Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


💕💕 .•°``°• `•.¸ _ŞaheStem_ ilə müsahibəm💕💕 .•°``°• `•.¸

💕💕 .•°``°• `•.¸ _ŞaheStem_ ilə müsahibəm💕💕 .•°``°• `•.¸

 

    
  Salam əziz Take.az ailəm.Bu gün sayca ikinci müsahibəmi görəcəksiz.Müsahibim isə hazırladığı ilk xəbərdən bu günə kimi olan xəbərlərindəki təkrarolunmazlığı və zövqü ilə məni heyran edən _ŞaheStem_ nikiylə tanıdığımız user olacaq.Sualları və cavabları nə dərəcədə bəyənib bəyənməyəcəyinizi isə  şərhlərinizdə əks etdirə bilərsiniz.

   1)
Adın Soyadın?
     
Şahəstə.

   2)Təvəllüdün?
    06.01.1998
   
   3)Kənardan deyilən fikirlərlə razılaşan Şahəstə ya özünə məxsus fikirlərini açıq şəkildə deyə bilən Şahəstə?
   
Belə deyim kənardakıların fikirləri sadəcə fikir kimi qalır.Daha çox özüməməxsus fikirlərimi açıq şəkildə ifadə edirəm.
 
   4)Səninçün əsl qadın xoşbəxtliyi nələrdən və ya kimlərdən ibarətdir?
     
Üç kəlməylə ifadə edim:Azadlıq, ailə və ATA...

   5)Hər hansısa bir iş görərkən dərinliyə getməyi sevirsən ya daha asand yollarla işi həll etməyi?
     
Həm biraz elədiyim işə baxır.Yəni çətin bir şey deyilsə təbii ki asand yolunu taparam.Yox əksinədisə dərinliyə getməkdən çəkinmərəm.(Edəcəyim işin nə qədər çətin və dərin olsada düz olmalıdı)
 
   6)Qərarlar verərkən düşüncəndə olan sənin xoşbəxtliyindi yoxsa "Kim nə deyər" prinsipi?
     
Bu günə kimi aldığım hər qərarda "Kim nə deyər" prinsipi olmayıb.O düşüncəyə mən sadəcə gülürəm.
 
   7)Hər birimizin həyatında bəzən elə anlar olurki istədiyimiz hər hansısa bir şey alınmayanda Tanrıya üsyan edirik.Mənim "bəzən" dediyim səndə də bəzən olur ya daha çox?
    Bu sual indiki vəziyyətimin tam üstünə düşüb.Amma şükürlər olsun üsyanım yoxdu duam var.
 
   8)Ömründən ötən hər saniyəni qiymətli dəyərləndirə bilirsən yoxsa su kimi axıb getməyinə göz yumursan?
    Yəqinki dəyərləndirməyə çalışıram.
 
   9)Sırf gülün gözəlliyini daha da yaxından hiss edə biləsən deyə tikanının səni incitməyinə razı olardın?
    Gülü sevən tikanına qatlanar.

   10)Həyatından 1 film çəkilsəydi və filmin matajçısı sən olsaydın mantaj eləmək istədiyin yerlər çoxmu olardı?
     
Demək olarki gözyaşı tökdüyüm çox səhnə.

   
11)"Diqqət et gör hardan-hara gəlmisən
        Ən uzun cümləyə sığmayan adam,
        Kiçik bir nöqtəyə sığa bilmisən"-kimi bir misraları demək istədiyin biri olub?
       Hələdə sığdıra bilmirəm...

   
12)Həyat adlanan teatrda sənə verilən roldan razısan?
        Hər şeyə baxmayaraq hə.

     13)Həyat səninçün günahsız bir uşağın "pulunuzu mən oğurlamadım" gerçəyini sübut edə bilməyəcəyi qədər çətindi yoxsa varlı birinin lüks mənzilində oturub xidmətçisinə "1 qəhvə gətir özüdə köpüklü olsun" Deyəcək qədər asand?
       
Həyatın səninçün asand olmasını istəyirsənsə çətinliklərindən keçməlisən.Keçməmisənsə həyatı tam yaşamamısan deməkdir.

       
14)Sevgidən nifrətə 1-cə addımdı deyirlər.Sən hər xırda səhvdə bu addımı asanlıqla atardın yoxsa yerində qalmaqçün əlindən gələni edərdin?
          O addımı atmaqçün bu günə kimi çox səbəb olub.Amma nifrət nəyi dəyişdirərki, onun sənə olmayan sevgisinimi dəyişər, yoxsa sənin bir damcı ürəyinə sığışdırdığın sevginimi məhv edər?Neçə insan görmüşəm nifrət edə-edə sevir, bu ən ağırıdır məncə.
 
       15)Ağacdan kağız istehsal edib üzərinə "Ağacları qoruyun" yazılan bir cəmiyyətdə yaşayan insan kimi bu cəmiyyətə münasibətin necədir?
          Cəmiyyət?hmm..Uzağa getmiyək hər kəsin öz mənfəəti üçün bir-birini satdığı dünyada bir ağac azalsa ya artsa nə fərq eliyər, əslində çox fərq eliyər amma insanlar...insanlar...insanlar.
 
     16)"Bu sondu" dediyin vaxtlarda ən başa qayıtdığın anlar olub?
         Bu günə kimi "bu sondu" dediyim vaxtı xatırlamıram.Bezdiyim, nifrət etdiyim, sıxıldığım vaxtlar olub hər şeydən, amma son bilirəmki olmayıb,olmazda.Həyat çətində olsa davam edir.
 
