Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


"Son Zeng"iniz mübarek eziz mezunlar!

 



 

"Son Zeng"iniz mübarek eziz mezunlar!

 

"Son Zeng"iniz mübarek eziz mezunlar!

 

 

"Son Zeng"iniz mübarek eziz mezunlar!

 

 

 

 

 

Bu gün   Take.Az saytının şagirdlərinin Son Zəngidi!! Bütün Şagirdlərə "Şagird" adının "Tələbə "adı ilə əvəz olunmasını arzu edirəm! Nə arzunuz var inşallah hamsı gerçək olar! 

 

 

Saytımızın Məzunları:
   Çoban yildizi
Sessiz_ Kucede_tek_kolge
 
 
 
 
 
Bugün,14 iyun  "SON ZƏNG" günüdür... Hərkəs arzulayırki "bircə məktəbi qurtarsaydım canım qutarardı..=)". O an yetişir, məktəb qurtarır və heçkim qurtarmasını istəmir... Hərkəs kövrəlir o gün, istər müəllimlər, istərsədə şagirdlər... Uşaqlıq anları yadımıza düşür, etdiyimiz dəcəlliklər, alarkən ağladığımız anlar..=) Sanki o gün, hərkəs sırf yenidən məktəbə qayıtmaq üçün 2 almağı belə gözə alır... Təki o günləri bir daha yaşasınlar deyə... Lakin biz bunu məktəbdə oxuyarkən anlamırıq, yalnız o günü gördükdə hər şey bizə məlum olur... Musiqidədə qeyd olunduğu kimi: "Məktəb illəri, ömrümün ən şirin, duyğulu, qayğısız günləri..."...Məktəbi bitirməkdə asan iş deyil... Onun üçündə bütün məzunları təbrik edirəm, qoy bu"SON ZƏNG" müstəqil həyatımızda olan uğurların başlanğıcı olsun... Hələ məktəbli olanlara isə bunu demək istəyirəm ki, "Bu gözəl illərimizin qiymətini bilək! Bu anlar bir daha geri qayıtmayacaq..."


Hər gün səkkizdə oluruq dərsdə.
Bilirəm müəllim olacaq dərsdə.
Nə qədər yalvarsaq, gəlməsin deyə,
Bəxt denən o sodə yoxduki bizdə,

Məktəbə getdiyim məndən uzaqdır. İnsan ömrü bir vaxtlar əlifba dərsliyində yarışdığımız gün saatları kimi durub dayanmadan illərlə birgə axıb gedir. Bəzən gecikdiyimiz dərslərin həyəcanı , bəzən də etdiyimiz şıltaqlıqlar ürəyimizi daha sürətlə döyündürən o xatirələr bu gün kinokadrlar kimi xatirəmizin ekranına köçür. Bəlkə də maraqlı lakin indi bizdən xeyli uzaqda qalan bir həyatdan söhbət açan kinokadrlar kimi.... Bu gün bu vida bu "Son zəng” bizim həyatın yeni mərhələlərinə atılmağımızın başlanğıcıdır. Gənclik- duymaq, sevmək, sevilmək deməkdir. Bütün tər çiçəklər baharda baş qaldırdığı kimi xoş arzular, duyğular dünyası da ömrün bahar fəsli olan gəncliklə bağlıdır. Ömür səhifələrini vərəqlədikcə ömrünün hansı fəsli olursa olsun yenidən o məktəb, gənclik illərinə qayıdır, onun hərarətini qəlbində hər zaman duyursan. 

Bəxtimiz açılsın gəlməsin dərsə.
Deyərdik bunları, bir zaman bizdə.
Artiq bu sozləri deyə bilmirik,
Məktəb illərinə sağol deyirk.


Gənclik eşqi ilə döyünən qəlbimizin dərinliyində məktəb illərinin mənalı, şirin xatirələri ilə dolu olan günləri gizlənib. Arzu edirəm ki arzular qanadında yaşatdığımız pərvazlanmağa hazırlaşan arzularımız heç zaman puç olmasın..Heç bir arzumuz xəyallar qoynunda yaşatdığımız ümidlərin son hicran akordlarına çevrilməsin. Səsimiz ali təhsil ocaqlarının auditoriyasından gəlsin. Bu ilin məzunlarına uğurlar arzulayıram.


