Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Smartfon Wi-Fi ilə enerji toplayacaq

  • Müəllif  Asef

Smartfon Wi-Fi ilə enerji toplayacaq

 

Vaşinqton Universitetinin tədqiqatçıları tərəfindən smartfonun Wi-Fi şəbəkəsi ilə enerji toplama texnologiyası hazırlanıb.   

Bildirilir ki, sistem çıxış nöqtələri və sensordan ibarətdir. Sensor radiotezlik siqnallarını toplayaraq onları daimi cərəyana çevirir. Çıxış nöqtəsi marşrutlayıcının modifikasiya edilmiş proqram təminatıdır. Bunun sayəsində qurğu eyni anda həm Wi-Fi şəbəkəsinə çıxışa imkan verir, həm də enerji mənbəyi kimi çıxış edir, - layihə tədqiqatçısı Vamsi Talla deyib.  
 
Take.Az ICTnews-a istinadən bildirir ki,  tədqiqatçılar qrupu texnologiyanı sınaqdan keçirib və Asus RT-AC68U əsasında işləyən marşrutlayıcı sistemləri Sietlin altı evində quraşdırıb. Texnologiya qurğunu 8,5 metr məsafədən enerji ilə doldurmağa imkan verir.
 
Sistem Wi-Fi-dan qurğuların enerji ilə doldurulmasına istifadəyə imkan verən ilk texnologiya olmasa da, əvvəlki sistemlərdən mövcud proqram təminatı ilə işləməsi və Wi-Fi şəbəkəsinə çıxışı pozmaması ilə fərqlənir.
 
Universitet tədqiqatçılarının texnologiyası siqnalları eyni səviyyədə bölüşdürür ki, qurğunun enerji ilə doldurulması prosesində Wi-Fi-ın sürəti nə aşağı düşsün, nə də artsın.  




Oxşar mövzular:
  • Simsiz elektrik enerjisi reallaşır...
  • 4D çap texnologiyası yaradıldı - FOTO
  • Enerjini simsiz ötürmək olacaq
  • Son model telefonlar dözümsüzdür
  • 5 metr məsafədə simsiz enerji


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III