     17)Virtualda tanıdığın və həmsöhbət olduğun insanın sözlərindəki səmimiyyətə nə dərəcədə inanırsan?
        Müəyyən dərəcədə.Çünki belə deyim virtualda inandığım insanlar demək olarki çox azdı və də yaxşı ki azdı.Ən azında səmimilikləri qane edir.
 
     18)Burdakı hansı userləri realda da tanımaq istərdin?
         Açıq danışmağa qalsa ilk növbədə səni tanıyardım.Çünki demək olarki bütün günü danışdığım sənsən:)Sonra bəzi userlər var düşüncə tərzləri həm qəribə həmdə maraqlı gələn, bax anları.
 
     19)Take.az ailəmizin bir fərdi kimi ailəmizə və onun üzüvlərinə nə arzu edərdin?
       Fəallıq, xoşbəxtlik, gözəl və uğurlu həyat.
 
     20)Və sonda suallarım haqqında fikirlərivi öyrənmək istərdim.Buyur:
        Düşündürücü, maraqlı və fərqli suallar idi.
 
 
                    Müsahibədə iştirak etdiyi üçün müsahibimə sonsuz təşəkkürlər.


Oxşar mövzular:
  • °•○Tweety ilə müsahibə (üç nöqtə)○•°
  • ※ KHAYYA'M ilə müsahibəm ※
  • Əslində Mən (Roman) - Bir az Yoxluq və Ehtiyac...
  • Is_OnLy_OnE_GoD ilə müsahibəm
  • Enigmatic_Girl'ilə müsahibəm


  • Gerİ dön


    8 şərh


    • Həyat səninçün günahsız bir uşağın "pulunuzu mən oğurlamadım"gerçəyini sübut edə bilməyəcəyi qədər çətindi yoxsa varlı birinin lüks mənzilində oturub xidmətçisinə "1 qəhvə gətir özüdə köpüklü olsun"Deyəcək qədər asand?
             Həyatın səninçün asand olmasını istəyirsənsə çətinliklərindən keçməlisən.Keçməmisənsə həyatı tam yaşamamısan deməkdir.

      bu sual daha çox diqqətimi çəkdi... suallar fərqli və düşündürücü oldu buna görə Nəzimə xüsusi təşəkkür )) ...və cavablarda maraqlı oldu necə bir düşüncəyə malik olduğunu öyrəndim və birazda yaxından tanımış oldum xəbərləri ilə seçilən fərqlənən gözəl qızımızı ... hər ikinizə təşəkkür...

    • --------------------------------------------
      Dünən H.O.S.Tu dinləyən bugün H.O.S.Tdan utanır
      Köhnə kitabtək üstümüzə toz dolur...

    • Xəbərlər: 0
    • Şərhlər: 1711
    • İCQ:


    • hmmmmmmmmmmmmmmmmmmmm...............


    • Okaber
    • Xəbərlər: 0
    • Şərhlər: 2
    • İCQ:


    • 17 yawda bele cvblar sene ehsen Cnm 13 cu suala daha gozel cvb vermirsen suallar daha cox 26 27 28 yawi olanlara aidi amma halaldiki seni cvbsiz qoymuyub men onun qarwisinda baw deyirem dosdu kimi


    • genceli
    • Xəbərlər: 0
    • Şərhlər: 23
    • İCQ: 508952931


    • Canım çox bəyəndim əla alınıb hər ikinizə uğurlar
      6 ci sualı çox bəyəndim mənim bu suala cavabım isə xoşbəxtliyim olardı çünki kənardan kim nə deyirsə desin mənə xişbəxtçilik lazımdı.kənardan söylənən fikirlərə fikir vermirəm.Çünki heç kim mənim həyatımı yaşamır.bəyəndim hamısın demək olar.Afərin sizə

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:


    • Musahibeni oxuyanda soka dusdum Sahestenin cavablari ve Sessiz_ Kucede_Tek_Kolgenin suallarini cox beyendim . 09 04 Ele bil jurnalist ve mushur bir insanlanin dialoqun oxudum. Deyecek soz tapmiram eline saliq canim 30 11

      mushur yox mehsuh bagislayin


    • Leyla
    • Xəbərlər: 27
    • Şərhlər: 616
    • İCQ:


    • Ferqli,duwundurucu,menali suallar...cavablar da elece...15-ci suali ve cavabi cox beyendim..her ikinize cox sagolun:)

    • --------------------------------------------

    • Xəbərlər: 29
    • Şərhlər: 409
    • İCQ:


    • Həyatında 1filim çekilseydi və filmin matajçisi sen olsaydin mantaj elemek istediyin yerler coxmu olardı..?
      Demek olarki gozyaşı tokduyum cox sehne
      İlk novbede bunu bildirmey isterdim ki Suallar ve cavablar tam ozunemezsuzluğu var idi. Bax en cox bu sali ve cavabi cox beyendim...Şahestemi Taniyirdim.Amma onu dahada yaxindan tanidim. Cox sağol gozel insan.ellerine sagliq

    • --------------------------------------------

    • ♡♥♡
    • Xəbərlər: 39
    • Şərhlər: 296
    • İCQ:


    • tanidiqima wad oldum..menden 1 il balacadir

    • --------------------------------------------

    • Xəbərlər: 270
    • Şərhlər: 3252
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III