Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Mübariz İbrahimovun ölümündən əvvəl çəkilmiş son döyüş [video]

 

 

Publika.az saytı Azərbaycanın Milli Qəhrəmanı, 2010-cu ilin yay aylarında onlarla erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olmuş Milli Ordunun giziri Mübariz İbrahimovun sonuncu video görüntüsünü əldə edib.

Bu videogörüntü Mübariz İbrahimovun ölümündən 5 ay əvvəl lentə alınıb. Həmin ilin yanvar ayında Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində gizir kursunda təhsil alan Mübariz İbrahimov zabit dostlarından biri ilə rinqdə məşq edir. Görüntüdəki hündürboylu şəxs həmin zabit, digəri isə Mübariz İbrahimovdur.

Elə bu videogörüntünü də həmin zabit Publika.Az-ın əməkdaşına təqdim edib:

“Bu görüntünü məndən çox adam istəyib. Lakin heç kimə verməmişdim. İlk dəfə bu videonu Mübarizin atası Ağakərim kişiyə verdim. Mübarizin əmisi oğlu da orduda xidmət edən zabitlərimizdən biridir. O, Mübariz şəhid olandan sonra təsadüfən öyrənib ki, Milli Qəhrəmanın ölümündən əvvəl çəkilmiş videosu var. Bunu mənə deyəndə, güldüm. Dedim, bəli, var. Məndədi. Sonra Ağakərim kişiylə görüşüb videonu köçürüb ona verdim. İlk dəfə mətbuatdan məhz sizə təqdim edirəm bu görüntüləri. Mübariz İbrahimovdan mənə qalan bu videogörüntü və onunla bağlı xoş xatirələrdir”.

Bunlar videogörüntünü bizə təqdim edən zabitin dedikləridir. Məlum səbəblərdən onun adını açıqlamırıq. Həmin zabitin Mübariz İbrahimovla bağlı xatirələri adamda son dərəcə güclü qürur hissi oyadır. Doğrudan da, Mübariz İbrahimov əsl azərbaycanlı və əsl qəhrəmandır:

“Mən onunla ilk dəfə tanış olanda 22 yaşı var idi. Həmişə deyirdi ki, əlimə silah düşsə, erməniləri qırıb-batıracam. Əvvəllər fikirləşirdim ki, cavandı, beyni dumanlıdı, yəqin ona görə belə danışır. Lakin bir gün əmin oldum ki, Mübariz həqiqətən də dediyini edən oğlan imiş. O, şəhid olan gün mən hərbi hissədə növbətçi idim. Səhər növbəni təhvil verəndə zabit yoldaşlarım dedi ki, bəs, bizim gizirlərdən biri keçib ermənilərə tərəf, onları qırıb, məhv edib. Öz-özümə fikirləşdim ki, görəsən hansı gizir edib bunu. Evə gəldim, televiziyada xəbərləri izləyəndə Mübariz İbrahimovun şəklini gördüm. Bir anlıq şoka düşdüm. Demək, erməniləri qırıb-batıran gizir Mübariz imiş. Üç gün özümə gələ bilmədim. Televiziyada onun şəklini görəndə yadıma düşdü ki, Mübariz bir vaxtlar bunu edəcəyini demişdi. Biz onunla fəxr edirik. Mübariz heç vaxt unudulmayacaq. Elə ermənilər də Mübarizi heç vaxt unutmayacaq. Çünki o, düşmənin içinə girib yüzlərlə erməni hərbçisi ilə təkbaşına 5 saatdan artıq döyüşmüşdü. Qaranlıq vaxtı ona bata bilmirdilər. Mübariz əsl qəhrəman kimi döyüşüb. Yalnız hava işıqlananda Mübarizi snayperlə vurmuşdular. Ermənilər hətta onun ölüsündən də qorxurdular. Buna görə də əllərini bağlamışdılar”.

Bu videogörüntü ilə bağlı xatirələrini də danışan zabit deyir ki, bu, onun Mübarizlə rinqdə sonuncu döyüşü olub:

“Mübariz səngərdə necə qəhrəman idisə, idmanda da o cür idi. Adətən, idmançılar özlərindən ağır çəkidə olan rəqiblə rinqə çıxmır. Mən 91 kiloqram çəkidə döyüşürdüm. Mübariz isə 81 kiloqramda. Çəkim ondan artıq olsa da, mənimlə çox cəsarətlə, heç nədən çəkinmədən döyüşürdü. Bəlkə də, Mübariz elə rinqdə özündən qat-qat üstün, artıq çəkidə olan rəqiblərlə döyüşməyi ona görə öyrənirdi ki, təkbaşına yüzlərlə erməninin içinə girib onları məhv edə bilsin. O bunu bacardı…”

Həmsöhbətim deyir ki, Mübariz İbrahimov 2010-cu ilin yanvarında gizir rütbəsi alandan sonra Tərtərdəki hərbi hissələrindən birinə təyinat alıb:

