Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Səssiz_Küçədə_Tək_Kölgə'ylə müsahibəm

Səssiz_Küçədə_Tək_Kölgə'ylə müsahibəm

1)Ad?

Nəzrin


2) Təvəllüd?

07.12.1998


3) Həyatın oynadığı oyunlardan yorulmusan yoxsa mübarizəyə davam?

Yaşamaq şansı hər kəsə bir dəfə verilir, yəqinki yorulub ölməyimi gözdəməyi seçmərəm. Sona qədər mübarizəyə davam.


4)Bu yaşıva qədər sevinclərin daha çox olub yoxsa kədərli anların?

Belə deyimdə hər iki hissi hər gün yaşıyıram. Məsələn adi bir element deyim: sevdiyim yemək bişəndə sevinc hissi gəlir və ya barmağımı kəsəndə üzülürəm. Ama fövqəladə bir kədəri bir dəfə yaşamışam. Ümumilikdə götürəndə sevinclərim diyəsən daha çoxdu.



5)Verdiyin o "İtki"dən sonra nələri qazana bildin?

Bir daha itirməmək əzmini qazandım, heç kəsə bağlanmamaq lazım olduğunu anladım. Çünki itirəndə ağrısını iliylərivə qədər hiss etməyin nə qədər ağır olduğunu öyrəndim.


6)İndiki eşqlər nəyi sevir?

İndikilərçün Eşq təsadüfləri sevmir.indi eşqlər pul sevir,fiqura sevir,maşın sevir,ev sevir.Birazda əzələ sevir,tattoo sevir.Çönüb deyə də bilmirsən ki detdom uşaxlarının eşqə imkanı çatmır ay Roza:)


7) Atasan bu dənizə özüvü o qədər boğulasanki...

Səhər tezdən gecəyə qədər hər kəs unutsun səni...


8)Haçan vazkeçəcəksən bu "mavi"yə olan sevgindən?

Geyindiyi son köynəyin mavi rəng olduğunu xatırladığım heç bir saniyə unudacağımı hesab etmirəm. Həmdə mavi gözəldi:) Hər gözəllikdə bir "mavi" var..


9)Gedənlərə son sözün?

İki cür gediş var biri qalmağıvın xeyri olmadığını görüb səssiz getmək, biridə rədd olub getmək. İkinci gedişlərə sözüm "Sənə də bu yaraşar, rədd olub getmək. Salamat:)"


10)Bilirəmki bacın yoxdu. Haçansa bacısı olan birilərini görüb qısqanmısanki kaş mənimdə bacım olardı? 

Uşaq olarkən qətiyyən, hətta sevinərdimki nə yaxşı bacım yoxdu, atam təkcə qız uşağı kimi məni sevir, bacım olsaydı bu sevgi ikiyə ayrılardı deyə çox qorxardım. Ama indi bəzi anlar olurki "bacım olsaydı məni başa düşərdi, başımı sinəsinə sıxıb ağlıya bilərdim" kimi hisslər keçirdirəm, yəni bəzən hər zaman yox:) Atamın sevgisini heç kimlə paylaşmaq istəmərəm..


11) Hal hazırda dinlədiyin mahnıdan bir parça yaz.

Hal hazırda özüm yox qardaşım yüksək səslə mahnı dinləyir, ondan bur parça yazım:)

Döyündü qəlbim, eşqinə həsrət döyünən ürəylər kimi,

Apardı əğyar, apardı cananı əsən küləklər kimi,

Soldu bu sevgi, payız vaxtı xəzan vuran çiçəklər kimi...

Hardadı yarım?! Deyirlərki indidə bir özgəyə yardı,

Ailə qurmuş, şən yaşıyır bir qızı, bir oğluda vardı,

Heyf o sevgidən, heyf onu bizdən alıb illər apardı...


12) Bağışlamağı bacarırsan yoxsa qana qan?

Çox sevdiyim bir söz var deyir: "Siz Allah deyilsiz, Bağışlamayın!" Dəfələrlə demişəm, birdə deyim çox böyük səhvləri bağışlamaram, əgər "bağışladım" sözünü işlətmişəmsə demək ki intiqamımın bir parçasıdı bu. Əvəzini çıxmayınca rahat ola bilmərəm.


13)Qürur ya xoşbəxtlik?

Əgər sonunda həqiqətən xoşbəxtlik varsa nə bilim bəlkədə qüruru çeynəmək olar, ama mənim üçün hər zaman qürur başda durur.


14)"Əvəzolunmaz" biri yoxdu sənin üçün hətta bu söz leksikonunda belə yoxdu, amma nə vaxtsa ola bilmə şansı var?

