Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Yeniyetmələri evdən qaçaq salan nədir?

  • Müəllif  Aysel

 Məlum olduğu kimi, bir neçə gün əvvəl Kürdəmir rayon sakinləri olan 3 yeniyetmə qız evdən qaçıb. Aparılan araşdırmalar nəticəsində qızların internet vasitəsilə Bakıda oğlanlarla tanış olduğu və onlarla görüşmək üçün Bakıya gəldiyi məlum oldu. Qızlar tapılaraq ailələrinə təhvil verilib. Onun ardınca Zaqatala rayonunda da 2 oğlan uşağının itkin düşməsi məlum olub və hələ də tapılmayıb.Həm yeniyetmələrin ailəsi, həm də cəmiyyətin narahatlığına səbəb olan hər iki hadisənin arxasında müəyyən məlum və naməlum səbəblər durur. Bu gün mütəxəssislərlə birgə bu kimi halların baş vermə səbəblərini araşdıracağıq.

Problem nədədir?

Hadisənin əsasında xüsusən yeniyetmə yaşlarında ziddiyətli psixoloji durum və onun təhlükəli hallara yol açması dayanır. Eyni zamanda, valideynlərin düzgün olmayan mövqeyi və tərbiyə üsulu, zərəli vərdişlərdən uzaqlaşdırmaq üçün seçdikləri metodlar yeniyetmə və gəncləri evdən qaçmağa belə məcbur edə bilir. Övlada yanaşma forması, onu qiymətləndirmə bir sıra problemlərə yol açır. Vəziyyəti daha da çətinləşdirən səbəblərdən biri də kommunikasiya vasitələri, onlardan nəzarətsiz və yanlış məqsədlər üçün istifadə etməkdir.
17 yaşlı Səbinə deyir ki, özünü çox tək hiss edir. Niyəsə elə düşünür ki, valideynləri onu sevmir: “Həmişə mənim istəklərimə qarşı çıxırlar. Nə desəm, onun səhv olduğunu deyirlər və qəti şəkildə qadağan edirlər. Hər şeyi onların dediyi kimi etməyimi istəyirlər. Seçdiyim dostları da mənə uyğun görmürlər. Elə bil qəsdən məni başa düşmək istəmirlər. Əslində mən istəyərəm, elə bir anam olsun ki, onunla rahat danışa, ürəyimi bölüşə bilim. Ancaq bu, bizdə mümkün deyil. Sonradan səhv olduğunu düşündüyüm addımlar atıram. Hansı ki, bunu evdə bilsələr, mənə nələr edərlər. Amma bu qorxu, sıxışdırma çox pisdir. Adam ancaq baş götürüb qaçmaq istəyir…” Bu gün Səbinə kimi düşünən yeniyetmələr çoxdur. Bu, ailə və cəmiyyət üçün heç də gözdən qaçan və üstündən keçiləcək problem deyil. Gələcəkdə məlum hadisə və digər problemlərə yol açmasın deyə vaxtında məsələyə düzgün və ciddi yanaşmaq lazımdır.

“Məni heç kim anlamır”

Psixologiya və Konsultasiya Mərkəzinin (PCC) psixoloqu Elnur Rüstəmovun sözlərinə görə, valideylərin diqqət edəcəyi məqamlar çoxdur: “Çünki hər bir yeniyetmənin özünəməxsus psixoloji halları olur. Yeniyetmənin bir devizi var: məni heç kim anlamır, başa düşmür. Proses, ilk növbədə, fiziki inkişaf, dəyişiklikdən və onun yaratmış olduğu müəyyən psixoloji davranışlar, münasibətlərdən formalaşır. Adətən oğlanlarda gedən bu inkişaf nəticəsində səs dəyişikliyi yaranır, orqanizmin müəyyən hissəsi inkişaf edir, kənardan diqqət, sevib-sevilmək istəyirlər. Fikir versək, görərik yeniyetmələr gündə bir nəfərə aşiq olacaqlar. Müəyyən mahnılara qulaq asırlar ki, ailə üzvləri o mahnıları qətiyyən eşitmək istəmirlər. Onlar isə əksinə daha yüksək səslə qulaq asacaq və göstəmək istəyəcəklər ki, siz heç nə başa düşmürsünüz, əsl musiqi budur. Valideynlərinin dünyadan bir şey anlamadıqlarını düşünərlər”.

