Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


35 ölkənin alimləri Bakıya toplaşacaqlar

35 ölkənin alimləri Bakıya toplaşacaqlar


Mayın 20-dən 25-dək Bakı şəhərində Avropa gənc alimlərinin I beynəlxalq forumu keçiriləcək. Forum Gənclər və İdman Nazirliyinin (GİN), Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı və Avropa Gənc Alimlər Şurasının (EURODOC) dəstəyi ilə təşkil olunacaq. Forumun əsas məqsədi Avropanın gənc alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, qarşılıqlı və birgə elmi tədqiqatların aparılması üçün şəraitin yaradılması və Azərbaycan alimlərinin Avropa elmi mühitinə inteqrasiyasının intensivləşdirilməsidir.

Nazirlikdən Anspress-ə verilən məlumata görə, forum çərçivəsində tədbirin rəsmi açılış mərasimi, "Kəsişən maraqlar: Avropalı gənc alimlərin yeni elmi istiqamətlərinin nəzəri əsasları - yanaşmalar, nəticələr” mövzusunda plenar sessiya, eləcə də aşağıdakı mövzuları əhatə edən paralel sessiyalar keçiriləcək:

•İqtisadiyyat və sosiologiya: Elmin iqtisadi inkişafı, problemlər və yeni metodlar, alimlərin biznes və iqtisadi strukturlarla əməkdaşlığı və inteqrasiya.
• Texniki elmlər: texnika, nano texnologiyalar, İKT sahəsində yeni işlər.
•Tibb, Biologiya və Kimya: Biologiya, kimya və tibb sahəsində Avropa gənc alimlərinin elmi nəticələri.
•Yer elmləri və Ekologiya: yer elmləri sahəsində Avropa alimlərinin əldə etdikləri nəticələr; biomüxtəliflik, torpağın çirklənmə və deqrodasiyadan qorunması, suyun vəziyyəti.
•Tarix, fəlsəfə, mədəniyyət: Avropa gənc alimlərinin humanitar sferada əməkdaşlığı.

Foruma Avropa Gənc Alimlər Şurası - EURODOC-a üzv olan Avropanın 35 ölkəsindən və 2 müşahidəçi ölkədən ümumilikdə 200-dək gənc alim qatılacaq. Eyni zamanda tədbirdə Avropanın tanınmış alim və professorlarının da ekspert qismində iştirak edəcəyi nəzərdə tutulub.

Forumda iştirak etmək istəyən azərbaycanlı iştirakçılar - gənc alim və tədqiqatçılar yuxarıda qeyd olunmuş mövzulara uyğun tezisləri (azərbaycan və ingilis dillərində, 3 səhifədən çox olmamaq şərti ilə) bakuconference2013@gmail.com elektron ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər. Azərbaycanlı iştirakçıların qeydiyyatı 5 may 2013-cü il tarixədək davam edəcək.

Qeyd edək ki, forumda iştirakçı qismində yalnız 42 yaşa qədər alim və tədqiqatçılar iştirak edə bilər.



Oxşar mövzular:
  • Alimlərin yeni ixtirası
  • Ya öyrədən ol, ya da öyrənən; üçüncü yol yoxdur
  • Yeni ixtira
  • Amerikalı alimlərdən Bakı üçün dəhşətli zəlzələ proqnozu
  • Prezidentimizin 50 yaşı tamam olur


  • 9 şərh

    • mehin1
    • 3 noyabr 2013 17:13
    •  

    • ne deyek xow gelerler

    • --------------------------------------------

    • Mehin
    • Xəbərlər: 4
    • Şərhlər: 2433
    • İCQ:


    • Birden baki dar geleraa bulara:D

    • --------------------------------------------
      ђ๏รt
    • Xəbərlər: 13
    • Şərhlər: 627
    • İCQ:


    • lap yaxasi


    • Mavi
    • Xəbərlər: 14
    • Şərhlər: 222
    • İCQ:


    • Hmmmmm twk

    • --------------------------------------------
      Huzurmu istiyorsun?az esya az insan...!
      F.K
    • elena romanova
    • Xəbərlər: 210
    • Şərhlər: 5484
    • İCQ:


    • Hmmmmmmm 18


    • Ayan E-va
    • Xəbərlər: 35
    • Şərhlər: 1346
    • İCQ:


    • Hmmmmmmmmmmmmm

    • --------------------------------------------



    • Ayise
    • Xəbərlər: 247
    • Şərhlər: 4386
    • İCQ:


    • lap yaxsi,tsk

    • --------------------------------------------
      Dostlar sag olun.men gedirem.sentyabrin 1 -inden artiq sizlerler olmayacam.2 il boyunca sizsiz qalacagim ucun cox uzgunem.2 ilden sonra yene sizle olacagima soz verirem.bu muddet erzinde sizi coxxxxxxxxc ozluyecem.bu profili belke yaxin adamlardan birine isletmek ucun verecem.♡♥♡♥♡♥♡
    • sinem
    • Xəbərlər: 12
    • Şərhlər: 4703
    • İCQ:

    • H.L
    • 4 may 2013 18:58
    •  

    • gelsinnerdeee

    • --------------------------------------------
      11 EL 11
    • H.L
    • Xəbərlər: 127
    • Şərhlər: 4079
    • İCQ:


    • tesekkurlerrrrrrrrrrrrrrrr ilk şerh menden olsun


    • Xəbərlər: 20
    • Şərhlər: 1073
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Yanvar 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III