Aha var:) Kimliyini soruşsan, gələcəydəki Oğlum:)


15)Bir kişinin həyatına girib onun Təhminə'si ola bilərsənmi?

Kişilərin Təhminələri çox olur, amma hər qadının həyatda unutmadığı ancaq bir Zauru var...


16) Keçmişdən hansısa bir fraqmenti indidə yaşamaq istəyərdin?

Keçmişi xatırlamaq gözəldi, ama geri qaytarmaq çabası sadəcə axmaqlıq. 


17)Risk etmək yoxsa axarına buraxmaq?

Hər ikisi:) Həmən an risk etmək gərəkərsə niyədə olmasın. 


18)Düzdü bu biraz təkrar sualdı ama cavablandırmağını çox istəyərdim. Həyatından bir kitab yazılsa adını nə qoyardın?

"Göz Yaşı İçində Gülüş"


19) Take.az'a bir not.

Take.az biraz aktiv ol sönmə!:)


20)Və sonda suallarımdan yorulmadınki?:)

Nə yalan deyim sevdim sualları, çoxda uşaqca və mənasız suallara rast gəlmədim. Bunun üçündə təşəkkür sənə.

 



Oxşar mövzular:
  • 💕💕 .•°``°• `•.¸ _ŞaheStem_ ilə müsahibəm💕💕 .•°``°• `•.¸
  • Qarşılıqsız sevgi
  • Zaman kimi aldanmayaq,sevməyək...
  • BİRİ UŞAĞLIĞIMI ÖLDÜRDÜ.. BİRİDƏ GƏNCLİYMİ=(
  • Şizofren


  • Gerİ dön


    6 şərh


    • Müsabiqə sayəsində lap yaxşı tanıdım yerlimi.tşk

    • --------------------------------------------

    • Xəbərlər: 270
    • Şərhlər: 3252
    • İCQ:


    • Tanidigim Nezi'm

    • --------------------------------------------

      MiLLeTimiN XesTeLiYiniN aDi LeTarGiYa...●•
    • Şaheste
    • Xəbərlər: 166
    • Şərhlər: 308
    • İCQ:


    • cox gozel duwunen bir beyini var ........
      suallarda cavablarda super idi..........

      kisilerin tehmineleri cox olur ancaq her qadinin unuda bilmediyi bir zauru vardir
      Allah bizlere sonsuz sevgi nesib etsin


    • sen menim ozume elediyim en boyuk hormetsizliyimsen
    • Xəbərlər: 132
    • Şərhlər: 621
    • İCQ:


    • vao men beyendim.Maraqli xeber idi.

    • --------------------------------------------
      Togrul_Melek
    • H.Mələk
    • Xəbərlər: 89
    • Şərhlər: 910
    • İCQ:

    • sofia
    • 9 sentyabr 2016 20:33
    •  

    • Ne yalan deyim take.azda iki user her zaman diqqetimi cekib biri ele xeberin muellifi digeri ise ele musahibe veren,heqiqeten suallar ve cavablar cox semimidi cox beyendim


    • sofia
    • Xəbərlər: 112
    • Şərhlər: 1517
    • İCQ:

    • ELEN))
    • 9 sentyabr 2016 16:50
    •  

    • bele gozel bir xebere ilk rey menden gelsin o zaman:)
      coxdandi musahibeler gornmurdu)bele siradan olmamagida guzel olmus)
      cox sevdim suallari Feqisim:))ferqli ve bir o qeder semimi suallar idi))
      cavablardaki,Nezka o:)))ozunemexsus gozel cavablar.
      6)İndiki eşqlər nəyi sevir?

      İndikilərçün Eşq təsadüfləri sevmir.indi eşqlər pul sevir,fiqura sevir,maşın sevir,ev sevir.Birazda əzələ sevir,tattoo sevir.Çönüb deyə də bilmirsən ki detdom uşaxlarının eşqə imkanı çatmır ay Roza:)
      cox gozel cvb :)))heqiqet dolu bir cavab:))
      cox tesekurler her ikinize gozlerimiz gozellik gordu:)))

      "Göz Yaşı İçində Gülüş"


    • --------------------------------------------
      Sənin hərisliyin mənim biraz tərsliyim var..Sənnən öyrəndiyim yalanlardan dərsliyim var.Boğulanda gözyaşlarinda bilki gəlirəm qarşına.Mən unutmadım olanları, nifrətimə görə bağışla...

    • ELEN
    • Xəbərlər: 114
    • Şərhlər: 1361
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2019    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Style I Style II Style III