Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


16 yaşdan kiçik uşaqlara mobil telefon verməyin

  • Müəllif  uzayli92


Gündəlik həyatımızda mobil cihazlardan istifadə son vaxtlar getdikcə daha da artmaqdadır.

Onların yaydığı elektromaqnit dalğalarının insan sağlamlığı üçün təhdid yaratdığını deyən alimlər bildiriblər ki, bu təsirlərin inkişaf dövründəki uşaqlar üçün önəmli təsirləri var. Xüsusilə də hamilə qadınlar və uşaqlar elektromaqnit dalğalardan uzaq olmalıdırlar. Buna görə də 16 yaşından kiçik uşaqlar mobil telefondan istifadə etməməlidirlər. İsveçin Hospital universitetinin professoru L.Hardell iki illik araşdırma nəticəsində müəyyənləşdirib ki, mobil telefonların istifadəsi zamanı xərçəng, əsasən də beyin xərçəngi riski uşaqlarda böyüklərə nisbətən iki dəfə artıq olur. Bu kimi səbəblərlə bağlı hazırda bir sıra ölkələrdə məktəblərdə mobil telefondan istifadəyə qadağa qoyulub. Hazırda hər 100 nəfərə 110 mobil telefon düşdüyü ölkəmizdə bu gün 16 yaşdan kiçik uşaqların mobil telefondan istifadəsi ilə hər an rastlaşırıq. Məsələn, mobil telefonlar oyuncaq kimi körpələrə verilir, məktəb yaşlı uşaqların isə əksəriyyəti ondan istifadə edir.

Bu yalnız şüalanma deyil, həm də zərərli bir vərdişdir

Millət vəkili İlham Məmmədov bildirdi ki, 16 yaşdan aşağı yaşda uşaqların telefondan istifadəsinin zərərli təsirlərinə yalnız şüalanma deyil, zərərli bir vərdişə çevrilməsi kontekstindən də yanaşır: “Müasir texnologiya kimi bundan istifadə edilir, kosmosdan dalğalar ötürülür və onun sürəti insan qulağından keçərək düşünmə, yaşama, həyatda mövcud olma mərkəzi olan beyində bir hüceyrəyə təsir edir ki, adi bir təsir, hüceyrənin özünün tərpənməsi, öz oxundan çıxması digər xəstəliklərə səbəb olur. Məsələn, sinir pozğunluğuna, digər somatik xəstəliklərə gətirib çıxara bilir. Bu baxımdan hesab edirəm ki, bu zərərli bir işdir. 4-5-ci sinifdə oxuyan uşaqlara telefon verilməsinin, ondan istifadə etməsinin qəti əleyhinəyəm. Bu gün hətta bağça yaşlı uşaqların əlinə telefon verirlər. Mən şüalanma baxımından bunu düzgün hesab etmirəm”.

Millət vəkili deyir ki, bəzən reklam xaraklerli olaraq telefonda şüalanma olmadığını bildirirlər: “Bu gün patentlə istehsal olunan telefonlar da var, ucuz qiymətə satılan telefonlar da var. Onların yığımı saxta yolla əldə edilir. Hətta telefonla bağlı əldə partlama, yanma hadisələri, qızma baş verir. Bu kimi effektlər körpə uşaqların beyin hüceyrələrinə, onun orqanizminə çox mənfi təsir edir. Uşaqlar daha həssas olduğu üçün beyin şişlərinin əmələ gəlməsi, funksional pozğunluqlar, sinir-əsəb xəstəliklərinin əmələ gəlməsinə yol açan elementlərdən biridir. Uşaq, uşaq kimi böyüməlidir. O, aldığı, eşitdiyini təbii yolla, səs telləri ilə qəbul etməlidir. Məktəb yaşlı uşaqlar telefondan istifadə edirlər. Valideynlər KİV-dən, reklamlarda yayılan məlumatlardan, bunun zərərli olması ilə bağlı maariflənməlidirlər”.

