Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Onlar bizi necə aldadırlar: Facebook-da "Like" fırıldağı [araşdırma]

  • Müəllif  Asef

Onlar bizi necə aldadırlar: Facebook-da "Like" fırıldağı

Məsələn, hər hansı xəbər saytının Facebook-dakı səhifəsini "Like" edərək bəyənənlərin sayı ilk baxışda həmin veb-resursun populyarlığını göstərməlidir.

Fəqət, həmişə belə olmur və eyni proses Azərbaycanda da müşahidə olunur.

Facebook-dakı səhifəsi sosial şəbəkənin on minlərlə istifadəçisi tərəfindən bəyənilmiş saytın və ya portalın gündəlik ziyarətçi sayı məntiqlə ən azı 50-60 min nəfər olmalıdır.

Lakin yerli "onlayn media div"lərimizin bəzilərində Facebook səhifəsində on minlərlə "bəyənmiş" adam olduğu halda, saytın özünün real oxucu statistikası tam tərsini göstərir.

Bu nədir - paradoks, absurd, yoxsa Facebook istifadəçilərinin xəbərlərə maraq göstərməməsi?

Sual düynanın ən nüfuzlu media strukturlarından biri BBC-ni də maraqlandırıb.

Milli.Az "BBC News"a istinadən bildirir ki, Britaniya teleradiokorporasiyası mövzu ilə bağlı araşdırma aparıb.

Məlum olub ki, Facebook-da bir çox kütləvi informasiya vasitələri və şirkətlər "Like" saxtkarlığı ilə məşğul olur, səhifəni bəyənənlərin sayını saxta profillər hesabına artırır və bununla la populyar olduqlarını iddia etməyə çalışırlar. Şirkətlər də eyni addımları atırlar və onların arasında Facebook-da reklam olunmaq üçün böyük məbləğ ödəyənlər var.

Məşhur kompüter təhlükəsizliyi şirkəti "Sophos"un eksperti Qrehem Klelinin dediyinə görə, Facebook-da istənilən səhifəni "bəyənən"lərin sayının süni şəkildə artırmaq üçün spam texnologiyalarından istifadə etmək çətin deyil.

"Bəzən kompüter arxasında oturmuş bir adamın minlərlə profili olur və o, "Like" funksiyasından istifadə edərək pul aldığı şirkətin, ya da media strukturunun Facebook-dakı səhifəsini süni şəkildə "populyarlaşdırır". Bəhs etdiyim işlə məşğul olan şirkətlər və insanlar az deyil", - Kleli deyib.

Bir neçə şirkət və tanınmış menecerlərin Facebook səhifələrini idarə edən sosial media sözçüsü Maykl Tinmus da belə fırıldaqçıların qurbanlarından biridir.

"Müştərilərimiz arasında bir neçə şirkət, xəbər saytı və qəzet Facebook-dakı səhifələrini "bəyənən" istifadəçilərin arasında saxta profillərin varlığını anlayanda bizimlə əməkdaşlıqdan imtina etdilər. Halbuki, o saxta profilləri biz yaratmamışdıq və belə fikrimiz də olmayıb. Bir şirkət isə səhifəsini bəyənənlər arasında Misir və Filippindən Facebook-a daxil olanların sayının çox olmasından şübhələndi. Araşdırma apardıq. Gördük ki, bəzi profillər elə "Like" üçün yaradılıb. Bəzi profillərdə isə 3, 4, hətta 5 min səhifənin bəyənildiyini gördük", - Tinmus deyir.

Tinmusun dediyinə görə, Facebook rəhbərliyinə müraciət edərək problemin həll olunmasını xahiş edib. Amma cavab almayıb.

Belədə, BBC özü araşdırma aparmaq qərarına gəlib.
BBC əməkdaşları saxta, əslində mövcud olmayan "VirtualBagel" şirkəti üçün Facebook-da səhifə yaradıblar. Sonra isə onlar "Like" təklif edən şəxslərdən birinə müraciət ediblər.

Və başlanıb..
Cəmi bir neçə saata olmayan şirkətin boş səhifəsini 1600 nəfər "bəyənib".
Həmin səhifəni "bəyənən"lərdən biri guya Madriddə yaşayan "Ahmed Ronaldo" olub.

Facebook-un texniki dəstək servisi BBC-nin suallarını cavablayarkən bildirib ki, sosial şəbəkədə səhifələrin administratorları "Like" düyməsini basanların adlarını və profillərini asanlıqla görə bilirlər.

"İstifadəçilərin çox az qismi saxta profillərdən istifadə edir. Ümumiyyətlə, saxta profillər Facebook qaydalarına ziddir və biz bununla mübarizə aparır, profilin saxta olduğunu görən kimi bağlayırıq. Son hesablamalarımıza görə, 900 milyon istifadəçimiz arasında 45 milyon akkaunt saxtadır və biz onları bağlamışıq", - Facebook mənsubları deyiblər.

Amma BBC əməkdaşları deyilənlərə şübhə edirlər.
Çünki araşdırma aparan jurnalistlər cəmi bir günə 4 min saxta profil yaradaraq olmayan şirkətin səhifəsini "bəyəniblər" və bu minvalla saxta profili populyarlaşdıraraq, onu minlərlə "Like" sahibi ediblər.

