reklam
Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər. (O.Uayld) Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər. (O.Uayld) https://take.az/uploads/posts/2021-01/thumbs/1610388014_loading.az_nizami-gencevi-insan-quvvet-elm-guc-guclu-aforizmler.jpg
Gulusum

Gulusum Aforizm 12-01-2021, 00:16

Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər. (O.Uayld)

Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər. (O.Uayld)
Tolerantlıq sözü mənim xoşuma gəlmir, lakin mən bundan yaxsı söz tanımıram
(Mahatma Qandı)

Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır.
(Konfutsi)

Haqqı hər zaman müdafiə et, anlayan olmasa belə vicdanına hesab verməkdən xilas olarsan.
(Herbert Uels)

Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır, bu günahdır. Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır, əsl insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır.
(Oskar Uayld)

Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir.
(M.Qandi)

Yumor-zarafat arxasında gizlənən ciddilikdir.
(P.E.Veys)

Kişilər sevişmək, qadınlar isə məhəbbət arzusundadır.
(Z.Freyd)

Amma sonda hamısı eyni işlə məşğuldur.
(Sari Qabor)

Aşiq olarkən insan ağlını itirir və yalnız evləndikdən sonra bu itkini hiss edir.
(Safir Moriç)

Qadin çox şey istəyir,amma birindən. Kişi bir şey istəyir, amma çoxundan.
(Konstantin Melaxin)

Necə ər istəyirsən kasıb, yoxsa varlı? Kasıba ərə gedəcəksən, ərindən başqa heç nəyin olmayacaq. Varlıya ərə gedəcəksən, ərindən başqa hər şeyin olacaq.
(Konstantin Melaxin)

Sənin qəbahətlərini üzünə deyən düşmən, bunları gizlədən dostdan yaxşıdır.
(Sokrat)

Yaxşı geyinmiş axmaq məclisdə ağzını açana qədər parlayacaq.
(Qədim Hind aforizmi)

Hünərsiz ağıl qadınlara, ağılsız hünər heyvanlara xasdır.
(Qədim Hind aforizmi)

Mübarizəsiz həyat olduqca cansıxıcıdır. (M.Y.Lermentov)

Mənə elə dost lazım deyil ki, hər şeydə mənimlə razılaşsın, mən başımı əyəndə o da əysin, ona qalsa mənim kölgəmdə dostdur.
(Plutarx)

Sözün qədrini bilməyən zəif düşüncəli adam adətən çox danışar.
(Ş.Montyeske)

Arxanca danışırlarsa deməli sən qabaqdasan.
(Çin atalar sözü)

Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır.
(Çin atalar sözü)

Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.
(Aristotel)

Həyat beşiklə məzar arasında sınaq müddətidir.
(O.Balzak)

Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır.
(A.Barbüs)

Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm.
(A.Bek)

Hər gün insan üçün yeni bir həyatdır.
(R.Beyker)

Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır.
(Ş.Bodler)

Həyat yuxuda da öz sonuna doğru gedir.
(A.Bule)

Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.
(Ç.Çaplin)

Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.
(A.Dante)

Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir.
(T.Fontane)

Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz.
(Ezop)

Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.
(Z.Freyd)

Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır.
(C.Fuller)

Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.
(M.Gəncəvi)

Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir.
(H.Holley)

Faydasız həyat – vaxtsız ölümə bərabərdir.
(İ.Höte)

Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir.
(V.İrvinq)

Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki!
(A.Kapus)

Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz.
(D.Karnegi)

Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır.
(Ç.Kolton)

Həyat əvvəldən axıradək öyrənməkdir.
(J.Labrüer)

İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir, insan kimi yaşamağı unudur və əzablar içində ölür.
(J.Labrüer)

Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir.
(Menandr)

Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən – həyatın məqsədi məhz budur.
(C.Məmmədquluzadə)

Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir.
(Napoleon)

Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən.
(F.Nitsşe)

Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir.
(C.Pekk)

Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik.
(C.Robertson)

Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır.
(C.Santayana)

İnsanı həyata bağlayan onun gözəl cəhətləridir.
(Sokrat)

Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir.
(B.Spinoza)

Həyat avtomobil idarə etmək kimi bir şeydir – nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var.
(A.L.Stal)

Görmək və hiss etmək mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir.
(U.Şekspir)

Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər.
(İ.Ten)

Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır.
(Q.Təbrizi)

Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür.
(L.Tolstoy)

Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər.
(O.Uayld)

Başqalarının halına yana bilən insan yaşamağa layiqdir.
(Van Qoq)[/]

Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir
.[b] (C.Vatson)


Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər.
(F.Volter)

İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.
(F.Volter)

Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən.
(L.Vovenarq)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
455 432 353 380 448 393

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.