Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


İlk çərçivəsiz smartfon

  • Müəllif  Asef

İlk çərçivəsiz smartfon

 

"Sharp" şirkəti "Aquos Crystal 2" smartfonunu təqdim edib. Qurğunun əsas özəlliyi çərçivəsiz və suya davamlı olmasıdır. 

"S-PureLED" texnologiyası üzrə yaradılmış ekranın diaqonalı 5,2 düym, təsvir ölçüsü 1280x720 piksel təşkil edir.
Take.Az ICTnews-a istinadən bildirir ki,qurğu 1.2 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon 400" prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaşla təchiz edilib. Əsas və ön kameralar müvafiq olaraq 8 və 2,1 meqapiksellik matrisə malikdir. Akkumulyator batareyasının tutumu 2030 milliamper/saat təşkil edir. 
Yeni smartfon "LTE", "Wi-Fi 802.11b/g/n", "Bluetooth 4.0", "GPS" və "NFC" kimi  simsiz kommunikasiya vasitələrini dəstəkləyir. Aparata "Android 5.0 Lollipop" mobil əməliyyat sistemi quraşdırılıb.

Qurğu  11 mm qalınlığında su və tozkeçirməz korpusla təchiz olunub. Smartfonun  çəkisi 154 qramdır. 



Oxşar mövzular:
  • HTC Desire 626 satışa çıxarıldı
  • 320 QB yaddaşlı smartfon satılacaq
  • Huawei Honor T1 planşeti göstərildi
  • 5.7 düymlük ZMAX fableti göstərildi
  • Ascend P7 mini smartfonu göstərildi


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III