reklam
Dondurmanı evdə hazırlayaq Dondurmanı evdə hazırlayaq http://take.az/uploads/posts/2018-07/thumbs/1531487280_image.jpg
Esmeralda

Esmeralda Mətbəx 13-07-2018, 17:09

Dondurmanı evdə hazırlayaq

Dondurmanı evdə hazırlayaq


ayın ən ləzzətli təamlarından olan dondurmalar ev şəratində də hazırlana bilir və çox ləzzətli olur.

Qatılaşdırılmış südlə olan bu dondurma da həm görünüşü, həm dadı ilə göz oxşayır.

Lazım olan məhsullar:
- Qatılaşdırılmış süd - 380 qr
- Yoqurt - 200 qr
- Xama - 200 qr
- Vanilli şəkər - 8 qr

Hazırlanması:
1-ci mərhələ
Qatılaşdırılmış süd, qatqısız yoqurt, xama və vanilli şəkər götürülür. Şəkər xəstələri üçün olan qatılaşdırılmış süddən də istifadə oluna bilər, onun tərkibində fruktoza var və adi şəkər yoxdur.

Dondurma adətən uşaqlar üçün hazırlandığına görə yoqurt seçərkən uşaqlar üçün olan yoqurta üstünlük verə bilərsiniz. Xama kimi isə istənilən yoxlanılmış xamadan istifadə edə bilərsiniz.

2-ci mərhələ
Bütün bu məhsullar dərin qabda və ya mikser kasasında qarışdırılır. Alınan kütlə blender vasitəsilə biraz çalınır. Bu zaman kütlə köpüklü (воздушный) olmayacaq, ancaq daha yaxşı qarışacaq.

3-cü mərhələ
Alınan qarışıq səliqəli şəkildə formalara tökülür. Sonra çubuqlar yerlərinə yerləşdirilir. Əgər formalar yoxdursa, qarışığı plastik qaba da tökə bilərsiniz. Sonra qarışıq donması üçün soyuducuya qoyulur.

4-cü mərhələ
Dondurma dondurucu kamerada bir neçə saat ərzində saxlanılır.

Dondurmanı formalardan çıxarmaq üçün onu bir neçə saniyəlik qaynar suda saxlayın

NUŞ OLSUN!

Dondurmanı evdə hazırlayaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
278 284 297 272 238 267

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.