reklam
"Opera Euro Rapid": Teymur Rəcəbov yarımfinala vəsiqə qazandı "Opera Euro Rapid": Teymur Rəcəbov yarımfinala vəsiqə qazandı https://take.az/uploads/posts/2021-02/thumbs/1613018670_loading.az_e7385bf3-4420-4a96-a0b9-b99a0dc83c46_850.jpg
ice berg

ice berg İdman 11-02-2021, 10:23

"Opera Euro Rapid": Teymur Rəcəbov yarımfinala vəsiqə qazandı

"Opera Euro Rapid": Teymur Rəcəbov yarımfinala vəsiqə qazandı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında növbəti görüşlərini keçirib.

LoaDinG.aZ`ın məlumatına görə, 34 yaşlı qrossmeyster bu raundun ikinci yarış günündə Niderlandı təmsil edən Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib.

Tərəflər arasında ilk 4 qarşılaşma heç-heçə yekunlaşıb - 2:2. Yarımfinala vəsiqə qazanan şahmatçı tay-breykdə bəlli olub. Burada rəqibinə 1,5:0,5 hesabı ilə qalib gələn Rəcəbov növbəti mərhələyə adlayıb.

Şahmatçılar arasında ilk gündə baş tutan görüşlər 2:2 hesabı ilə başa çatmışdı.

Qeyd edək ki, Teymur Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq. Bu raundun digər görüşündə norveçli Maqnus Karlsenlə fransalı Maksim Vaşye-Laqrav qarşılaşacaq. Yarımfinal qarşılaşmaları 11-12 fevralda olacaq.

"Opera Euro Rapid"

1/4 final


Aniş Giri (Niderland) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 2:2 (tay-breykdə 0,5:1,5)

Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya) - 0,5:2,5 (tay-breykdə 2:1)

Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa) - 2:0

Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa) - 2:2

1/4 finalın ilk oyun günündə qeydə alınan nəticələr

Aniş Giri (Niderland) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 2:2

Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya) - 2,5:0:5

Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa) - 2,5:1,5

Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa) - 1,5:2,5

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
256 230 180 223 276 211

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.