Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


erməni yağı AZƏRBAYCAN süfrələrində

1

Bu yağları ölkəmizə kimlər gətirir?
Son illər mətbəxlərdə duru yağlardan istifadə vərdişləri artmaqdadır. Azərbaycan qadınları duru yağın faydasını və səmərəsini hiss edərək dadlı xörəklərini onunla bişirməyə başlayıblar. Duru yağa tələbatın artdığını hiss edən saxtakarlar, indi də bu sahədə ürək bulandırmağa başlayıblar. Əgər onların qarşısı alınmasa ürəkbulanma zəhərlənməyə çevriləcəkdir. 
Hər bir ölkəyə məhsulların idxal olunması normal bir haldır. Əgər həmin məhsullar qanuni yolla gətirilirsə. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsində göstərilir ki, xarici dövlətlərdən Azərbaycan Respublikasına dövlət gigiyena qeydiyyatına alınmış, müəyyən edilmiş qaydada verilmiş və ya tanınmış uyğunluq sertifikatları olan yeyinti məhsulları idxal edilə bilər. Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərə əsasən verilmiş müvafiq sertifikatları olmayan yeyinti məhsullarının Azərbaycan gömrük ərazisinə daxil edilməsinə yol verilmir.
Ədalət naminə qeyd etmək lazımdır ki, əvvəlki illərlə müqayisədə qida məhsullarına nəzarət xeyli yaxşılaşmışdır. Qanunvericilik bazası təkmilləşdirilmiş, yeni standartlar qəbul edilmiş, nəzarət gücləndirilmişdir. Ən vacib dəyişikliklərdən biri bu olmuşdur ki, Azərbaycana gətirilən məhsulun üzərində onun istehsalçısı, mənşəyi, ölkəsi, xassələri, istifadə qaydaları haqqında məlumatlar Azərbaycan dilində göstərilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının Qanununda göstərilir ki, istehlak üçün idxal edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Lakin ölkəmizdə sınaq laboratoriyalarının azlığı, genetik dəyişdirilmiş məhsullarla bağlı qanunun qəbul olunmaması və keyfiyyətsiz məhsul idxal edənlərə qarşı cəzaların yüngüllüyü kimi çatışmazlıqlar sui-istifadə hallarının davam etməsinə zəmin yaradır. Hələ də insanların sağlamlıqlarını təhlükə altında qoyan məhsullar satış şəbəkələrinə yol tapa bilir. Son zamanlar satışda sürətlə yayılan şübhəli məhsullardan biri də “Дивное” adlı günəbaxan yağıdır.