Zirzəmidə istehsal olunan telefonlarda beynəlxalq standartlara əməl olunmasından söhbət gedə bilməz

Mobil telefonların mənfi təsiri ilə bağlı Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz deyir ki, ötən dövrlərdə buraxılan mobil telefon aparatlarından istifadə ilə bağlı müəyyən təhlükələr daha çox idi: “Mobil telefon siqnalı qəbul edərkən müəyyən elektromaqnit şüalanması yaradır, amma son dövrlərdə buraxılan mobil telefonlarda bu, artıq minimuma enib. Ümumiyyətlə, bununla bağlı bəlli bir beynəlxalq standart var. Mobil telefon istehsalçıları da bu standartlara əməl edirlər və bununla bağlı da parametrləri telefonun texniki sənədlərində göstərirlər. Elektromaqnit şüalanmasının bir kəmiyyəti var və aidiyyatı qurumlar mobil telefon istehsalçıları tərəfindən bu standartlara əməl olunmasına nəzarət edirlər. Ancaq pirat qaydada istehsal olunan və hansısa bir zirzəmidə istehsal olunan telefonlarda artıq sertifikat yoxdursa, elektromaqnit şüalanması ilə bağlı beynəlxalq standartlara əməl olunmasından söhbət gedə bilməz. Elə telefon istehsalçıları var ki, təhlükə minimuma endirilib”. Mütəxəssisin fikrincə, bir də mobil operatorların baza stansiyalarının şüalanması var ki, onların təsiri telefonun təsirindən daha güclüdür. Onun sözlərinə görə, həmin baza stansiyalarının olduğu 30 metr ərazidə insanların yaşaması düzgün deyil.

Uşaqlar hətta cinayət etməklə mobil telefon əldə etmək həvəsinə düşürlər

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının idarə heyətinin sədri Nazir Quliyev bildirdi ki, ümumiyyətlə, mobil telefondan istifadənin bir sıra müsbət tərəfləri olsa da, eyni zamanda mobil telefonların xüsusilə uşaqlar üçün mənfi fəsadları var: “İlk olaraq mobil telefonun təyinatı və ondan uşaqlar necə istifadə edəyi ilə bağlı cəmiyyətin informasiyası yoxdur. Bir qism valideynlər var ki, övladına bahalı mobil telefonlar alıb verməklə elə bil ki, ona böyük bir fayda verir. Amma təbii ki, bu, belə deyil. Bu gün uşaqların mobil telefondan istifadə etməsi təhsildən yayınmasına səbəb olur. Hazırda əksəriyyət orta məktəblərdə şagirdlər mobil telefondan istifadə edirlər. Dərs zamanı mobil telefon zəngləri, bir-birinə hansısa məlumatların ötürülməsi onların fikrinin yayınmasına gətirib çıxarır. Eyni zamanda əgər uşaqlardan biri bahalı bir mobil telefon gətirirsə, sabah digərində də belə bir telefon işlətmək həvəsi oyanır. Ailənin bunu almaq imkanı olmadıqda isə uşaqlar digər yollarla, hətta cinayət etməklə mobil telefon əldə etmək həvəsinə düşürlər”.

N.Quliyevin fikrincə, ikinci hal mobil telefonlardan internetə çıxışla bağlıdır: “Bu gün digər problemdir ki, uşaqlar əgər ailə kompüterdə imkan vermirsə, mobil telefondan çıxış imkanı əldə edir. Hansısa saytlara qoşulur, sosial şəbəkələrdə vaxt keçirirlər. Digər bir problem isə mobil telefonlardan video və rəsm çəkmək üçün istifadə edərkən məlumatların yayılmasıdır. Bir çox hallarda sinif yoldaşının, yaxud müəllimin şəkli, bəzən video çəkilir və bu da çox təhlükəlidir. Eyni zamanda başqa problemlər də mövcuddur”.

N.Quliyev hesab edir ki, mobil telefonların uşaqlara faydası yoxdur və valideynlər düşünməlidilər ki, mobil telefonlar uşaqlara xeyirdən daha çox ziyan verir: “Təbii ki, valideynlər bu telefonları almaqla uşaqları ilə əlaqə saxlamaq imkanı əldə etdiyini düşünürlər. Əgər valideyn yalnız əlaqə saxlamaq üçün mobil telefonu uşağına verirsə, o zaman video, rəsm çəkilişi edə bilməyən, yalnız çox ucuz, əlaqə saxlamaaq üçün istifadə olunan kiçik telefonları ala bilər. Bu gün uşaqlar testlərdə rəqabət aparmaq əvəzinə kimin daha çox bahalı telefon gətirəcəyi prinsipi ilə yaşayırlarsa, deməli, bu, uşaqların təhsildən yayınmasıdır. Uşaqlar bu gün mobil telefondan həddindən artıq istifadə edirlərsə, bu, onların sağlamlığı, orqanizmi, inkişafı üçün çox zərərlidir. Ümumilikdə uşaqların ondan istifadəsini çox təhlükəli və zərərli hesab edirəm”.

