Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Şuşasız 22 il...

  • Müəllif  Asef

Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 22 il ötür.

Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır.

1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev muzeyləri yaradılıb, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz hələ öz milli ordusu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi.

Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər.

Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb.

Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb. Şuşanın işğalı nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb. 




Oxşar mövzular:
  • 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür
  • Xocalı soyqırımı - 26 Fevral günü
  • Zəngilanın işğalından 18 il ötür
  • Qubadli 31.08.1993
  • Ağdamın işğalından 18 il ötür


  • Gerİ dön


    13 şərh


    • Sitat: 13FevraL
      Sitat: Burbry
      Cen dumandi Susada
      Nece dozek bu derde
      Dusmen gezir Susada
      Biz dozumlu xalqiq axi 22 il dozen AZerbaycan bunda bele bu amansizliga, haqsizliga dozecek. 1920-ci illerden bu terefe doze-doze gelirik. Susanin Esgeran kimi qalasi, Susa qalasi vaxdi iken Penaheli xanin tikdirdiyi qala ehhhh indi hani? Men bundan artiq serh yazmayacam cunki, duz soz yazanda silinir, kecen defe oldugu kimi. Biz bu vaxda qeder her seyin ustunu ort-basdir ede-ede gelmisik ona gor bu gundeyik. Azerbaycan aglayir amma bu dovletin vetendaslari onun goz yasini silmir, yarasinin uste duz basir.


      :)))bele reyler yazmiyin ...silerler xeberi:)



      Vessalamda sözün düzü hemişe aci gelir Burbry düz deyirde sadece bu millet düzü hec vaxt qebul etmir düzelmeyib ki, düzelmeyecey bundan sonra hele 22 ilde ŞUŞAYA hesret qalacayiq:((

    • --------------------------------------------
      Dünən H.O.S.Tu dinləyən bugün H.O.S.Tdan utanır
      Köhnə kitabtək üstümüzə toz dolur...

    • Xəbərlər: 0
    • Şərhlər: 1711
    • İCQ:


    • hecvaxt SUSANI unutmamisiq unutmariqda inslalh tezlikle dusmen tapdaginan qurtular


    • AYNUR
    • Xəbərlər: 27
    • Şərhlər: 2329
    • İCQ:


    • Vessalamda ;))

    • --------------------------------------------
      *****************************************************

      Bir gun men verdiyim soyuq salamdan..Alisib yanarsan Ehtiyyatli ol...

    • AliCe_WonDer
    • Xəbərlər: 121
    • Şərhlər: 897
    • İCQ:


    • Sitat: Burbry
      Cen dumandi Susada
      Nece dozek bu derde
      Dusmen gezir Susada
      Biz dozumlu xalqiq axi 22 il dozen AZerbaycan bunda bele bu amansizliga, haqsizliga dozecek. 1920-ci illerden bu terefe doze-doze gelirik. Susanin Esgeran kimi qalasi, Susa qalasi vaxdi iken Penaheli xanin tikdirdiyi qala ehhhh indi hani? Men bundan artiq serh yazmayacam cunki, duz soz yazanda silinir, kecen defe oldugu kimi. Biz bu vaxda qeder her seyin ustunu ort-basdir ede-ede gelmisik ona gor bu gundeyik. Azerbaycan aglayir amma bu dovletin vetendaslari onun goz yasini silmir, yarasinin uste duz basir.


      :)))bele reyler yazmiyin ...silerler xeberi:)

    • --------------------------------------------


      Ruhun qarşında baxışlarım bir Tango Kimi idi..Ancaq Nə ruhun Var idi nə baxışların


      Heç ks dostluq atmasin.....

    • Xəbərlər: 88
    • Şərhlər: 889
    • İCQ:


    • xebere gore tewekkur
      tek itirilen gun yada duwurki "bizim" bele torpaqlarimiz var teessuf..ona gore ne uzun uzadi yazmayacam nede bawqa...adi gun kimi davam edirik 22 ildi..yene hele...bax daha buna Umidim qalmayib..alinsada ne vaxtsa bize catmaz...torpaqki 1defe bolundu vse...cetin..

    • --------------------------------------------
      *****************************************************

      Bir gun men verdiyim soyuq salamdan..Alisib yanarsan Ehtiyyatli ol...

    • AliCe_WonDer
    • Xəbərlər: 121
    • Şərhlər: 897
    • İCQ:


    • 54 54 Super xeberdi tesekkur edirem Asef

    • --------------------------------------------


    • S
    • Xəbərlər: 48
    • Şərhlər: 1730
    • İCQ: 5


    • Ne vaxtaa qederr susaciyiqq???.. Bizim Şuşamizda kilseler tikiblerrr.. ALLAH min belalarini versinnn..

    • --------------------------------------------
      Xoşbəxt Olun
      Amma Məndən
      Uzaqda.. Ok?!…

      25 October
      {@y P@r(@m}

    • Riri ^^)
    • Xəbərlər: 121
    • Şərhlər: 2934
    • İCQ:


    • Mənim bir tərəfim Şuşalıdır... Amma heç oranın üzün görməmişəm...
      ALLAH bizə o günü qismət eləsin görək ŞUŞAMIZI....

    • --------------------------------------------
      DƏLİNİN YAŞAMAĞININ
      TWEETY OLDU TƏK NƏDƏNİ!!!

    • Dəli
    • Xəbərlər: 163
    • Şərhlər: 992
    • İCQ:


    • Cen dumandi Susada
      Nece dozek bu derde
      Dusmen gezir Susada
      Biz dozumlu xalqiq axi 22 il dozen AZerbaycan bunda bele bu amansizliga, haqsizliga dozecek. 1920-ci illerden bu terefe doze-doze gelirik. Susanin Esgeran kimi qalasi, Susa qalasi vaxdi iken Penaheli xanin tikdirdiyi qala ehhhh indi hani? Men bundan artiq serh yazmayacam cunki, duz soz yazanda silinir, kecen defe oldugu kimi. Biz bu vaxda qeder her seyin ustunu ort-basdir ede-ede gelmisik ona gor bu gundeyik. Azerbaycan aglayir amma bu dovletin vetendaslari onun goz yasini silmir, yarasinin uste duz basir.


    • Deniz
    • Xəbərlər: 2
    • Şərhlər: 2846
    • İCQ:


    • >:/ cokkk uzgunumm :(((


    • Ayan E-va
    • Xəbərlər: 35
    • Şərhlər: 1346
    • İCQ:


    • Bax bu başqa mesele bunu sabasabadan paylaşinda ALLAH bu menfur qonşularimiza lenet elesin!!!

    • --------------------------------------------
      Dünən H.O.S.Tu dinləyən bugün H.O.S.Tdan utanır
      Köhnə kitabtək üstümüzə toz dolur...

    • Xəbərlər: 0
    • Şərhlər: 1711
    • İCQ:


    • ALLAH ONLARIN CEZASINI ONSUZDA O BIRI DUNYADA VERECEK..BIZIM BURDA..LENET OXUMAGIMIZA EHTIYAC YOXDU..

      Bu gunu UNUTMADIGINIZ uchun chox teshekkurler..

    • --------------------------------------------
      - Se√gi ??
      ♡Allah♡ &Deyiв SuSuяам
    • .. :)
    • Xəbərlər: 64
    • Şərhlər: 574
    • İCQ:


    • ALLAH bu iwde eli olan kimler varsa hamisina lenet elesin

    • --------------------------------------------
      http://imgs.su/tmp/2014-06-10/1402349868-502.jpg
    • ayan
    • Xəbərlər: 0
    • Şərhlər: 435
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III