reklam
Gündəlik bürcLər:12.05.2021 Gündəlik bürcLər:12.05.2021 https://take.az/uploads/posts/2021-05/1620764493_loading.az_1615927339_loading_az_1614573145_loading_az_1496529797_gundelik-burcler.jpg
ice berg

ice berg Bürclər 12-05-2021, 00:31

Gündəlik bürcLər:12.05.2021

Gündəlik bürcLər:12.05.2021
Qoç
Ehtimal ki, uğurlu səfərləriniz olacaq. Evdən uzaqlarda yaxşı alış-veriş edə bilərsiniz. Axşam saatları kübar məclislərinin ziyarəti üçün münasibdir. Tezliklə ciddi xarakter alacaq romantik münasibətin təməli qoyulacaq.

Buğa
Bu gün nə edirsinizsə, hamının diqqətini cəlb edəcəksiniz. Maliyyə məsələlərinin həlli üçün məhsuldar gündür. Alacağınız məbləğ gözlədiyinizdən çox çıxacaq. Şəxsi müstəvidəki dəyişikliklər sizi sevindirəcək.

Əkizlər
Müttəfiq seçərkən diqqətli olun. Bu gün çoxları sizin pişvazınıza çıxacaq. Ancaq yadda saxlayın ki, heç də hamısı bunu təmənnasız etməyəcək. Köməyi yalnız kimlərə borclu olduğunuzu hesab etdiyiniz adamlardan qəbul edin.

Xərçəng
Bu gün çox vacib işlərinizi görə bilərsiniz. Məsələn, sövdələşmə imzalamaq, böyük məbləğli alış-veriş üçün əlverişli gündür. Qadınlarla əməkdaşlıq edən “Xərçəng”ləri bu gün uğur gözləyir.

Şir
Həyatınızı qəlizləşdirmək istəmirsiniz. Həmkarlarla qeyri-rəsmi şəraitdə görüş üçün münasib gündür. Onlarla aranızda olan dedi-qodudan faydalı informasiya çıxara bilərsiniz.

Qız
Xoş gündür. Xoş sürprizlər, gözlənilməz uğurlar sizi gözləyir. Son zamanlar sizi narahat edən problemlər gözlənilmədən həllini tapacaq.

Tərəzi
Müxtəlif tapşırıqların öhdəsindən asanlıqla gələcəksiniz. Reklam, şou-bizneslə məşğul olan “Tərəzi”ləri böyük uğur gözləyir. Ehtimal ki, gəliriniz olacaq.

Əqrəb
Əhvalınız sabit olmayacaq. Ev qayğıları vaxtınızın əsas hissəsini alacaq. Nəticə isə sizi qane etməyəcək. Bu gün daha vacib işlərlə məşğul olmağınız məsləhətdir.

Oxatan
Yeni dostlar qazanacaqsınız. Yeni macəranın başlanğıcı da istisna deyil. Ehtimal ki, az olmayan gəliriniz olacaq. Bu pulun vasitəsilə riskli biznes layihəsində şəxsi işlərinizi quracaqsınız.

Oğlaq
Professional planlarınızı reallaşdıracaqsınız. Rəhbər “Oğlaq”lar tabeliyində olan işçilərlə asanlıqla dil tapacaqlar. Bürcün nümayəndələri təşkilatçılıq və administrativ məsələlərin öhdəsindən yaxşı gələcəklər.

Dolça
Günün birinci yarısı xoş müstəvidə keçməyəcək. Işiniz çox olacaq. Mötəbər adamlardan biri ilə aranızda mübahisə yaşanacaq. Nəticədə kifayət qədər məbləğdə pul itkisi verəcəksiniz. Günün ikinci yarısında situasiya yaxşlığa doğru dəyişəcək.

Balıqlar
Maliyyə problemləri gözlənilir. Qənaətcil deyilsiniz, pulu hara gəldi, nəyə gəldi xərcləyirsiniz. Yaxın ətrafınız sizi həmişə yaxşı başa düşmür. Yaxşı olar ki, günün ikinci yarısını fəal istirahətə həsr edəsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
238 261 268 246 248 214

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.