Nə bilirdikki, illər ötəcək,
Uşaqlıq illəri gəlib keçəcək.
On bir il yaşayıb boy atdığımız.
Bu məktəb illəri sona yetəcək.


Həyata insan gəlir..bapbalaca bir insan. Bu balaca bir varlığın dünyaya gəlməsinə bütün qohum-əqrəba, nənə-baba, ata-ana sevinir..
Bəli,həmin balaca insan yavaş-yavaş böyüyür, uşaqlıq illərinə qədəm qoyur. Ona cürbəcür oyuncaqlar alınır, onun əlindən tutub bağçaya aparırlar. Bu balaca insan öz uşaqlıq aləmini yaşayır. İllər keçir uşaq məktəb yaşına çatır, onu məktəbə aparırlar..
Budur ilk zəng..cingiltili səsi ilə səslənən ilk zəng..
Bu ilk zəngin səsi o dərəcədə təsirlidirki, hətta uşağını 1ci sinifə gətirən valideynlər də bu səsin təsirindən kövrəlirlər..Bəzilərinin göz yaşlarını görmək olur..Çünki onlar da haçansa bu zəngin səsi ilə doğma məktəbə qədəm qoyublar..


Sanki bir dəftərdi məktəb illəri,
Birinci sinifən verilmiş bizə.
On bir il yaşayıb gördüyümüzü,
Bəyaz səhifəsinə yazmışıq bizdə.


Son Zəng necə də təsirli səslənir..Biz bu zəngin səsini ilk dəfə eşidəndə bilmirdikki uşaq yaşlarından tutmuş gəncliyimizin ilk çağlarına qədər burada tərbiyə alacağıq. Müəllimlərin öyüd və nəsihətləri ilə böyüyəcək, həyatın mənasını anlamağa başlayacağıq...
I sinifə gələndə qürur duyurduq..çünki özümüzü hamıdan ağıllı, hamıdan böyük hesab edirdik və hər şey bizim üçün çox asan gəlirdi..Lakin hələ bilmirdik ki, bu həyatın yolları necə də keşməkeşli, necə də işıqlı-qaranlıqdır...
Dönüb arxaya baxmaq, şagird olmaq və bir də 11 ildəkeçirdiyim məktəb həyatını qaytarmaq istərdim...


Kimi gözəl xəttlə yazdı dəftəri,
Kimi qaraladı atdı kənara,
Kimidə boş qoydu bu səhifələri,
Kimidə rənglədi, bəzədi onu.

Bu gündən etibarən sən məktəbdə oxuyan şagird yox, artıq müstəqil Azərbaycanın azad gənclərinə çevrilirlər.
Arzu edirəm ki, məzun adından sonra tələbə adına layiq olsunlar.Bütün onbirinciləri təbrik edir, qüdrətli vətənimizin bundan sonrakı inkişafında onların da üzərinə böyük vəzifələr düşdüyünü bildirib, müstəqil həyatda xoşbəxtlik və uğur arzulayıram :)

Artıq bu dəftərin son səhifəsinə,
Son sözü yazmağın vaxtı gəlibdi.
Bir azdan məktəbi təhvil veririk
Əlvida deməyin vaxtı gəlibdi.


Suala bir cavab düşündükcə mən,
Özüm də bilmədən gözlərim doldu.
Bu sirli sualın sirli cavabı_
"Məktəb 11 illik bir ömür”oldu. 

Söz məzunlarındı tongue 
 
 
Menim bilmediyim mezunlarda ola biler qeyd etseler sevinerem. Bütün mezunlara uğurlar. 
İndi soz sizindi Take.az-lilar buyrun bütün mezunlari tebrik edin. Tekrar uğurlar


Oxşar mövzular:
  • Əslində Mən (Roman) - Yaşamaq Gərək...
  • Xoşbəxt bir yalnızlıq
  • Hər ayrılıq bir başlanğıcdır :/
  • Artıq Bitdi...
  • Qısa bir yol...


  • Gerİ dön


    7 şərh


    • Sitat: MINNOW
      saytimizin məzunlarınnanda biri mənəm))

      Keske tez bildirseydin ve men senin adini mezunlarin yerine yaza bilseydim. Amma neyse tebrikler ezizim. Heyatinda başarılar.

