reklam
Ötən günlər Ötən günlər https://take.az/uploads/posts/2019-04/1554489538loading.az_1501066347_the_photoss-20170726-0004.jpg
Ümidli gözəl

Ümidli gözəl Şeirlər 5-04-2019, 22:45

Ötən günlər

Ötən günlər
Yenə gözlərindən yaşlar süzülür
Yəqin həsrətindəsən ötən günlərin
Yoxsa uzaqdanmı belə görünür?
Bəlkə heç yadına düşmürəm sənin


Ötən günlər


Daha gəlməyirik hər gün üz-üzə
Biz birgə ağlayıb, birgə gülərdik
Kaş əvvəlki kimi bir-birimizə
Sevirəm sözünü deyə bilərdik




Həyat maraqlıydı bizimçün onda
Çox gözəl keçərdi görüşlərimiz
Tez-tez danışardıq biz telefonda
Beləcə keçərdi xoş günlərimiz




Qədrini bilmədik həmin günlərin
İndi ikimiz də dərd içindəyik
Bizdən uzaqlaşan qəmli sevginin
Həm titrək bir sözün həsrətindəyik




Gözlərin yollarda yar izindədi
Bilirsən qayıtmaz bir də ömrünə
Tək sən yox, şəriyyət qəm içindədi
Qələm də baxmayır artıq sözünə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
252 246 246 232 293 247

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.