Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Azərbaycanda bahalı avtomobil nömrələrinin varlı sahibləri [photo's]

  • Müəllif  Pervin_M

Hummer”, “«Audi Q7”, “Range Rover” kimi bahalı avtomobil sahiblərinin bir çoxunu siz də tanıyırsınız...

Avtomobillərin dövlət qeydiyyat nişanı (nömrə) ölkə ərazisində və ya xaricdə yol hərəkətində olarkən hər bir nəqliyyat vasitəsini fərqləndirən xüsusi lövhədir. Azərbaycanda avtomobillərə verilən qeydiyyat nişanı üçün dövlət rüsumu müəyyənləşdirilib. Nömrələrin alınmasına görə dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Qanunla 18 manat müəyyən edilib.
Avtomobil sahibləri isə bildirirlər ki, nömrə nişanı almaq heç də qanunda nəzərdə tutulan rüsumu ödəməklə başa gəlmir. Onlar qeydiyyat nişanına görə dövlət rüsumundan xeyli artıq pul ödədiklərini iddia edirlər. Deyirlər yaxşı nömrələrin də yaxşı qiymətləri var.

Amma etiraf etmək lazımdır ki, bir çox hallarda şəxsi minik avtomobillərinin dövlət qeydiyyat nişanı ilə təmin olunması prosesi zamanı vətəndaşların özləri qanunsuzluğa şərait yaradır. Yəni bəzi avtomobil sahibləri istədikləri nömrə nişanını amaq üçün dəridən-qabıqdan çıxır, rəsmi qurumun əməkdaşlarına rüşvət təklif edir, onları qanunu pozmağa şirnikləndirirlər.

Belələri əsasən, sıfırla başlayan (məsələn, 015, 005, 009), cüt (200, 600, 900 və s.), güzgü effektli (101, 303), eynirəqəmli (666, 111), ya da avtomobil sahibinin telefon nömrəsinin sonluğu ilə eyniyyət təşkil edən nömrələri əldə etməyə çalışan maşın sahibləridir.

Həmin nömrələri almağın neçəyə baş gəldiyini isə bir maşın sahiblərinin özləri, bir də dövlət qeydiyyat nişanı verən Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq şöbəsinin əməkdaşları bilirlər.

Məlumatlara görə, eynirəqəmli, cüt, güzgü effektli (avtomobil sahiblərnin diliylə desək «zerkalnı») kimi bahalı nömrələri almaq hər adama qismət olmur.

Adətən bahalı nömrə nişanları almaq istəyi tipik «avtoş»lara xas xüsusiyyət kimi qeyd edilsə də, bu, Azərbaycanda belə deyil. Çünki avtomobil sahibləri arasında «prestijli» nömrələr sayılan həmin qeydiyyat nişanlarına malik olanların əksəriyyəti vəzifəli şəxslərin övladları, kommersantlardır.
Araşdırmamıza görə, sıfırla başlayan, güzgü effektli, cüt və eynirəqəmli nömrə nişanlarına özəl həvəs göstərən azərbaycanlı avtomobil sahibləri arasında şou-biznes nümayəndələri – müğənnilər də xüsusilə seçilirlər.

Araşdırmalar göstərir ki, hansı məqsəd daşımasından asılı olmayaraq, bir çox avtomobil sahibləri qeyri-adi və ya «prestijli» nömrələr əldə etmək üçün istənilən məbləğdən keçməyə hazırdırlar. Onlar adi vətəndaşlardan başqa xüsusiyyətlərlə yanaşı, həm də avtomobillərinin nömrəsi ilə fərqlənmək istəyirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bir müddət öncə bildirmişdi ki, avtomobillərə dövlət nömrə nişanı verilmə proseduru belədir: “Nömrələr müraciət edənlərə növbəlilik əsasında verilir. Yəni nömrələrə ayrı-seçkilik qoyulmur ki, bu cüt nömrədir və ya əksinə... Kimin qismətinə çıxır, ona verilir...”.

