reklam
Limonla marinə edilmiş xiyar resepti Limonla marinə edilmiş xiyar resepti http://take.az/uploads/posts/2016-06/thumbs/1465831305_1465802644_1409080415_dadli.jpg
♥Мой Мир♥

♥Мой Мир♥ Mətbəx 13-06-2016, 20:30

Limonla marinə edilmiş xiyar resepti

Limonla marinə edilmiş xiyar resepti

Tərkibi (1 litrlik banka üçün):

xiyar (bankaya neçəsi yerləşsə)
1 fal limon (bütöv dilim)
3-4 diş sarımsaq
3-4 ədəd dəfnə yarpağı
1 ç.q. dənəvər xardal
3-4 ədəd dənəvər qara istiot
3 ədəd dənəvər ətirli ağ istiot
1 l su
150 q şəkər tozu
40 q duz
1 ç.q. limon turşusu

Hazırlanması:
Xiyarı bir neçə saat soyuq suda saxlayın.

Sonra xiyarı yuyun.

Bankanı buxarın üzərində sterilizə edin, qapağını qaynadın.

Bankanın dibinə bütün ədviyyatı qoyun, üstündən xiyarları düzün. Bir bütöv dilim limon qoyun. Üzərinə qaynar su töküb 20 dəqiqə saxlayın.

Sonra suyu süzüb qədərini ölçün.

Marinadı aşağıdakı nisbətdə hazırlayın: 1 litr suya 40 q duz, 150 q şəkər tozu və 1 ç.q. limon turşusu.

Süzdüyünüz suya şəkər tozu və duz qatın, qarışdırın, əriyəndən sonra limon turşusunu əlavə edib qarışdırın, bu qaynar marinadı xiyarların üstünə tökün, bankanın ağzını bağlayıb tərs çevirin.

Üzərinə heç nə örtməyin, beləcə soyumasını gözləyin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
323 249 265 319 288 264

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.