    • --------------------------------------------

      Arxamca aktyorluq edenler bılmırkı kınonun rıjıssoru ozumem!
    • ehli beyt asiqi
    • Xəbərlər: 216
    • Şərhlər: 2426
    • İCQ:

    • MINNOW
    • 28 iyun 2016 18:40
    •  

    • saytimizin məzunlarınnanda biri mənəm))

    • --------------------------------------------

    • Xəbərlər: 164
    • Şərhlər: 3678
    • İCQ:


    • Hec son zengde kovrelmedim..Cunki esebi idim..hazirladiglarimiz duz gelmedi..cixisimiz falan qarisdi..ama vecerimiz super kecdi)) eve gelenden sonra instagramda qoymusdular son zenge aid rep var,onu cox sevirem..onu dinledim birden derk eledim ki men mektebi qurtardimee...InsAllah men daxil hazirlasanlar Telebe adini alarlar) Nezrini de tebrkk elirem) sen de cox Sagol.dusunub hazirlamisan:)

    • --------------------------------------------

    • Xəbərlər: 29
    • Şərhlər: 409
    • İCQ:


    • 1ci sinifde meni secen mezunun aglamagi menede qeribe gelirdi. Aglamaginin sebebini hec basa dusmurdu . Zaman kecdikce her seyi basa dusdum... Dunen balaca bir qizin "onlar niye aglayirlarki? bu tedbir niye var deyende " yene ozum yadima dusdum...Indi men her son zeng calinanda gozlerim dolur. Hele mekteb illeri mahnisi oxunanda :( cetindi dusunendeki 11 il bir yerde agladigin, gulduyun insanlardan ayri dusuceysen insan cox pis olur.... Bele mende bu ilki mezunlari tebrik edirem InsAllah uniye girerler. canim xeberde cox gozel alinib ellerine saliq :*


    • Leyla
    • Xəbərlər: 27
    • Şərhlər: 616
    • İCQ:


    • Həqiqətəndə insan son dəqiqəyə qədər dərk etmir 11 il həyatmızdan necə axıb getdi, inan yazarkən belə kövrəlirəm. Son zəngə bir gün qalmış belə deyirdiyki "əşşi heç kövrəlmiyəcəm, bircə canım qurtarsın məktəbdən" ama elə olmur o işlər:)
      Təsəvvür edin son zəng günüdü artıx tədbir başlamalıdı amma bəzi problemlər var sinif rəhbərimizdə bərk əsəbləşib əsəbdən Dediki 'qoy tədbir qurtarsın hamvızın burnundan gətirəcəm son zəngi sizə çalıb oynamağ olmuyacağ" Axır hər şey qaydasına düşdü çox şükür:)
      Biz veçer əvəzinə mayda rayona getmişdik onunçündə veçer eləmədik əsas hissə bayırda bitdikdən sonra içəridə akt zalındatort kəsildi sonraysa oki var oynadığ:)) Sonda müəllimlərimiz həqiqətəndə kövrələrək bizi yola saldılar.
      Unudulmaz günümdən qısa bir hissə:)
      Bir daha hamıya uğurlar

    • --------------------------------------------
      Bəlkə aradan aylar,
      Bəlkə də illər keçəcək
      Amma gələcəm bir gün ağlına
      Bəlkə səhərin 7'sin də
      Bəlkə də gecənin 12'sin də
      Amma illah ki gələcəm
      Bax,tam da ağlına gəldiyim zaman hər şey üçün çox gec olmuş olacağ...

    • ♥♥♥
    • Xəbərlər: 206
    • Şərhlər: 1500
    • İCQ:


    • Tebrik edirem mezunlarimizi)). Men gelen ilki mezununuzam.

    • --------------------------------------------
      ♏Є?Ī♏ ЦĈЦ? ĦЄ¥Âƚ $Є?ÐЄ? ĪßÂRЄƚÐĪ ĈÂ♏ÂĿĪ♏
    • Fidan
    • Xəbərlər: 134
    • Şərhlər: 883
    • İCQ:


    • butun mezunlari tebrik edirem mezun adini qazandiginiz kimi telebe adinida qazanmagi arzu edirem
      xeberi oxudum lap mekteb illerim yadimda duwdu o iller gozumde canandi
      son zeng kecirdiyin o 11 ilin deyerini bir gunde xatirladan gundu
      tebrikler
      tsekkurler xebere gore
      2013 mezunu
      deyesen burda en qocaniz menem :)


    • sen menim ozume elediyim en boyuk hormetsizliyimsen
    • Xəbərlər: 132
    • Şərhlər: 621
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III