K.Əliyevin sözlərinə görə, dövlət qeydiyyat nişanının verilməsi zamanı növbəsi çatan avtomobil sahibinin bəxtina hansı nömrə düşürsə, dövlət rüsumu ödənilməklə ona verilir. Yəni həmin nömrə cütrəqəmli də ola bilər, qarışıqrəqəmli də...
Kamran Əliyev onu da qeyd edib ki, Azərbaycanda maşın nömrələri arasında heç bir qiymət fərqi yoxdur. O, bahalı nömrələrin olduğu barədə deyilənləri də rədd edib.

Yuxarıda qeyd etdiyimiz kimi, eynirəqəmli, cüt, güzgü effektli avtomobil nömrələrinin sahibləri arasında müğənnilər xüsusilə seçilirlər. Özlərinə qismət, olduqca bahalı avtomobillər sürən şo-biznes nümayəndələrinin maşınlarına yalnız «prestijli» nömrə nişanları görmək olar.
Buna konkret misallar da göstərə bilərik.

 Məsələn, qiyməti 80 min ABŞ dollarından baha olan «Audi Q7» markalı avtomobil sürən xalq artisti Faiq Ağayevin maşınının nömrəsinə diqqət yetirin: nömrədə müğənninin ad və soyadının baş hərfləri qeyd edilib, yanında da üç eyni rəqəmlər – 10 FA 222...

Hamının milyoner müğənni kimi tanıdığı əmakdar artist Ədalət Şükürovun bir neçə bahalı avtomobili var, nömrələri də nadir nömrələr. Müğənninin idarə etdiyi 160 min dollarlıq «Range Rover»in üzərində 10 HP 100 nömrə nişanı asılıb.
Ə.Şükürovun «Mercedes” markalı avtomobilinin nömrəsi 10 PB 002-dir. Ədalətin «Lexus LS – 460» (127 min dollar), «Pontiac» ( 60 dollar) markalı maşınlarının nömrəsini öyrənə bilmədik, amma istisna deyil ki, onların nömrələri də adi nömrələr deyil.

 Müğənni Səidə Sultan 90 XV 093 dövlət nömrə nişanlı bahalı “Porsche” markalı avtomobil sürür.

Azəri qızı Günelin “Hyundaı” markalı avtomibilinin də super nömrə nişanı var - 90 GA 222.

Xalq artisti İlhamə Quliyevaya məxsus olan qara rəngli bahalı “Hummer” 90-CC-111 nömrə nişanına malikdir. 

Müğənni Ruhinin idarə etdiyi “Mercedess CLS" avtomobilinin özü kimi nömrəsi də bahalıdır - 10-ZO-777.

Şou-biznesin digər qalmaqallı müğənnisi Nüşabə Ələsgərli “Mercedes-ML” avtomobilinin nömrə nişanı necə deyərlər, “zerkalnı”dır - 10 LZ 101. Maşının qiyməti isə nə az, nə çox düz 160 min dollardır.  

Populyar müğənni Röya da nömrə məsələsində həmkarlarından geri qalmır. Onun “Mersedes GeLandeWagen” avtomobili 10-SS-040 nömrə nişanına malikdir. 

Maddi imkanlarına görə bir çox həmkarından qabaqda olan müğənni Abbas Bağırovun bahalı avtomolinin yaxşı nömrəsi var - 90-BA-006

Qalmaqalları ilə tez-tez şou-biznesin gündəmini zəbt edən Rəqsanə  «Range Rover» sürür. 90 min dollar qiyməti olan bu maşının super nömrəsi var - 90 EZ 999...

Xuraman Şuşalının idarə etdiyi və çox bahalı olan (80 min dollar) "Audi Q7” da qibtə ediləcək nömrəyə malikdir - 10 SP 007...
 
Xatirə İslamın sürdüyü və bir müddət öncə naməlum şəxslər tərəfindən üstü cızılan "Range Rover" markalı avtomobilin nömrəsi də çoxları üçün əlçatmaz sayıla bilər - 10 MC 111.

