Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Laçının işğalından 22 il keçir

  • Müəllif  Asef

 

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 22 il ötür. 22 ildir ki, 60 mindən artıq laçınlı respublikanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.

Laçının ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutublar. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib. Qeyd edək ki, rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub. Yerli sakinləri deyir ki, Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib.

Rayon icra hakimiyyətinin şöbə müdiri Məhəmməd Şahbazov bildirmişdir ki, rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb. Qarabağ müharibəsi cəbhələrində 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib.

Yetişməkdə olan nəslin doğma torpağı unutmaması üçün rayonun ümumtəhsil məktəblərində "Laçını necə təsəvvür edirəm”, "Vətənə getməyim gəlir” mövzularında inşa yazı müsabiqələri, "Laçın rayonu haqqında bildiklərimiz” adlı disputlar keçirilir. Bundan əlavə, "Laçın şəhidləri and yerimizdir”, "Laçınlı milli qəhrəmanlar” fotostendləri hazırlanır, Qarabağ müharibəsi iştirakçıları və rayon ziyalıları ilə müntəzəm görüşlər təşkil olunur. Taxtakörpü qəsəbəsində Qarabağ müharibəsində həlak olmuş laçınlıların xatirəsinə abidə kompleksi ucaldılıb.

  22 illik məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, qürurlarını hər zaman qoruyub saxlayan laçınlılar inanırlar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.


Oxşar mövzular:
  • Şuşasız 22 il...
  • 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür
  • Zəngilanın işğalından 18 il ötür
  • Qubadli 31.08.1993
  • Ağdamın işğalından 18 il ötür


  • Gerİ dön


    6 şərh


    • Inwallal Geri alariq Amin!

    • --------------------------------------------
      Goyde axtarib da yerde tapdigim olmadi hec..
      Ama yerde axtarib goyde tapdiqlarim cox oldu......
    • ❤FeRidE❤
    • Xəbərlər: 108
    • Şərhlər: 2405
    • İCQ:


    • bu 22 il ərzində nələr etdikki.. bir hücuma keçsəək hər şey həll olacaqq. nəyi gözlüyürükk kimi gözlüyürüük.. ALLAH Səbr versin...

    • --------------------------------------------
      Xoşbəxt Olun
      Amma Məndən
      Uzaqda.. Ok?!…

      25 October
      {@y P@r(@m}

    • Riri ^^)
    • Xəbərlər: 121
    • Şərhlər: 2934
    • İCQ:


    • Ne xeyri var 22 il erzinde deyillerki alariq inşallah ama hele hec bir deyişiklik yoxdu
      ermenilerde tebii servetlerimizi,medeniyet ocaqlarimizi,torpagimizi istifade edirler özleri ücün onsuzda virana qoyublar her yerleri....bele getse hele bundan bele 22 ilde LACINSIZ qalacayiq... ALLAH sebr versin...

    • --------------------------------------------
      Dünən H.O.S.Tu dinləyən bugün H.O.S.Tdan utanır
      Köhnə kitabtək üstümüzə toz dolur...

    • Xəbərlər: 0
    • Şərhlər: 1711
    • İCQ:


    • LAÇINSIZ 22 İL 54

    • --------------------------------------------


    • S
    • Xəbərlər: 48
    • Şərhlər: 1730
    • İCQ: 5


    • Allah hər birinə rəhmət eləsinnn

    • --------------------------------------------

    • Xəbərlər: 164
    • Şərhlər: 3678
    • İCQ:


    • Qardaşım 22 ildiye uje... (((((

    • --------------------------------------------
      DƏLİNİN YAŞAMAĞININ
      TWEETY OLDU TƏK NƏDƏNİ!!!

    • Dəli
    • Xəbərlər: 163
    • Şərhlər: 992
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III