Yeniyetmələr nə istəyir – valideyn nə verir?

Psixoloq bildirir ki, bu yaşda yeniyetmələr özlərinə qapılır, otaqda tək qalmaq istəyirlər. Müəyyən qədər ünsiyyətdən qaçırlar. Telefonla çox danışırlar. İnternetdə daha çox vaxt keçirməyə üstünlük verirlər. Bununla daha çox valideynlər rastlaşırlar ki, yeniyetmələrin çimmək problemi olur. Onları hamama salmaq çox çətin olur. Əksər yeniyetmələr gigiyenik cəhətdən özlərinə qulluq etmirlər”. Müsahibimiz qeyd edir ki, problemə də yol açan ailənin bu çətinliklərə dözməməsi olur: “Belə olan təqdirdə valideyn şiddətə meyl etməyə başlayır. Hər hansı yoldan yayındırmaq üçün cəzalandırma üsulunu seçir. Bu cəza metodu yeniyetmənin evdən uzaqlaşmasına, zərərli vərdişlərə qurşanmasına, dərslərindən uzaqlaşmasına və daha çox cəmiyyətdə neqativ, pis mövqe tutan insanlarla yaxınlaşmasına gətirib çıxarır”.
Psixoloqun fikrincə, yeniyetmələrin beynində bir zərərli şey də var ki, asan peşə üsullarını, karyera qurmaq metodlarını seçirlər: “Məsələn, oğlanlar deyir ki, mən futbolçu olacam. Burda söhbət futbolçunu aşağılamaqdan və onun zəhmətini dəyərləndirməməkdən getmir. Söhbət ondan gedir ki, onlar oxumaq istəmədiklərindən bu yolu seçirlər ki, idmandı da, nə var ki? Bir gün də qalib olmaqla hər şeyimiz olacaq. Valideynlər bu məqama diqqət göstərməlidirlər”.

Kumir axtarışlarının fəsadları

Elnur Rsütəmov deyir ki, zərərli vərdişlərdən biri də yeniyetmələrin kumir axtarmalarıdır: “Filankəs siqaret çəkdi, filan qız ərə getdi, filankəs çoxlu oğlanlarla danışır, mən niyə etməyim? Mənim onlardan nəyim əskikdir? Bu kimi hallar olur və bunu da anlayışla qarşılamaq lazımdır. Məsələn, valideyn bilməlidir ki, onun övladı nə istəyir, meyli nəyədir? Övladının şəxsiyyətini alçatmamalıdır, onu təhqir etməməlidir. Çünki onun şəxsiyyəti yeni-yeni formalaşır. Onların şəxsiyyətinə toxunan istənilən söz mənfi reaksiyaya səbəb olur. Baş verən prosesdə də qızlar hazırlığa getmək adıyla evdən çıxıblar. Ola bilər ki, onlarda da dərs prosesində bir problem olub, ya evdə onları başa düşməyiblər. Birləşərək bu cür hərəkət ediblər.

Qızlar niyə “sevirəm” sözünə hər şeyi qurban edirlər?

Həmsöhbətimizin sözlərinə görə, bir kəs onun şəxsinə dəyər verirsə, yeniyetmə belə bir şeydə heç vaxt ona borclu qalmayacaq: “Əgər kimsə bir qıza dəyər verdisə, o, hər şeyini ona qurban verməyə hazır olacaq. Hər hansı bir oğlan yaxınlaşıb, ona “səni sevirəm” deyirsə, o həmin oğlandan özünə qarşı bir diqqət görür. Ona görə də, ona lazım olandan çox bağlanır. Bir şeyə diqqət edək ki, yeniyetmənin kiməsə bağlanması müəyyən müddətə qədərdir. O, yeniyetməlik dönəmində hətta 10-15 adamı sevə bilər. Hər dəfə də bu diqqəti, qayğını, dəyəri göstərəcək. Fikir versəniz, əgər ailədə o yeniyetməyə diqqət göstərilməsə, o bunu kənarda başqa birində axtaracaq. Proses də elə gedir ki, bu münasibəti qızdırsa oğlanlarda, oğlandırsa qızlarda axtarır. Hətta bir qız diqqət görmək üçün 5-6 oğlanla danışır. Valideyn buna diqqət etməlidir. O, sevgini, dəyəri özü verməlidir ki, övlad da onu kənarda axtarmasın. Doğrudur, övladın valideynə qarşı aqressiyası ola bilər, onlara özünü başa düşmədiyini deyə bilər. Valideyn belə olan halda dözüm göstərməlidir. Əks təqdirdə xoşagəlməz proseslər baş verir”.