Aygün Kazımovanın 170 min dollarlıq ağ rəngli «BMW 750» markalı avtomobilin nömrə nişanına həsəd aparanlar var - 90 BL 009.

İstisna deyil ki, Namiq Qaraçuxurlunin 90 min dollarlıq «Lexus GX»si, Nadir Qafarzadənin 80 min dollarlıq «Audi Q7»si, Tünzalə Ağayevanın 73 min dollarlıq «Volkswagen Touareg»i, Səməd Səmədovun 60 min dollarlıq «Mercedes GL»i də çoxları üçün əlçatmaz nömrə nişanlarına malikdir.

Beləliklə, şou əhli təkcə qalmaqallarla, şəxsi həyatlarına aid xəbərlərlə yadda qalmırlar, onlar həm də avtomobillərinin qiymətləri və sürdükləri maşınların dövlət nömrə nişanlarıyla seçilirlər...//modern.az
 

Faiq Ağayev bu nömrə nişanı ilə həmkarlarına acıq verə bilər:


 
Müğənni Ruhinin bahalı avtomobili nömrəsinə görə çox məşhurdur:
 

 Röyanın avtomobili... Maşın sadə nömrə daşımır:
 

 Abbas Bağırovun maşınında olan dövlət nömrə nişanı çoxları üçün əlçatmaz sayıla bilər:


Azəri qızı Günelin bu orijinal nömrəsi həm də svarovski daşları ilə bəzədilib:
 

 Səidə Sultan 90 XV 093 nömrəli öz “Porsche” ilə:
 

 Aygün Kazımovanın 170 min dollarlıq «BMW»si.... Onun nömrəsinə həsəd aparanlar var-90 BL 009:
 


 Qalmaqallı Nüşabə Ələsgərli “Mercedes-ML” maşınındakı 10 LZ 101 nömrəsi ilə öyünə bilir:
 
 
Ədalət Şükürovun bundan da bahalı 5 avtomobili var, sağlığına qismət: 
 



Oxşar mövzular:
  • Azərbaycanlı qadınlar hansı maşınlara üstünlük verir?
  • Azərbaycanda 'zerkalnı' avtomobil nömrələri neçəyədir? [qiymətlər]
  • Məşhurlarımızın bahalı avtomobilləri - QİYMƏT
  • Azərbaycan şou-biznes ulduzlarının maşınları siyahı
  • Şəxsi avtomobillərdən AA seriyalı nömrələr yığışdırılacaq


  • Gerİ dön


    16 şərh

    • Hilal
    • 13 fevral 2012 14:40
    •  

    • Kim istemez,ki ele imkani olsun?
      Ya da kime ele imkan verilse redd eder?
      Dovlet rusumu 18 manat qeyyyyde alinib sadece!!!))


    • Hilal Hekalov
    • Xəbərlər: 0
    • Şərhlər: 6
    • İCQ: +79043533352


    • hmmmm twk


    • MuraD
    • Xəbərlər: 1
    • Şərhlər: 647
    • İCQ:

    • KAMUEL
    • 25 iyul 2011 00:23
    •  

    • EDALETDE USAQIN AYAGINDAN YAPISIB 10 PB 002 ALIB YONUNU BILIRDE GIRMEYIN rapci


    • ELNUR SIRINOV
    • Xəbərlər: 0
    • Şərhlər: 1
    • İCQ: 6666


    • Eziiyete gore tesekkur......

    • --------------------------------------------
      Sən varsansa həyat çox gözəl !



    • LeylusSs
    • Xəbərlər: 24
    • Şərhlər: 418
    • İCQ:


    • tewekurler sekillere gore hello


    • mehdi
    • Xəbərlər: 0
    • Şərhlər: 29
    • İCQ:


    • dry

    • --------------------------------------------
      Bir ERKEK seni mahvetmeye YEMIN ettiyse merak etme, icer ve kendine eder,ama bir KADIN YEMIN ettiyse kesinlikle MAHVEDER..!!

