reklam
“Xiaomi” şirkəti “Mi Band 5” fitnes trekerini təqdim edib “Xiaomi” şirkəti “Mi Band 5” fitnes trekerini təqdim edib https://take.az/uploads/posts/2020-06/thumbs/1592133409_loading.az_857668.jpg
Xaliq

Xaliq Texnologiya 15-06-2020, 17:00

“Xiaomi” şirkəti “Mi Band 5” fitnes trekerini təqdim edib

“Xiaomi” şirkəti “Mi Band 5” fitnes trekerini təqdim edib
"Xiaomi" şirkəti "Mi Band" fitnes trekerinin yeni nəslini təqdim edib. Qurğu daha böyükölçülü ekran, yeni siferblat və yeni enerjidoldurma texnologiyası ilə təchiz edilib. Bu haqda məhsulun Çinin "Weibo" platformasındakı rəsmi hesabında məlumat verilib.
 "Mi Band 5" cihazı 1,2 düym rəngli "AMOLED" displeyə malikdir, 100-dən çox siferblat dəstəyinə malikdir. Aparat ürək ritminin monitoru, qanda oksigenin miqdarını ölçmək funksiyası, tənəffüs gimnastikası üçün daxili proqrama malikdir. "Xiaomi" yeni nəsil cihaza 11 təlim növü əlavə edib.
Qurğunun avtonom iş vaxtı 14 günədək təşkil edir. "Mi Band 5" sudan qoruma funksiyasına malikdir, qurğu smartfondan bildiriş ala və onun bəzi funksiyalarını idarə edə bilər. Treker "iOS" və "Android" sistemi ilə işləyən smartfonları dəstəkləyir.
18 iyunda satışa çıxarılacaq "Mi Band 5" aparatının standart versiyasının qiyməti 189 yuan (26 dollar) təşkil edəcək. "NFC" texnologiya ilə olan versiyanın qiyməti isə 229 yuan (32 dollar) təşkil edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
214 225 210 226 239 162

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.