 



Oxşar mövzular:
  • Mayın 1-dən Azərbaycanda oğurluq telefonlar işləməyəcək [video]
  • Mobil danışığa nə qədər pul xərcləyirik?
  • Dünyada nə qədər mobil telefon istifadəçisi var?
  • Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?
  • Mobil telefondan istifadə


  • 16 şərh


    • tewekkurler


    • Hicran
    • Xəbərlər: 0
    • Şərhlər: 19
    • İCQ:


    • +10 -16 beyem bu yawlar arasi olanlar uwaqdilar???? bawa duwdume 10nnan awaqilar be yuxari??

    • --------------------------------------------
      ђ๏รt
    • Xəbərlər: 13
    • Şərhlər: 627
    • İCQ:


    • razı deyiləm bu haqsızlıqdı


    • Fidan
    • Xəbərlər: 15
    • Şərhlər: 461
    • İCQ:


    • nem ewiii

    • --------------------------------------------

    • ...
    • Xəbərlər: 128
    • Şərhlər: 2812
    • İCQ:


    • qaqs deyesen status fikirlesir heleeeeeeeee


    • aleyna
    • Xəbərlər: 0
    • Şərhlər: 148
    • İCQ:


    • hmm xebere gore twk


    • Xəbərlər: 4
    • Şərhlər: 65
    • İCQ:


    • telefon gerekli seydi ama usaqlar ucun gerek sade tel ola blutuzsuz internetsiz hem ziyani az olar. vse ot vospitaniya zavisit.


    • Gunay
    • Xəbərlər: 0
    • Şərhlər: 3
    • İCQ:

    • M.R.C
    • 13 yanvar 2013 13:27
    •  

    • menim 15 yawim var men teli ancaq mellim yanina gedende iwdedirem ayri vaxt yadima duwmur.mellim yanina gedende mamaynan elaqe saxlamaqa gore gotururem

    • --------------------------------------------
      "Bilirsən nə vaxt peşman olursan? Yarımçıq buraxdığını başqası tamamlayanda."
    • mrc
    • Xəbərlər: 59
    • Şərhlər: 2368
    • İCQ:


    • raziyam

    • --------------------------------------------
      Sayt ilə bağlı sual və problemlər üçün
      (+994)55 548 12 12 Pərvin

    • Xəbərlər: 2145
    • Şərhlər: 4838
    • İCQ:


    • [
      b]slatkaya skolata[/b],
      xebercun tesekkurler

    • --------------------------------------------

    • Aysu
    • Xəbərlər: 23
    • Şərhlər: 1090
    • İCQ: 34333


    • hmm xebere gore tesekkurler

    • --------------------------------------------



    • Ayise
    • Xəbərlər: 247
    • Şərhlər: 4386
    • İCQ:


    • xebercun tesekkurler

    • --------------------------------------------
      Dostlar sag olun.men gedirem.sentyabrin 1 -inden artiq sizlerler olmayacam.2 il boyunca sizsiz qalacagim ucun cox uzgunem.2 ilden sonra yene sizle olacagima soz verirem.bu muddet erzinde sizi coxxxxxxxxc ozluyecem.bu profili belke yaxin adamlardan birine isletmek ucun verecem.♡♥♡♥♡♥♡
    • sinem
    • Xəbərlər: 12
    • Şərhlər: 4703
    • İCQ:

    • yamur
    • 13 yanvar 2013 05:31
    •  

    • hmm xebere gore tvk


    • ayka
    • Xəbərlər: 0
    • Şərhlər: 12
    • İCQ: ty


    • XEBER GORE TWK. no


    • S E V A ask
    • Xəbərlər: 0
    • Şərhlər: 114
    • İCQ:

    • H.L
    • 13 yanvar 2013 03:13
    •  

    • dogurdan da bu nedi ee mama diennen pepe diene hamida tel var..sorada valideyn şikayet eliirki uşagim oxumur sen niye alirsanki o tefonu day tel butun gun elinde,facede ders oxuyar hec..cooox qarşiyam telfona..bidene qozqıran tel al ver eline 17 yasinda.universitete girende alarsan da yaxşısın..bu deq ibtidai sinif uşagi da iphone gezdirir...dehşettt...
      üreyim doluydu cox yazdim tongue

    • --------------------------------------------
      11 EL 11
    • H.L
    • Xəbərlər: 127
    • Şərhlər: 4079
    • İCQ:


    • Xebere gore tewekkur

    • --------------------------------------------

    • ...
    • Xəbərlər: 128
    • Şərhlər: 2812
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III