Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Mayın 1-dən Azərbaycanda oğurluq telefonlar işləməyəcək [video]

  • Müəllif  Pervin_M
Mayın 1-dən Azərbaycanda oğurluq telefonlar işləməyəcək [video]

Mayın 1-dən etibarən ölkədə saxta və oğurluq telefonlar işləməyəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaratdığı bazada bütün mobil telefonların imey kodları artıq toplanmağa başlayıb. İlkin mərhələdə ölkəyə idxal edilərkən qeydiyyata salınmış mobil telefonların imey kodları bazaya daxil edilir. Orijinal və qanuni yolla gətirilən mobil telefonlar barədə məlumatlar avtomatik olaraq ağ siyahıda cəmləşir.

 

Əksinə, rəsmi distribüterlərdən alınmayan, oğurluq və ya qeyri-qanuni yolla gətirilmiş mobil telefonlar isə boz siyahıya salınacaq. Bu proqramın tətbiqi oğurluq və saxta telefonların qarşısını almaq məqsədi daşıyır. Zavodlarda istehsal edilən mobil telefonlardan fərqli olaraq kiçik sexlərdə düzəldilən telefonların keyfiyyətinin aşağı olması ilə yanaşı, onlar həm də sağlamlığa təhlükə yaradır. Oğurluq və saxta telefonlardan sığortalanmaq üçün paytaxt sakinləri də yeni sistemin tətbiqini müsbət qarşılayır.

 

Bu günə qədər 8 milyon mobil telefon barədə məlumatlar artıq bazada cəmləşib. İmey kodlarının bazaya daxil edilməsi isə bu ayın sonuna qədər davam edəcək. Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədovun sözlərinə görə, hətta illərdir işlək olmayan mobil telefonlar da boz siyahıya daxil edilir. Bu cür telefonların ölkədə işləmə müddəti isə cəmi 1 ay olacaq. Bu proqramın tətbiqi həm də oğurluq telefonların tez bir zamanda aşkar edilməsinə kömək edəcək.

 

Oğurlanan telefonun yeri və nömrə taxıldığı halda onun kim tərəfindən istifadə edilməsi daha asan müəyyən ediləcək. Nazirlik bu proqramın tətbiqində bir sıra ölkələrlə əməkdaşlığa da maraq göstərir. Beynəlxalq əməkdaşlıq imkan verəcək ki, saxta və oğurluq telefonların həm idxalı, həm də ixracı kəskin azalsın. Qeyd edək ki, mobil telefonlar barədə informasiyaların toplanması müqabilində vətəndaşlardan heç bir maddi vəsait tələb olunmur.



Oxşar mövzular:
  • "Nokia" telefonları üçün kodlar
  • 16 yaşdan kiçik uşaqlara mobil telefon verməyin
  • Saxta telefonu orijinaldan necə ayırmalı? [video]
  • Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?
  • Mobil telefonlar ucun Fon collection


  • Gerİ dön


    11 şərh

    • mehin1
    • 3 noyabr 2013 17:36
    •  

    • lap yaxwi.............

    • --------------------------------------------

    • Mehin
    • Xəbərlər: 4
    • Şərhlər: 2433
    • İCQ:


    • tewekkurler))))

    • --------------------------------------------
      ђ๏รt
    • Xəbərlər: 13
    • Şərhlər: 627
    • İCQ:


    • təşəkkürlər məlumata görə


    • seva
    • Xəbərlər: 0
    • Şərhlər: 21
    • İCQ:

    • take.j
    • 14 aprel 2013 12:03
    •  

    • cooooooox sagolun


    • sevda
    • Xəbərlər: 0
    • Şərhlər: 156
    • İCQ:

    • Esma
    • 12 aprel 2013 20:33
    •  

    • yaxsi olar ..... insaalal


    • Esma
    • Xəbərlər: 1
    • Şərhlər: 3328
    • İCQ:


    • yaxwidi tewekkurlerrr

    • --------------------------------------------
      http://imworld.aufeminin.com/story/20140707/le-beau-neymar-272465_w1000.jpg
    • M.M
    • Xəbərlər: 77
    • Şərhlər: 664
    • İCQ:


    • Tewekkurler.
      ..

    • --------------------------------------------
      Huzurmu istiyorsun?az esya az insan...!
      F.K
    • elena romanova
    • Xəbərlər: 210
    • Şərhlər: 5484
    • İCQ:


    • bunun kecen il de sohbeti var idi,tsk

    • --------------------------------------------
      Dostlar sag olun.men gedirem.sentyabrin 1 -inden artiq sizlerler olmayacam.2 il boyunca sizsiz qalacagim ucun cox uzgunem.2 ilden sonra yene sizle olacagima soz verirem.bu muddet erzinde sizi coxxxxxxxxc ozluyecem.bu profili belke yaxin adamlardan birine isletmek ucun verecem.♡♥♡♥♡♥♡
    • sinem
    • Xəbərlər: 12
    • Şərhlər: 4703
    • İCQ:


    • xbere gore twk//


    • Xəbərlər: 118
    • Şərhlər: 2111
    • İCQ:


    • lap yaxsi )tewk 12


    • siyah gozlum
    • Xəbərlər: 2
    • Şərhlər: 68
    • İCQ:


    • hmmmmmmmmmmmm

    • --------------------------------------------



    • Ayise
    • Xəbərlər: 247
    • Şərhlər: 4386
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III