Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


16 yaşlı qız 9 yaşlı uşağı bıçaqlayıb telefona çəkdi – VİDEO + TƏFƏRRÜATLAR

16 yaşlı qız 9 yaşlı uşağı bıçaqlayıb telefona çəkdi – VİDEO + TƏFƏRRÜATLAR

Vurulduğu yerdən 10 metr sürünüb gəlib...

Masallıda baş vermiş dəhşətli cinayət hadisəsinin bəzi təfərrüatları məlum olub.

Take.Az APA TV-yə istinadən xəbər verir ki, hadisə qisas zəminində törədilib. Xırmandalı kənd sakini, 16 yaşlı Nərminə Ağasəf qızı Şıxıyevanı bir müddət əvvəl rayonun Ərəb kəndində yaşayan xalasının oğlu qaçırıb.

Onların yerini bilən Nərminənin digər xalası Hüsniyyə Vəliyeva bu barədə polisə məlumat verib və Nərminəni qaçıran oğlan yaxalanıb. Bundan qəzəblənən Nərminə yaxın qohumlarından qisas almaq məqsədilə onların evinə gedib. Həmin vaxt ailə torpaq sahəsində çalışırmış. Nərminə xalası ilə söhbət etdikdən sonra 9 yaşlı Həsəni götürərək çay kənarına aparıb və burada uşağa bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Həsənin anası Hüsniyyə Vəliyeva hadisəni belə danışıb:

"Yoldaşım dedi ki, arxasınca get, uşağa xəta yetirər. Dedim heç nə etməz, əlində nə varki? Dedi ki, düş uşağın arxasınca. O, elə-belə gəlməyib. Gəldim gördüm ki, uşağı o vəziyyətə qoyub. Gəlin qışqıra-qışqıra mənə tərəf gəlirdi. Dedi Mahirin uşağı al-qanın içindədir. Gəldim gördüm uşaq al-qanın içindədir. Vurulduğu yerdən 10 metr sürünüb gəlib, yolun üstündə oturub”.

Uşağın öldüyünü zənn edən Nərminə onu kanala atıb. 4 aylıq hamilə olan Nərminə Şıxıyeva törətdiyi əməli mobil telefonunun yaddaşına köçürüb.

Nərminəni qaçıran xalası oğlunun isə azyaşlı qızı qaçırdığı üçün həbsdə olduğu bildirilir..

 

 



Oxşar mövzular:
  • 3 çox təsirli hekayə
  • Azərbaycanda əcaib məxluq?
  • Masallıda dəhşət: 2 yaşlı qız zorlanaraq öldürülüb [video]
  • ŞOK: Üç qoca kişi bir qadını zorladı
  • Dəfnində dirilib su istədi, təkrar öldü


  • Gerİ dön


    4 şərh


    • ayda qorxdume lappppp


    • GuLciK
    • Xəbərlər: 33
    • Şərhlər: 691
    • İCQ:


    • boyyy ay MASHALLAH bu ne ? senaryo olduye lap..

      ALLAH BIZI BELE SHEYLERDEN UZAX ELESINEE...ALLAH BIZI OZU QORUSUN

      teshekkurler..

    • --------------------------------------------
      - Se√gi ??
      ♡Allah♡ &Deyiв SuSuяам
    • .. :)
    • Xəbərlər: 64
    • Şərhlər: 574
    • İCQ:


    • ayda yazig usagin ne gunahi var onu picaglayib ne deyek allah sefa versin


    • AYNUR
    • Xəbərlər: 27
    • Şərhlər: 2329
    • İCQ:


    • yuhhhhhhhhhhh 39


    • Aysel
    • Xəbərlər: 0
    • Şərhlər: 95
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III