Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bakıda toy karvanında hoqqabazlıq – "Porsche"ni tərsinə sürdü – VİDEO

  • Müəllif  Admin

Bakıda toy karvanında hoqqabazlıq – 'Porsche'ni tərsinə sürdü – VİDEO

"Porchse"ni düz yolda tərsinə sürən "Zadni Rəhman"


"Porchse"ni düz yolda tərsinə sürən "Zadni Rəhman" 60 manat – 3 bal cərimə oluna bilər

Bakıda toy karvanında təhlükəli hərəkətlər edən sürücünün videosu yayılıb. myBaku.az-ın məlumatına görə, sosial şəbəkələrdə oktyabrın 3-də yayılan videonun nə vaxt çəkildiyi bilinməsə də, hadisənin Təhsil Nazirliyi tərəfdən Heydər Əliyev prospektinə çıxan körpüdə baş verdiyi bildirilir.

Toy karvanında hərəkət edən "Porsche" markalı avtomobilin tərsinə hərəkət etməsi görənləri təəccübləndirib. Sürücü avtomobili bir neçə dəqiqə bu cür idarə edib. "Avtoşluq" edən sürücünü kameraya çəkən yaxını onu "Zadni Rəhman" kimi təqdim edib. 

Bu, olduqca təhlükəli hərəkətdir. Həm də qayda pozuntusudur. Bu əməlinə görə sürücü barəsində 60 manat – 3 bal cərimə tətbiq oluna bilər.

Qeyd edək ki, son vaxtlar toy karvanlarında yol qəzalarının sayı artır. Qəzaları adətən toyda qonaq qismində iştirak edənlər törədir ki, bu da həmin sürücülərin qaydaları kobud şəkildə pozması nəticəsində baş verir. Bu cür hoqqabazlıq nəticəsində baş verən qəzaların bir çoxu ölümlə nəticələnir.

Unutmaq lazım deyil ki, yaxınının, qohumunun toyunda qanqaraçılıq salmağa heç kimin haqqı yoxdur. Əgər sən toy karvanında varsansa, deməli, yaxın adamsan. Yaxın adamsansa, özünü adam kimi aparmalısan. Sənin bir anlıq hoqqabazlığın kiminsə şad gününü qara gətirə bilər.
 


Oxşar mövzular:
  • Bakının bahalı ağ Gelandewagen-ləri bu toy karvanıda yığışdı (VİDEO)
  • Azərbaycanlı ulduzların qayda pozuntusu - Cərimə və ballar
  • Bakıda reyddə saxlanılan qadın sürücülər
  • Avtoş toy karvanında şou göstərdi - VİDEO
  • Bakıda toy karvanını müşayiət edən avtomobillər cərimə meydançasına aparıld ...


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III