"Facebook-da səhifəsini bəyənənlərin sayı ilə qürrələnən media strukturları arasında saxtakarlar az deyil. Belələri ya saxta profil açaraq səhifələrini "populyarlaşdırır", ya da "Like"ləri satın alırlar. Məsələn, baxıb görürsən ki, bir səhifəni on minlərlə istifadəçi bəyənib, amma o sayt və ya qəzetin oxucularının sayı on, bəzən yüz dəfələrlə azdır", - "Sophos" ekspertləri deyirlər.



Oxşar mövzular:
  • Ancaq yatanda «Facebook»dan ayrılanlar…
  • Onlar bizi necə aldadırlar: Facebook-da "Like" fırıldağı
  • "Facebook"da azərbaycanlı istifadəçilər arasında qalmaqal yarandı (YENİLƏ ...
  • Şou-biznes ulduzlarımızın Facebook macəraları
  • Bakcell-dən pulsuz Facebook xidməti


  • Gerİ dön


    15 şərh


    • Sitat: GaMe_OveR
      face xestesi deyilem amma arabir girirem faceye

      Aynen

    • --------------------------------------------
      Huzurmu istiyorsun?az esya az insan...!
      F.K
    • elena romanova
    • Xəbərlər: 210
    • Şərhlər: 5484
    • İCQ:


    • xebere gore tsk

    • --------------------------------------------
      ღ♪ღElə gözəl baxırsan ki, gözlərinin içinə baxıb ölənə qədər əzab çəkmək istəyirəm...ღ♪




    • Ülkərçik
    • Xəbərlər: 26
    • Şərhlər: 1632
    • İCQ:


    • face xestesi deyilem amma arabir girirem faceye

    • --------------------------------------------

    • ...
    • Xəbərlər: 128
    • Şərhlər: 2812
    • İCQ:


    • xebere gore tewekkurler

    • --------------------------------------------
      Всегда улыбайся… Себе жизнь продлишь, друзей порадуешь, врагов побесишь)))

    • damla memedli
    • Xəbərlər: 138
    • Şərhlər: 2618
    • İCQ:

    • Nuraka
    • 3 noyabr 2012 18:05
    •  

    • xebere gore tewekkurler

    • --------------------------------------------
      Əslində hər axan bir damla göz yaşının 1 faizii su, 99 faizi duyğu deyilmi? :/
    • Nurka
    • Xəbərlər: 22
    • Şərhlər: 1549
    • İCQ:

    • CELIKO
    • 25 iyul 2012 19:15
    •  

    • likeeee)) [center][/center]_______ bully


    • Celal Mecidov
    • Xəbərlər: 0
    • Şərhlər: 69
    • İCQ: 853-XX-35


    • Men hec face girmir ona gorede hec neyi like etmirem


    • Sweet girls
    • Xəbərlər: 2
    • Şərhlər: 1545
    • İCQ:


    • fatya1,

    • --------------------------------------------

    • L-NaRa
    • Xəbərlər: 51
    • Şərhlər: 1803
    • İCQ:


    • men like xestesiyem onda((((((((((((


    • Sevinc Tanriverdiyeva
    • Xəbərlər: 0
    • Şərhlər: 15
    • İCQ:

    • Nili
    • 15 iyul 2012 23:35
    •  

    • men hec vaxt like xestesi olmamiwam


    • endleSS LoVe
    • Xəbərlər: 0
    • Şərhlər: 11
    • İCQ:

    • M.R.C
    • 15 iyul 2012 22:26
    •  

    • Pervin_M duz deyirsen like xesdelikdi=))))))))))

    • --------------------------------------------
      "Bilirsən nə vaxt peşman olursan? Yarımçıq buraxdığını başqası tamamlayanda."
    • mrc
    • Xəbərlər: 59
    • Şərhlər: 2368
    • İCQ:


    • ehhhhhh

    • --------------------------------------------
      Təşəkkürlər Xəbərə Görə

      .....(¯`v´¯)
      ..... •.¸.•´
      ...¸.•´
      .. (

    • Bağışov Aydın
    • Xəbərlər: 17
    • Şərhlər: 1679
    • İCQ:

    • fatya1
    • 15 iyul 2012 15:59
    •  

    • menasiz seydii fellow

    • --------------------------------------------
      Dedi N?�qt?�s?�n Cox Kiciks?�n!
      Dedim Zato S?�n Boyda C??ml?�ni Bitirir?�m!!!!
    • #31#
    • Xəbərlər: 79
    • Şərhlər: 1446
    • İCQ:


    • like xesteliydi =)

    • --------------------------------------------
      Sayt ilə bağlı sual və problemlər üçün
      (+994)55 548 12 12 Pərvin

    • Xəbərlər: 2145
    • Şərhlər: 4838
    • İCQ:


    • maraqliydi thanks


    • sweet Tweety
    • Xəbərlər: 0
    • Şərhlər: 126
    • İCQ: 6666666

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2022    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Style I Style II Style III