    • Pervane
    • Xəbərlər: 51
    • Şərhlər: 564
    • İCQ:


    • Sitat: Hekim_qiz
      varliga ne darliq..bu deqiqe onlarin bir mawinin onda bir hissesine mohtac xesteler var eeee..ozunuzle o dunyaya mawin yox yaxwiliqlarivizi aparacaqsiz...

      ehsen gozel ehtiyaci olanlar bir para corek tapmirlar olara el yetirilmir ama ozleri pul ustunde oturublar bular bekarciliqda pul cirirlar ee

    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 162
    • Şərhlər: 8498
    • İCQ:


    • Cox sagol xebere gore dunyanin mallari burda qalir o biri dunyaya aparmirlarki

    • --------------------------------------------

    • Shebnem
    • Xəbərlər: 57
    • Şərhlər: 1749
    • İCQ:


    • BU DÜNYA İMTAHAN DÜNYASIDIR, ONLAR BU İMTAHANDAN NEÇƏ ALARLAR................?


    • Anar
    • Xəbərlər: 0
    • Şərhlər: 3
    • İCQ:


    • Dunyanin mali ele dunyade qalacaq ozleri ile dartib aparmiyacaqlar ki, ozleri ile apardiglar 12 metrklik kefen olacaq esas odur can sag olsun esasda odur.menim bucur mashinim olsaydi satib kimsesiz ushaglara serf eliyerdim.

    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 162
    • Şərhlər: 8498
    • İCQ:


    • no comment


    • Xəbərlər: 0
    • Şərhlər: 0
    • İCQ:


    • Sagliqlarina qismet...
      Amma o pullarin xec olmasa yaei faizini ....
      Cemiyyete xeyir olan iwlere xercleseler...
      Insanlarin insanligini qazanardiq...

    • --------------------------------------------
      Təmiz Tutmaq Üçün Savaşmazsan....
      Kirləndi Deyə Şikayət Etmeye Haqqin Yoxdur....

    • LeMaN
    • Xəbərlər: 76
    • Şərhlər: 2159
    • İCQ:


    • ehhh...molades...

    • --------------------------------------------

    • Xəbərlər: 0
    • Şərhlər: 4211
    • İCQ:


    • deyirem bu muggenilere deyen lazimdi ki, attow deyilsiz ki,bele nomrelernen aftowluq edirisz weherde bulvarda .faiq ageyevi men qizil wlaqer olmagin bilirdim aftow olmagin bilmirdim ancaq .indi aydin oldu kayif babaya zeng edecem tokyodadi hal hazirda .bir az evvel zeng etmiwdim mene dedi ki, bu ne vaxtin zeng etmeyidi indi burda gece saat 3 qalir an bew deqiqe ..bu eflatunun nomresne catan olmadi ancag eflatun_ 007.kayif babanin mawnin yoxdu nomresi oda deyir ki, oz nomreni ver mene mawni syre bilim ora bura..


    • Eflatun_007
    • Xəbərlər: 0
    • Şərhlər: 500
    • İCQ: 7


    • hmm vallah hec nomre zad bilmirem ne bahali noredi nede ucuz hec bawim cixmir twkler))))))))))))))

    • --------------------------------------------
      Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.

    • გალო,ლ�?ა
    • Xəbərlər: 173
    • Şərhlər: 4518
    • İCQ:


    • bunlar senetcilerin mawinlarnin nomreleridir mawinlaridi sagliglarna qismet .bahali ucuzlu nomre meselesi mence aftobazligdan ireli gelen meseledi .ele adam var ki, cyt nomreynen mawin syryr deyek ki, 100, 500ancaq mence ele nomre olsun mawin ycyn qayilar desinler ki, bu mawnin nomresi var..teak az saytinda bu deqiqe en bahali nomre mendedi eflatun _007.


    • Eflatun_007
    • Xəbərlər: 0
    • Şərhlər: 500
    • İCQ: 7

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III