Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Kişilər üçün ətirlər

Kişilər üçün ətirlər qadınlar üçün ətirlər kimi zəngin olmasada müxtəlifliyi ilə fərqlənir. Ətirli məhsullardan istifadə etmə ənənəsi kökü ilə orta əsrlərə gedib çıxır. O zaman qorxulardan qoruyan ətirlərə, bütün təbəqələrin kişiləri arasında böyük tələbat var idi. "Günəş” şahının dövrü zamanı isə günümüzə ətirli sudan istifadə dəbi daxil olub. Həmin vaxt gigiyenik prosedurlar seçilmiş ətirli su ilə sadə silinmələrdən ibarət idi. Ətirləri qızıl gülün ləçəkləri əsasında, ağac qabığından və meyvələrdən hazırlayırdılar.



Kişi ətirlərinin ənənələri :

Müasir kişi ətriyyatı odekolonla, tualet suyu və nadir hallarda sırf ətir ilə təsəvvür edilir. Ətriyyat istehsalçılarının kolleksiyaları hər il onlarla və yüzlərlə yeni ətirlərlə zənginləşir. Lakin kişi ətirləri onu qadın ətirlərindən ayıran bir sıra xüsusiyyətlərə malikdir. Məsələn, istehsalçılara məlumdur ki, uyğun ətirin seçiminə kişilər qadınlardan fərqli olaraq daha az vaxt sərf edir. Kişi ətriyyatında müəyyən ənənələr mövcuddur, belə ki, kişi odekolonlarının arasında meyvə, çiçək və ya giləmeyvə qoxularına rast gəlinmir, yalnız ağac və ot ətirləri üstünlük təşkil edir.

Kişilər üçün ətirlər analoji qadın məhsulundan daha ucuzdur. Səbəb isə, kişilər üçün nəzərdə tutulmuş tualet suyunda daha az ətirli komponentlərin olmasıdır. Psixoloqların fikrincə, ətirin seçimi insanın xarakterinə əsaslanır. Bir neçə il əvvəl belə bir fikir mövcud idi ki, ətiri uzun müddətə, ideal variantda isə həmişəlik seçmək lazımdır. Sosial rolun, imicin, statusun dəyişikliyi zamanı ətriyyat seçimi də dəyişir. Kişi ətriyyatının xüsusiyyəti ondadır ki, o möhkəmliyi ilə fərqlənir.

 


aKişilər ətir seçərkən məhz növbəti meyarları rəhbər tuturlar :

Ətraf mühit. Tünd ətirlər klub üçün daha uyğundur. Ofis üçün və adi günlərdə isə, kişilər daha yüngül, sadə ətirlərdən istifadə edir. Uğurlu iş adamı üçün ətir sakitlik və nüfuz atmosferini yaratmalıdır.
İlin fəsli və günün vaxtı. Qadın ətirləri kimi, kişi ətirləridə gündüz və gecə üçün nəzərdə tutulmuş ətirlərə bölünürlər. Gənc və dinamik kişilər üçün günün vaxtına görə ətir seçimi xüsusilə aktualdır. Yaşlı, mötəbər kişilər bir ətirdən istifadə etməyə üstünlük verirlər. Bu haqda böyük flakonlarda ətriyyatı istehsal edən markalar yaxşı bilir.
Şəxsi üstünlüklər. Bu sahədə qadınlar xüsusilə ehtiyatlı olmalıdır. Sizin yarınızın xoşuna gələcək ətiri seçmək üçün qulluq üzrə vasitələrə diqqət yetirin və qablaşdırmanın dizaynı və tərkibi, təraş üçün köpüklər, təraşdan sonra kremlər sizin üçün gözəl oriyentir olacaq.
Status, ictimai durum və hətta əhval ruhiyyə. Hələ Orta əsrlər dövründə kişilər üçün bədənə vurulmuş ətirli su onlara öz güclərinə əminlik verib, özünə yüksək qiymət verməsinə imkan yaradıb. Bu müşahidələr nəticəsində isə 19-cu əsrdə İoqan Farino "Köln suyu”-nu – odekolonu yaratmışdı. Müasir ətriyyatda odekolon 3%-ə qədər efir konsentratdan ibarətdir.
Kişilər satıcıların təklif etdiyi ətirin təsvirinə inanır. Satıcı, ətir nəzərdə tutulmuş kişinin tipini təsvir edir və əgər kişi belə olmaq istəyirsə, o bu ətirin ona uyğun olmadığı haqda fikirləşmir. O öz idealının və ətirin xarakteristikasının müqayisəsi əsasında ətiri əldə edir.
Qadınlar, kişilər üçün ətirləri əsasən öz istəklərinə uyğun əldə edirlər. Çünki əksər hallarda ətirlə onlar nəfəs alacaqlar. Ancaq kişilər daha çox belə hədiyyədən gigiyenik vasitə kimi istifadə edirlər, məsələn, təraşdan sonra qıcıqlanmanın profilaktikası üçün.
Sevimli ətirlərlə doldurulmuş həyat, həqiqi məna əldə edir. O dəyişilir, yeni rənglərə və hisslərə boyanır. Daxili hissləri rəhbər tutaraq özünüzü eşidib obrazları və ətirləri seçməyi öyrənmək lazımdır.



Oxşar mövzular:
  • Kişinin güclü olması üçün pul gərəkdirmi?
  • Qadınlar nəyə görə hərbiçi kişiləri sevər?
  • Stressi sakitləşdirən ətirlər
  • Kişilərdəki qadına məxsus xüsusiyyətlər
  • Ətrinizi düzgün seçirsinizmi?


  • Gerİ dön


    6 şərh


    • Kiwi etirlerinden çox xowum gelir=)

    • --------------------------------------------
      Dünən H.O.S.Tu dinləyən bugün H.O.S.Tdan utanır
      Köhnə kitabtək üstümüzə toz dolur...

    • Xəbərlər: 0
    • Şərhlər: 1711
    • İCQ:


    • Kişi ətrindən çox xoşum gəlir nədənsə...Ətir zövqüm də yaxşıdı.Qaqaş ətir seçməyi mənə tapşırıb.Onun ətirlərini ancaq mən seçirəm...

    • --------------------------------------------
      Təbriklər...Əl birliyi ilə qızı saytdan qovduz...Sizə daha sözüm yoxdu...Əgər o qayıtmasa mən də ban elətdirəcəm özümü...

    • Deli_qiz
    • Xəbərlər: 111
    • Şərhlər: 1305
    • İCQ:


    • tewkeurler xebere gore


    • AYNUR
    • Xəbərlər: 27
    • Şərhlər: 2329
    • İCQ:


    • twkler edirem =)


    • farid
    • Xəbərlər: 0
    • Şərhlər: 36
    • İCQ:


    • olursen oz sekilivi reklam eletdirmek ucun

    • --------------------------------------------



    • aysel
    • Xəbərlər: 159
    • Şərhlər: 367
    • İCQ: 123


    • kisi deyilem amma tesekkurler


    • Turanə
    • Xəbərlər: 4
    • Şərhlər: 187
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    ferhadpro
           Нет
    Şərhləri: 3
     
    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III