Evdən qaçmış qız qayıdandan sonra…

Psixoloqun fikrincə, əgər artıq hər hansı qız övladı evdən qaçmaq kimi bir addım atıbsa, məsələn, məlum məsələdə hər 3 yeniyetmə qız reabilitasiyaya getməlidir: “Psixoloji seanslara getməlidirlər. Çünki onların yenidən ailəyə qayıtması lazımdır. Həmçinin, bu prosesin ictimailəşməsi onların özlərini diskomfort hiss etməsinə gətirib çıxara bilər. Bununla da, onlarda adekvat olmayan hərəkətlər formalaşır. Xəcalət hissindən özünəqəsd kimi hallar baş verə bilər. Ona görə də əvvəlcədən onu sığortalamaq üçün psixoloji reabilitasiyalardan keçirməlidirlər. Onları yenidən ailəyə qaytarmaq üçün psixoloji müşayiət olmalıdır. Ola bilər ki, yenidən evə qayıdandan sonra ailədə onlara hər hansı basqılar olar, müəyyən müddət yaxşı davranandan sonra yenə şiddət tətbiq edə bilərlər ki, həmin addımı bir daha təkrar etməsinlər. Ancaq bunlar birmənalı şəkildə yolverilməz hallardır. Psixoloji reabilitasiyadan keçəndən sonra onlar yenə dərslərinə qayıda, həyatlarını düzgün şəkildə davam etdirə bilərlər. Sabah da cəmiyyət üçün faydalı ola bilər. Bu, reabilitasiyanın aparılmasından asılıdır ki, ya elə bir səhv eləməsinlər, ya da onu təkrar eləməsinlər. Çünki bu yaşda gənclər yeni modellər, ekstrimlər axtarırlar, fərqlənmək, diqqət çəkmək istəyirlər. Bunun üçün də fərqli saç düzümü, geyimlər və davranışlar seçirlər”.

Məsələyə düzgün sosial yanaşma da vacibdir. Çünki əks halda problem daha da qəlizləşə və oxşar hadisələrin baş verməsinə səbəb ola bilər.

Valideynlər nə etməli?

Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı bildirir ki, valideynlərin övladlarını nəzarətsiz qoyması və onların da kommunikasiya vasitələrinin zərərli tərəflərindən istifadə etməsi nəticəsində bu cür təhlükəli hallarla qarşılaşma ehtimalı yüksək olur: “Çünki həmin uşaqlar səmimi ola, uşaqlıq hisslərinə qapıla, qarşılarındakı insanın niyyətini bilməyə bilərlər. Buna görə də, hesab edirəm ki, valideynlərin nəzarəti mütləq gücləndirilməlidir. Xüsusilə də, valideynlərin bu barədə bilgiləri çox olmalıdır”.

Sosioloq baş verən hadisəyə yanaşma ilə bağlı da danışdı: “Bir çox informasiya vasitələri bildirdi ki, guya qızların Bakıya gəlişi, bu kimi halların baş verməsi şəhərə meylliliklə bağlıdır. Ancaq məncə, bu cür izahat hadisəyə çox səhv yanaşmadır. Məsələni düzgün qiymətləndirmək, düzgün möqe bildirmək lazımdır. Cəmiyyəti də problemin özünə yönəltmək lazımdır. Yoxsa hadisənin şəhərə meylliliklə nə əlaqəsi var? Bu cür insanlar şəhərdə də eyni problemlə qarşılaşa bilərlər”. Psixoloq hesab edir ki, ona görə də, valideynlər maarifləndirməli və övladlarını xüsusi şəkildə nəzarətdə saxlamalıdırlar: “Bilməlidirlər ki, hansı internet saytlarına girirlər, kimlərlə nə yazışırlar? Bütün bunlar barədə məlumatlı olmalıdırlar. İnternetdə xüsusi proqramlar var ki, valideynlər onlardan istifadə edərək uşaqlarının hansı saytlara girdiyini öyrənə və ona qadağa qoya bilərlər”. Onun fikrincə, gələcəkdə bu cür halların təkrarlanmaması üçün məsələyə ciddi yanaşmaq lazımdır.

