reklam
"Qarabağ" "Şerif"ə qarşı "Qarabağ" "Şerif"ə qarşı http://take.az/uploads/posts/2018-08/thumbs/1535033437_qarabag.jpg
_Yene_Tenha_

_Yene_Tenha_ İdman 23-08-2018, 18:10

"Qarabağ" "Şerif"ə qarşı

"Qarabağ" "Şerif"ə qarşı


Bu gün Avropa Liqasının pley-off mərhələsinə start veriləcək.

Təmsilçimiz "Qarabağ" da ilk oyununa çıxacaq. Qurban Qurbanovun komandası Moldova çempionu "Şerif"in qonağı olacaq.
Tiraspol təmsilçisi də Ağdam klubu kimi mübarizəyə Çempionlar Liqasından başlayıb. "Qarabağ" 3-cü, "Şerif" isə 2-ci təsnifat mərhələsində uduzaraq, Avroliqaya düşüb.

Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" bu rəqibini mübarizədən kənarlaşdırıb. Bakıda qolsuz heç-heçə edən komandaların Tiraspoldakı duelində "Qarabağ" 2:1 hesablı qələbə qazanıb.


23 avqust

Avropa Liqası

Pley-off mərhələsinin ilk oyunu

21:00. "Şerif" (Moldova) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Sergey Tsınkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (hamısı Belarus)
Tiraspol, "Şerif" İK stadionu

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
228 286 220 234 268 234

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.