Mağazalarda etiketi ermənicə olan duru yağ satılır

Artıq xeyli müddətdir ki, ölkəmizin ərzaq dükanlarında Rusiyada istehsal olunan “Дивное” adlı günəbaxan yağı satılır. Bu yağın satış şəbəkəsinə yol tapması həm qida təhlükəsizliyi, həm də milli təhlükəsizlik baxımından təhlükəlidir. Ermənistana satılmaq üçün istehsal olunmuş həmin məhsul bu ölkənin qadağası ilə rastlaşdıqdan sonra digər bazarlara yol tapıb. “Дивное” günəbaxan yağının etiketində məlumatlar erməni dilində də göstərilib. Azərbaycana bu yağı idxal edən şəxslər erməni dilində yazı olan hissənin üzərinə azərbaycan dilində məlumat yapışdıraraq satış şəbəkələrinə ötürürlər.
Araşdırma zamanı “Дивное” yağının istehsalçısı haqqında məlumat tapa bilmədik. Gözdən pərdə asmaq üçün yaradılmış internet səhifəsində sadəcə yağın bir-iki reklamı və söz yığımından ibarət olan təriflər yer alıb. Saytda istehsalçı şirkət haqqında, həmçinin yağın hansı məhsuldan alındığı və necə istehsal olunduğu barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, son zamanlar dünyada yaşanan ərzaq qıtlığı və qiymət artımları saxtakarların iştahını açıb. Dünyanın ayrı-ayrı ölkələrində duru yağlarla bağlı tez-tez saxtakarlıq əməllərinin üstü açılır. Məsələn, günəbaxan yağlarına pambıq, soya və kanola kimi ucuz yağlar qatılır. Bu cür məhsullar həqiqi günəbaxan yağlarından xeyli ucuz başa gəldiyindən aşağı qiymətə satılır. Məlumat üçün bildirək ki, soya dünyada ən çox geni modifikasiya olunan bitkidir.
Elə “Дивное” yağını alıb istifadə edənlər də onun tərkibindən şübhələndiklərini söyləyirlər. “Təsadüfən marketdə “Дивное” yağı ilə rastlaşdım. Qiyməti ucuz olduğundan onu almaq qərarına gəldim. Lakin evdə həmin yağ ilə bişirilmiş xörəklər yeyildikdən sonra bütün ailə üzvlərimiz dözülməz qarın ağrılarından əziyyət çəkməyə başladılar. Mən, bu yağı almağıma peşman olmuşam, digərlərinə də ucuz qiymətinə baxıb aldanmamalarını məsləhət görürəm”, - deyə marketdə rastlaşdığımız alıcı Esmira Mustafayeva bildirdi.
“Дивное” günəbaxan yağı tanınmış marketlərdən olan “Bizim market”də satılır. Yağın 1 litrlik qabının qiyməti 2,45 manatdır.
Etiketi ermənicə yazılmış məhsulların ölkəmizə gətirilməsi halı birinci dəfə deyil. Bir müddət əvvəl Bakı Baş Gömrük İdarəsi əməkdaşları etiketlərinin üzərində erməni dilində yazılar olan toyuq əti aşkar etmişdilər.
Azərbaycanda alıcıların əksəriyyəti məhsul ilə ətraflı maraqlanmadan onu alırlar. Marketlərdə alış-veriş edilən zaman məhsulun üzəri oxunmadan səbətə qoyulur. Mütəxəssislər isə tövsiyə edirlər ki, istehlakçılar diqqətli olmalı, etibarlı satış nöqtələrindən alış-veriş etməli və ən əsası tanınmayan marklaların məhsullarını almamalıdırlar.
Bu arada gəzən versiyalardan biri də yağın hansısa «Veysəloğlu» şirkəti tərəfindən gətirilməsi barədə söz-söhbətdir. Bakıda isə yalnız bir «Veysəloğlu» MMС şirkəti fəaliyyət göstərir ki, onların da biznesi yağ alverindən çox uzaqdır - şirkət şokolad məhsulları istehsal edir, bir də «Sirab» mineral sularının qəblaşdırılaraq satışı ilə məşğuldur. Şirkətin əməkdaşları ümumiyyətlə MMС-nin hansısa yağ biznesinə qatılmasından xəbərsiz olduqlarını bildiriblər. Yəni bu versiyanın elə bir əsası yoxdur. «Divnoe» yağları Bakıya Gürсüstandan qeyri-ənənəvi yollarla da, məsələn, avtobuslarla da gətirilə bilər.
İstənilən halda, yağlar artıq Bakıdadır və üzərindəki etiketlərin erməniсə olması ilə Azərbaycan istehlak bazarı üçün problem yaradır. Və problem təkcə bunda deyil. Yağların üzərində istehsalçının dəqiq ünvanı yoxdur, Rusiyanın hansısa Morozov rayonunun Morozov xutorunda istehsal olunduğu göstərilir, yəni hansı vilayətdə istehsal olunduğu bildirilmir. İnternetdəki rəsmi saytında da «Divnoe» yağlarını istehsal edən şirkət haqqında da dəqiq məlumat verilmir. 2004-сü ildən fəaliyyət göstərən şirkətin yalnız Moskvada fəaliyyət göstərən baş ofisi və Daşkənddəki regional ofisi barədə məlumat var. Saytın istehsal bazası haqqında səhifə isə 7 ildir ki, yaradılmır və orada «səhifə düzəldilməkdədir» sözləri peyda olur .
Azərbaycan Azad İstehlakçılar Birliyinin (AAİB) sədri Eyyub Hüseynov məhsulun etiketində bu cür qeyri-müəyyən ifadələrin yer almasının Azərbaycanın «Dövlət dili haqqında», «Yeyinti məhsulları haqqında» və «İstehlakçı hüquqlarını müdafiəsi» haqqında qanunlarının pozulması olduğunu deyir. Onun sözlərinə görə, ölkədə bu sahəyə nəzarətin zəif olması üzündən istehsalçı şirkətlər Azərbaycana göndərdikləri məhsulların üzərində Azərbaycan dilində etiketlərin olmasına o qədər də ciddi fikir vermirlər. Nəticədə, Azərbaycana üzərində qazax və ya özbək dillərində, ən yaxşı halda isə Türkiyə türkcəsində, bəzən isə erməni dilində yazılar olan məhsullar daxil olur. «Yəqin xatırlayırsınız, bir neçə il qabaq üzərində ermənicə yazılar olan qəhvə dənələrinin bazara girməsi də bu cür problem yaratmışdı»,- deyə AAİB sədri bildirir. Onun sözlərinə görə, bu cür nizamsızlıq, qonşu dövlətlərin heç birində - nə Ermənistanda, nə də Gürcüstanda mümkün deyil.
Lakin Eyyub Hüseynov «Divnoe» yağlarının Ermənistana girib-çıxmasına elə də inanmır: «Sadəcə, istehsal edən şirkət Azərbaycana hörmət qoymayıb və buraya etiketi ermənicə yazılmış məhsullar göndərib. Ermənicə etiketin üzərinə Azərbaycan dilində analoqunun yapışdırılması məhz burdakı idxalçı şirkətin işidir».
Amma AAİB sədrinin sözlərinə görə, yaxın zamanlarda bu сür problemlərdən qaçmaq mümkün olacaq: «Hazırda biz istehlakçı üçün məlumat standartları üzərində işləyirik. Həmin standartlar qəbul ediləndən sonra etiketlərin sonradan üstdən yapışdırılması da qadağan ediləcək»,- deyə Eyyub Hüseynov bildirir.
AAİB-dən fərqli olaraq İqtisadi İnkişaf Nazirliyi isə məsələyə çox сiddi yanaşır. Nazirliyin yanındakı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən ANS PRESS-ə bildiriblər ki, məsələ ciddi araşdırılacaq: «Birinci, etiketləşməyə baxılacaq, əgər pozuntu varsa, şirkət buna görə xüsusi cəza alacaq. Daha sonra laboratoriyada yağın tərkibi yoxlanılacaq. Bundan sonra əhalinin «Divnoe» yağları barədə narahatçılığına aydınlıq gətiriləcək»,- deyə nazirliyin əməkdaşı bildirir.




