reklam
İmamın (ə) mübarək nəfəsi dəyməklə, zindanban hidayət oldu İmamın (ə) mübarək nəfəsi dəyməklə, zindanban hidayət oldu http://take.az/uploads/posts/2018-08/thumbs/1533817850_919275848.jpg
Ulya

Ulya İslam Dini 9-08-2018, 16:30

İmamın (ə) mübarək nəfəsi dəyməklə, zindanban hidayət oldu

İmamın (ə) mübarək nəfəsi dəyməklə, zindanban hidayət oldu


Muhəmməd ibni İsmayil Ələvi nəql edir: “Ali-Muhəmmədin (ə) qatı düşməni olan Əli ibni Narəməşin yanına Həzrət İmam Həsən Əsgərini (ə) gətirirlər. Bu zalım, əziz İmamı (ə) zindana salır. Naraməş, çox pis xasiyyətli və kobud insan idi. O, Əhli-Beyt (ə) ilə düşmənçilik edirdi.

Xəlifə ona əmr etmişdi ki, hər nə qədər bacarırsa, İmama (ə) zülm etsin. Amma bu kobud və pis xasiyyətli insan İmamın (ə) heybət və nuraniliyini görən gündən bəri, halı dəyişməyə başlayır. İmam (ə) hələ onun zindanında bir gün keçirtməmişdi ki, bu zalım Həzrətin (ə) qarşısında baş əyir və başını ehtiram əlaməti olaraq yuxarı qaldırmırdı.

İmamla (ə) bir gün eyni fəzada keçirməsi zindanbanın ruhuna və canına elə təsir etmişdi ki, rəftar və danışıqlarını tamamilə dəyişdirdi.

Onun nəzərində İmam Həsən Əsgəri (ə) dünyanın ən yaxşı və üstün insanı oldu.

İmamın (ə) mübarək nəfəsi dəyməklə, zalım bir fərd hidayət nuruna doğru yönəldi”. (Həvzəh)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
396 373 457 406 401 358

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.