Sosial məsuliyyətsizlik problemi

Cəmiyyətdə bu kimi halların baş verməsi və ona baxışın adiləşməsinə gəldikdə isə, Əbülfəz Süleymanlı qeyd etdi ki,kütləvi informasiya vasitələrinin belə hadisələri çox gündəmdə saxlaması onun daha da artmasına səbəb ola bilər: “Hesab edirəm ki, burda bir qədər ehtiyatlı və diqqətli olmaq lazımdır. Həmçinin, belə məsələlərdə sosial məsuliyyət hissi olmalıdır. İstər media, istərsə də hər hansı ictimai qurumun nümayəndəsi olsun, mövzuya sosial məsuliyyətlə yanaşmalıdırlar. Baş verən hadisə cəmiyyətə təkcə informasiya kimi ötürülməməlidir. Xəbər çatdırılarkən onun arxasındakı fəsadları mütləq götür-qoy etmək, etik cəhətlərə diqqət etmək lazımdır. Çox təəssüflər olsun ki, adi vətəndaşdan tutmuş madia nümayəndəsinə kimi sosial məsuliyyət hissi çox zəifdir və bunu gündəmə gətirmək lazımdır”.


Oxşar mövzular:
  • "Yox" nədir bilməyən uşaqlarımız
  • Uşaqda özünüdəyərləndirməni necə inkişaf etdirməli?
  • Ailələrdə tərbiyyə düzgün qurulmayıb
  • Körpələrlə necə ünsiyyət qurmalı?
  • İnternet asılılığının səbəbləri


  • Gerİ dön


    15 şərh


    • xebere gore twkk yariya qeder oxudummm.........o qizlarin yerinede utandim nc nc 15


    • Olmaz
    • Xəbərlər: 1
    • Şərhlər: 10
    • İCQ:


    • Sitat: Acemi cadi
      en cox bu yaxinlarda bele hadiseler coxalib hec kimin qolunan tutub pis yola cekmirsenki insanin ozunen cox wey asilidir

      DUZDUDE

    • --------------------------------------------
      Huzurmu istiyorsun?az esya az insan...!
      F.K
    • elena romanova
    • Xəbərlər: 210
    • Şərhlər: 5484
    • İCQ:


    • xebere gore cok sagolun

    • --------------------------------------------



    • Ayise
    • Xəbərlər: 247
    • Şərhlər: 4386
    • İCQ:


    • xebere gore teşekkur

    • --------------------------------------------

    • ...
    • Xəbərlər: 128
    • Şərhlər: 2812
    • İCQ:


    • Thank You Very Much
      _-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_

      Xəbərə görə çox sağol

    • --------------------------------------------
      Təşəkkürlər Xəbərə Görə

      .....(¯`v´¯)
      ..... •.¸.•´
      ...¸.•´
      .. (

    • Bağışov Aydın
    • Xəbərlər: 17
    • Şərhlər: 1679
    • İCQ:


    • bizim mektebde bu haqda konfrans kecirdiler ve orda done done bildirdilerki usaqlari evden qacmaga vadar eden valideynlerin usaqlari doymesi onlari tehqir etmesidir bunu sozlede basa salmaq olar


    • pompis
    • Xəbərlər: 0
    • Şərhlər: 37
    • İCQ:


    • mence her weye sebeb aile uzvuleridir.. aile uwagi bawa duwdukden sonra ona vaxt ayirdigdan sonra ona qaygi ile baxdigdan sonra goresen o uwag niye qacir evden.. bir weyide qeyd edimki bezi qizdar girir ya chata ya feyse orda bir oglanda oz wekilinin yerine qoyur qeweng wekil mawin, avam qizda buna allanir ve sonucda qacir ewitdiyleri gorduyleri yalan olur tele kanallara duwub biyabir olub taninir axirda gelir yene uzunu qaqa etdiyi bawdari daima yerlerde olan valideyinlerin yanina, wexsen men bele ovladi hec vaxt qebul elemezdim bu menim fikrimdi...