“Gəlib mənimlə görüşdü, sevinə-sevinə dedi ki, Tərtərə düşmüşəm. Dedim, Allah köməyin olsun, ehtiyatlı ol. Beləcə, görüşüb ayrıldıq. Onunla birlikdə xidmət edən hərbçi dostlarım danışırdı ki, Mübariz İbrahimov hər gün namaz qılandan sonra səngərə çıxıb erməniləri mövqelərini müşahidə edirmiş. Özünə qapalı adam idi. Sakit, səssiz-səmirsiz dayanıb erməni postlarını müşaşidə edirmiş. Demək, o vaxtdan özündə plan cızırmış. Şəhid olduğu gün “Vaxt tamamdır” deyərək, ermənilərin mövqelərinə yaxınlaşıb. Minalı ərazidən təkbaşına keçib. O bir qəhrəman idi. Onun nəşini geri qaytaranda yaxınları dəhşətə gəlmişdi. Məsciddə Mübarizi yuyanda onun üzərində bir dənə də çürümə izi görməyiblər. Doğrudan da, şəhidin bədəni öləndən sonra çürümürmüş. Neçə gün ermənilərin əlində qaldı, Allah bilir necə yerdə saxlamışdılar. Amma məsciddə onu yuyanlar deyir ki, Mübariz elə həminki Mübariz idi…»

Xatırladaq ki, Milli Ordumuzun giziri Mübariz İbrahimov 2010-cu il iyunun 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətində baş verən ağır döyüşdə qəhrəmancasına şəhid olub. Nəşi bir aydan artıq ermənilərdə əsir saxlanılıb. Aparılan danışıqlardan sonra Mübariz İbrahimovun cənazəsi Vətənə gətirilib və İkinci Fəxri xiyabanda dəfn olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Bundan başqa, Biləsüvardakı orta məktəblərdən birinə Mübariz İbrahimovun adı verilib.

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsüvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə gedib, 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi sahədə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsində – Tərtərdəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 

 



Oxşar mövzular:
  • Məşhur türk serialında Mübariz İbrahimovdan danışdılar [video]
  • Orduda növbəti Mübariz İbrahimov olayı
  • Mübariz İbrahimovun atası: "Ramil Səfərova deyiləcək sözüm var"
  • Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür
  • Mubariz Ibrahimov


  • Gerİ dön


    19 şərh

    • ayishe
    • 15 yanvar 2013 08:33
    •  

    • Allah mekanini cennet etsin.senin kimi oglanlardan cox olsun.Esgerlerimizi Allah qorusun <3


    • ayishe
    • Xəbərlər: 0
    • Şərhlər: 70
    • İCQ:

    • Nuraka
    • 12 oktyabr 2012 18:09
    •  

    • tewekkurler

    • --------------------------------------------
      Əslində hər axan bir damla göz yaşının 1 faizii su, 99 faizi duyğu deyilmi? :/
    • Nurka
    • Xəbərlər: 22
    • Şərhlər: 1549
    • İCQ:


    • ALLAH REHMET ELESIN.


    • cuci
    • Xəbərlər: 0
    • Şərhlər: 47
    • İCQ:


    • Sitat: Asef
      ALLAH REHMET ELESIN. MUBARIZDE OLAN UREK MILYONDA BIR INSANDA OLUR..


    • --------------------------------------------
      ℳ℮η ℮ℒ℮ ℳεηεℳ ℯℒ℮‼❣‼ ♏

       ÐḯḺ $υмυ¥Ðℯη Ðεḯℒ▪❣
      αℳα �?��?�✄ ϟüмυ⑂ℒ℮ґḯ
      ϟḯηÐ�?�яḯґ‼‼‼

      �?��?��?�
    • AZ ArMY
    • Xəbərlər: 195
    • Şərhlər: 249
    • İCQ:

    • Nuraka
    • 4 oktyabr 2012 00:45
    •  

    • ALLAH BEHISTINI CENNET ETSIN.....

    • --------------------------------------------
      Əslində hər axan bir damla göz yaşının 1 faizii su, 99 faizi duyğu deyilmi? :/
    • Nurka
    • Xəbərlər: 22
    • Şərhlər: 1549
    • İCQ:


    • allah rehmet eylesin..ruhu sad olsun.....xebere gore tesekkurler


    • Ayse
    • Xəbərlər: 0
    • Şərhlər: 121
    • İCQ:


    • ALLAH Rehmet Elesin.... Tesekkurler Eziyete Gore

    • --------------------------------------------
      Instagram : ilkin1995
    • İlkin
    • Xəbərlər: 10
    • Şərhlər: 2870
    • İCQ:


    • Allah rehmet elesin esl Azerbaycan oglu bele olar biz onunla hemiwe fexr edecik tewekkurler xebere gore