Oxşar mövzular:
  • ŞOK! Bakıda erməni pivəsi satılır
  • ?Nutella’ şokoladları Azərbaycana Ermənistandan gətirilirmiş - ŞOK
  • ?Coca-cola’ qiymətləri qaldırdı - QİYMƏTLƏR
  • Rusiya «VAZ-2107» avtomobillərinin istehsalını dayandırır
  • Azərbaycanda «BlackBerry»ni kimlər işlədir?


  • 7 şərh


    • helem ki belesini gormemisem

    • --------------------------------------------
      ღ♪ღElə gözəl baxırsan ki, gözlərinin içinə baxıb ölənə qədər əzab çəkmək istəyirəm...ღ♪




    • Ülkərçik
    • Xəbərlər: 26
    • Şərhlər: 1632
    • İCQ:


    • no comment

    • --------------------------------------------

    • ...
    • Xəbərlər: 128
    • Şərhlər: 2812
    • İCQ:


    • HELE BU HARASIDIIII VAXT GELECEK HER WEY ERMENILERIN OLACAQ

    • --------------------------------------------
      Всегда улыбайся… Себе жизнь продлишь, друзей порадуешь, врагов побесишь)))

    • damla memedli
    • Xəbərlər: 138
    • Şərhlər: 2618
    • İCQ:

    • PSM
    • 30 dekabr 2011 13:22
    •  

    • tesekkurler


    • Xəbərlər: 14
    • Şərhlər: 1178
    • İCQ:


    • hec menim sozumde yoxduuu

    • --------------------------------------------
      Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.

    • გალო,ლ�?ა
    • Xəbərlər: 173
    • Şərhlər: 4518
    • İCQ:


    • HELE BU HARASIDIIII VAXT GELECEK HER WEY ERMENILERIN OLACAQ


    • MuraD
    • Xəbərlər: 1
    • Şərhlər: 647
    • İCQ:


    • Bizimkilerde Ele Ermenilerin Cixartdiglari Ile Dolanirlar
      Yalannan Deyirler Russianindi Haranindi Teshekkurler

    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 162
    • Şərhlər: 8498
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III