reklam
İrəli-geri çəkilən kameralı smartfon təqdim olundu İrəli-geri çəkilən kameralı smartfon təqdim olundu http://take.az/uploads/posts/2018-11/thumbs/1541513087_700721.jpg
_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 6-11-2018, 18:04

İrəli-geri çəkilən kameralı smartfon təqdim olundu

İrəli-geri çəkilən kameralı smartfon təqdim olundu
Çərçivəsiz displeylə təchiz edilmiş "Lenovo Z5 Pro" smartfonu rəsmi təqdim edilib.

Aparat 2,2 QHs-dək takt tezlikli 8 nüvəli "Qualcomm Snapdragon 710" prosessoru və "Adreno 611" qrafik sürətləndiricisi, 2340x1080 piksel təsvir ölçülü 6,39 düymlük displey və "Corning Gorilla Glass" qoruyucu şüşəsi ilə təchiz edilib. Displey qurğunun ön səthinin 95,06%-ni tutur və çərçivənin qalınlığı 2,07 mm təşkil edir.

əsas kamera 16 və 24 meqapiksellik təsvir ölçüsünə malikdir. 16 və 8 meqapiksellik təsvir datçikinə malik ön kamera korpusda gizlədilib və lazım olduqda irəliyə gəlir.

Əməli yaddaşın tutumu 6 QB, daxili fləş daşıyıcının tutumu isə 128 QB təşkil edir. Tutumu 256 QB-dək olan "MicroSD" çıxarılıb-taxılan yaddaş kartlarının qoşulması mümkündür.

Smartfonda, həmçinin ekranın alt hissəsində gizlədilmiş barmaq izləri skaneri, "4G VoLTE", "Wi-Fi 802.11ac", "Bluetooth 5" və "GPS" simsiz rabitə modulları, 3350 milliamper/saat tutumlu akkumulyator batareyası quraşdırılıb.

Smartfonun ölçüsü 155,12x73,04x9,3 mm, çəkisi 210 qram təşkil edir. Aparat "Android 8.1 Oreo" əməliyyat sisteminin idarəetməsi altında işləyir.

11 noyabr 2018-ci ildən satışa çıxarılacaq "Lenovo Z5 Pro" modelinin qiyməti 287 dollardan başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
270 230 268 251 263 225

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.