reklam
Səndən mənə bilirsənmi nə qaldı? Səndən mənə bilirsənmi nə qaldı? https://take.az/uploads/posts/2021-02/thumbs/1613111660_loading.az_127170494_2783317578590625_8229361159229701238_n.jpg
ice berg

ice berg Şeirlər 12-02-2021, 14:15

Səndən mənə bilirsənmi nə qaldı?

Səndən mənə bilirsənmi nə qaldı?
Səndən mənə bilirsənmi nə qaldı?
Səndən mənə,bilirsənmi,nə qaldı?
- Boşa getmiş,itirilmiş bir zaman.
Bilirsənmi, səndən geri nə qaldı?
- Söylədiyin ovuc ovuc ağ yalan.
Bir də mənə,bilirsənmi,nə qaldı?
- Hüzün dolu,əzab dolu gecələr..
Gecə-gündüz heç oyanıb-yatmayan,
Qaranlığa qərq olmuş pəncərələr..
Səndən mənə əzab dolu bir ürək,
Sızıldayan neçə xatirən qaldı..
İkimizin bir dünyası var idi,
Bir dünya ki, yalanla viran qaldı..
O nur dolu,sevgi dolu gecələr
Cəhənnəmtək atəşlərə qalandı..
Hər gün mənə dediyin ağ yalanlar,
Bax,gördünmü,ayrılığa calandı!
İndi sənin yalan dolu bir dünyan,
Yalnızlığın, kədərin var, qəmin var..
Tək başına yaşayırsan beləcə..
Bəs yalanı söyləməyə kimin var?!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
215 211 207 217 232 216

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.