    • sevinc  novruzova
    • Xəbərlər: 0
    • Şərhlər: 1771
    • İCQ: 55


    • en cox bu yaxinlarda bele hadiseler coxalib hec kimin qolunan tutub pis yola cekmirsenki insanin ozunen cox wey asilidir

    • --------------------------------------------
      -------------- ---------------------------------------- $$$$$$
      ___________________________________$$$$$$$$$$
      ___________________________$$$____$$$$
      _________________________$$$$$$$__$$$$$$$$$$$
      _______________________$$$$$$$$$___$$$$$$$$$$$
      _______________________$$$___$______$$$$$$$$$$
      ________________$$$$__$$$$_________________$$$
      _____________$__$$$$__$$$$$$$$$$$_____$____$$$
      __________$$$___$$$$___$$$$$$$$$$$__$$$$__$$$$
      _________$$$$___$$$$$___$$$$$$$$$$__$$$$$$$$$
      ____$____$$$_____$$$$__________$$$___$$$$$$$
      __$$$$__$$$$_____$$$$_____$____$$$_____$
      __$$$$__$$$_______$$$$__$$$$$$$$$$
      ___$$$$$$$$$______$$$$__$$$$$$$$$
      ___$$$$$$$$$$_____$$$$___$$$$$$
      ___$$$$$$$$$$$_____$$$
      ____$$$$$$$$$$$____$$$$
      ____$$$$$__$$$$$___$$$
      ____$$$$$___$$$$$$
      ____$$$$$____$$$
      _____$$$$
      _____$$$$
      _____$$$$
    • Acemi cadi
    • Xəbərlər: 658
    • Şərhlər: 3131
    • İCQ:

    • PSM
    • 26 fevral 2012 18:37
    •  

    • Sweet_Kiss,--saol hemfikir oldugumuza sevindim


    • Xəbərlər: 14
    • Şərhlər: 1178
    • İCQ:


    • Bilirsüz necədü girirlər qızlar çata
      hansısa rayonda qalırlar
      imkanları az olduqlarına görə
      bir oğlanla danışırlar oğlan bna maşinin göstərir
      nəm diyir pulum belə
      evim belə qızlarda düşünür ki çıxım gedim həyatımı dəyişim
      bax belə
      təşəkkür qısa yazdım elə

    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 162
    • Şərhlər: 8498
    • İCQ:


    • bax buna super deyerem sexsen bir kelme deyecem... mende qaciram her kesden heckim meni anlamir..bu ise aileden aslidi...herden ele dusunuremkii usaq evinde olanler bele menden xosbextdi cunki"o dusunur menim AILEM olsa bele olmazdi" bes ailesi olub ailesiz olanler ne etsin.... ele aileler varki usaqlar arasinda ayri seckilik qoyur... usaq sual verende meni niye sevmirsen deyiki her sey almisiqda ne isteyirsen!!ama anlamirlarki usaga geyim yox ana ata sevgisi usaq aglamir ondan bezsinler aglayirki goz yasini silsin! tanimadigi adam ona gore baglanirki cunki istediyi sevgini onda gorur xosbext olur onlar saxta olsada bunu anlamir...aileden bezdiyi an onla danisib her seyi uunudur; o xosbextliyi itirmek istemediyi ucun cox seyi qurban vermeye hazirdilar!!!
      recourse recourse uzun yazdim ama xeberde en cox ozumu gordum!


    • My_DaRkNeSS
    • Xəbərlər: 0
    • Şərhlər: 42
    • İCQ:


    • canim maraqli xebere gore teshekkur:*

    • --------------------------------------------
      Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.

    • გალო,ლ�?ა
    • Xəbərlər: 173
    • Şərhlər: 4518
    • İCQ:


    • Sitat: PSM
      of zamenede pis olan yoxsa biz insanlar bu pis yola dusmeycun can atriq?????????

      Heqiqetende eledir fikrinle raziyam xebere gore tewekkurler... recourse


    • Turane Eliyeva
    • Xəbərlər: 61
    • Şərhlər: 961
    • İCQ:


    • bu yaxindada olub rayonlardan cox qacirlar nese (

    • --------------------------------------------
      Sayt ilə bağlı sual və problemlər üçün
      (+994)55 548 12 12 Pərvin

    • Xəbərlər: 2145
    • Şərhlər: 4838
    • İCQ:

    • PSM
    • 20 fevral 2012 11:50
    •  

    • of zamenedipis olan yoxsa biz insanlar bu pis yola dusmeycun can atriq????????? sad


    • Xəbərlər: 14
    • Şərhlər: 1178
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III