    • --------------------------------------------
      -------------- ---------------------------------------- $$$$$$
      ___________________________________$$$$$$$$$$
      ___________________________$$$____$$$$
      _________________________$$$$$$$__$$$$$$$$$$$
      _______________________$$$$$$$$$___$$$$$$$$$$$
      _______________________$$$___$______$$$$$$$$$$
      ________________$$$$__$$$$_________________$$$
      _____________$__$$$$__$$$$$$$$$$$_____$____$$$
      __________$$$___$$$$___$$$$$$$$$$$__$$$$__$$$$
      _________$$$$___$$$$$___$$$$$$$$$$__$$$$$$$$$
      ____$____$$$_____$$$$__________$$$___$$$$$$$
      __$$$$__$$$$_____$$$$_____$____$$$_____$
      __$$$$__$$$_______$$$$__$$$$$$$$$$
      ___$$$$$$$$$______$$$$__$$$$$$$$$
      ___$$$$$$$$$$_____$$$$___$$$$$$
      ___$$$$$$$$$$$_____$$$
      ____$$$$$$$$$$$____$$$$
      ____$$$$$__$$$$$___$$$
      ____$$$$$___$$$$$$
      ____$$$$$____$$$
      _____$$$$
      _____$$$$
      _____$$$$
    • Acemi cadi
    • Xəbərlər: 658
    • Şərhlər: 3131
    • İCQ:

    • ACON
    • 3 oktyabr 2012 22:19
    •  



    • ALLAH REHMET ELESIN. MUBARIZDE OLAN UREK MILYONDA BIR INSANDA OLUR..


    • --------------------------------------------
      AZERBAIJAN

    • ELSEN
    • Xəbərlər: 8
    • Şərhlər: 579
    • İCQ:

    • M.R.C
    • 3 oktyabr 2012 20:59
    •  

    • ALLAH REHMET ELESIN. MUBARIZDE OLAN UREK MILYONDA BIR INSANDA OLUR..

    • --------------------------------------------
      "Bilirsən nə vaxt peşman olursan? Yarımçıq buraxdığını başqası tamamlayanda."
    • mrc
    • Xəbərlər: 59
    • Şərhlər: 2368
    • İCQ:


    • allah rehmet elesin.MUBARIZ IBRAHIMOV AZERBAYCANIN FEXRIDI VE BIZ ONUNLA FEXR EDIRIK!

    • --------------------------------------------
      Dostlar sag olun.men gedirem.sentyabrin 1 -inden artiq sizlerler olmayacam.2 il boyunca sizsiz qalacagim ucun cox uzgunem.2 ilden sonra yene sizle olacagima soz verirem.bu muddet erzinde sizi coxxxxxxxxc ozluyecem.bu profili belke yaxin adamlardan birine isletmek ucun verecem.♡♥♡♥♡♥♡
    • sinem
    • Xəbərlər: 12
    • Şərhlər: 4703
    • İCQ:


    • fexr eliyirem senin kimi Azeri oglu ile


    • Esya Teymurzade
    • Xəbərlər: 0
    • Şərhlər: 311
    • İCQ:


    • ALLAH REHMET ELESIN

    • --------------------------------------------

    • ...
    • Xəbərlər: 128
    • Şərhlər: 2812
    • İCQ:


    • Allah rehmet etsin.Onsuzda onun yeri cennetdir.

    • --------------------------------------------
      Всегда улыбайся… Себе жизнь продлишь, друзей порадуешь, врагов побесишь)))

    • damla memedli
    • Xəbərlər: 138
    • Şərhlər: 2618
    • İCQ:


    • YERI CENNET OLSUN...


    • sevinc  novruzova
    • Xəbərlər: 0
    • Şərhlər: 1771
    • İCQ: 55

    • Asef
    • 3 oktyabr 2012 13:08
    •  

    • ALLAH REHMET ELESIN. MUBARIZDE OLAN UREK MILYONDA BIR INSANDA OLUR..

    • --------------------------------------------
      Saytda olan problem ve suallar ucun mene whatsappda muraciet ede bilersniz saytdaki nikinizi yazmag bes eder. 055 856 13 14
      facebook : Asef Qarayev
      instagram : asef_501
    • Asef Qarayev
    • Xəbərlər: 10465
    • Şərhlər: 1952
    • İCQ:


    • ALLAH BEHISTINI CENNET ETSIN.....

    • --------------------------------------------
      Təmiz Tutmaq Üçün Savaşmazsan....
      Kirləndi Deyə Şikayət Etmeye Haqqin Yoxdur....

    • LeMaN
    • Xəbərlər: 76
    • Şərhlər: 2159
    • İCQ:


    • AZƏRBAYCAN OĞLU!

    • --------------------------------------------
      Sayt ilə bağlı sual və problemlər üçün
      (+994)55 548 12 12 Pərvin

    • Xəbərlər: 2145
    • Şərhlər: 4838
    • İCQ:

    • fatya1
    • 3 oktyabr 2012 01:49
    •  

    • TWK PERVIN EMEYE GORE smile

    • --------------------------------------------
      Dedi N?�qt?�s?�n Cox Kiciks?�n!
      Dedim Zato S?�n Boyda C??ml?�ni Bitirir?�m!!!!
    • #31#
    • Xəbərlər: 79
    • Şərhlər: 1446
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III