Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Təsdiqlədilər: "Yadplanetlilər mövcuddur"

  • Müəllif  Asef

 

NASA rəsmisi Çarlz Bolden yadplanetlilərin mövcud olduğuna inanır. Amma o, həmin varlıqların "Zona 51" hərbi bazasında olmadığını bildirib. 

Anspress-in məlumatına görə, Bolden 10 yaşlı uşağın sualına cavab verərkən deyib ki, "Zona 51", həqiqətən, möcuddur. "Amma o, bir çox insanın düşündüyü kimi bir yer deyil. Mən orada olmuşam. "Zona 51" adi araşdırma mərkəzidir və mən orada heç bir yadplanetli, ya da kosmik gəmi görməmişəm", - deyən NASA rəhbəri Marsın araşdırılmasından da danışıb.

O, qırmızı planetin araşdırılmasından danışarkən qeyd edib ki, oraya insan göndərilməyəcək. Marsın araşdırılmasında robotlardan istifadə ediləcək.

Qeyd edək ki, "Zona 51" (Area 51) dünyanın ən məxfi yerlərindən biridir. Yüzlərlə kitabda, filmlərdə və kompüter oyunlarında tərənnüm edilmiş bu ərazi, yəqin ki, məxfilik simvoludur. Orada baş verənlər heç vaxt açıqlanmır və bu, belə də qalacaq. Nevada ştatında səhralıqda yerləşən bu obyektin ən geniş yayılmış təyinatı UNO və başqa planetlərdən gəlmişlərin öyrənilməsi, yeni silahların və uçan cihazların sınaqdan keçirilməsidir.



Oxşar mövzular:
  • ABŞ Marsa astronavt göndərəcək
  • Növbəti apokalipsis
  • NASA-dan həyəcan təbili: “Sivilizasiya yox olacaq!”
  • iPhone-da danışığı zaman "tok" vurdu
  • Qorxunc təhlükə: QİÇS-dən də pis xəstəlik yayılır


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829 
    Style I Style II Style III