Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Android üçün yeni servis olacaq

  • Müəllif  Asef

 Google şirkəti smartfon və planşet kompüterlərdə əlavələri mütəmadi yoxlayacaq yeni servisi işə salmaq niyyətindədir. Hazırda proqramları yalnız quraşdırılma zamanı skan etmək mümkündür.

 
 Google Verify Apps funksiyasının ən etibarlı hesab edilməsinə baxmayaraq Android əməliyyat sistemində zərərli proqramlar üçün boşluqlar daha çox aşkar olunur. Belə ki, virusların 97 faizindən çoxu məhz bu sistemin payına düşür. Bundan başqa, qısa müddət ərzində istifadəçilər arasında populyarlıq qazanan son Virus Shield pullu antivirus əlavəsi də saxta çıxıb.
 
AVAST şirkətinin mütəxəssisləri Google Play əlavələr mağazasında istifadəçilərin pulunu oğurlayan Camara Vision Nocturna adlı zərərli proqram aşkarlayıblar. Bildirilir ki, proqram vasitəsilə qaranlıq yerdə işıqlandırıcı olmadan və gecə diqqət çəkmədən şəkillər çəkmək mümkündür. Əslində isə əlavə ödənişli SMS-bildirişlərdə qeydə alınaraq hesabdan pul çıxarır.
 
Google bəyan edir ki, zərərli proqramların yalnız bir faizi Verify Apps təhlükəsizlik sistemini keçmək imkanına malikdir. Lakin şirkətdə güman edirlər ki, bu, yetərli deyil. Çünki Google bu rəqəmi sıfıra endirmək və Androidi daha təhlükəsiz sistemə çevirmək niyyətindədir.
 
Mütəxəssislərin fikrincə, yeni servisin antivirus bazasının daima çoxalması səbəbindən o, ilkin yoxlama zamanı tanımadığı virusları aşkar edə biləcək.
 
ABŞ internet şirkəti olan Google bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda Google dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.
 
Şirkət axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar YouTube videohostinqinin sahibidir, Gmail poçt servisi və Google+ sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün Android əməliyyat sisteminin tərtibatçısıdır.



Oxşar mövzular:
  • Diqqət! Bu təhlükədən xəbəriniz varmı?
  • "Google" 1 milyard xərc çəkdi
  • Ən təhlükəsiz axtarış sistemi
  • Google necə idarə olunur?
  • “Google” internetdə ictimai obyektlərin fotoşəkillərini yerləşdirəcək


  • Gerİ dön


    1 şərh


    • Teşekurler xebere gore


    • AYNUR
    • Xəbərlər: 27
    • Şərhlər: 2329
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    QSDaniel
           315245535
    Şərhləri: 1
     
    DavidVonse
           275344473
    Şərhləri: 1
     
    «     Aprel 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Style I Style II Style III