema da Ronaldunun ardınca Ərəbistana gedir
Madrid "Real"ının fransalı hücumçusu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanındakı klublardan birində davam etdirə bilər.

Bu barədə "Todofichajes" öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, forvard Madrid klubunun tərkibində çıxışını davam etdirmək istədiyinə əmin deyil. Artıq ona Səudiyyə Ərəbistanından karyerasını bitirmək üçün münasib olan təklifin göndərildiyi vurğulanıb.

Benzemanın klub qeydiyyatını gələn yay dəyişə biləcəyi qeyd olunur. 35 yaşlı futbolçunun "Real"la anlaşması cari mövsümün sonuna kimi hesablanıb. Eyni zamanda, klubu onunla yeni müqavilə imzalamayıb.
Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm La Liqada 16 oyuna çıxıb, 11 qol vurub və üç məhsuldar ötürmə edib.

Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir. Klubla birlikdə futbolçu beşi Çempionlar Liqası kuboku olmaqla, 23 kubok qazanıb. 2022-ci ildə forvard "Qızıl top"un sahibi olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
165 117 123 174 138 131

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.