Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


400G şəbəkəsi istifadəyə verilir

  • Müəllif  Asef

 İKT həlləri tərtibatçısı Huawei şirkəti və Broadnet məlumatların ötürülməsi provayderi Norveçdə regionda ilk dəfə olaraq 400G texnologiyasının kommersiya istifadəsi üçün nəzərdə tutulan İP şəbəkə magistralının (backbone) istifadəyə verilməsini bəyan ediblər. Bunun sayəsində iri şirkətlərə, eləcə də korporativ müştərilərə müxtəlif rabitə xidmətləri göstəriləcək. 

Broadnetin texniki direktoru Morten Torvildsen deyib: Mən əminəm ki, bizim Huawei ilə əməkdaşlığımız gəlirli və səmərəli olacaq. Huaweiin stasionar şəbəkələr və xüsusilə İP-texnologiyalar sahəsində təcrübəsi bizə Norveçdə gələcəyə istiqamətlənən yüksəksürətli və qənaətcil şəbəkə qurmağa imkan verəcək. 
Biz Broadnetə kommersiya 400G İP şəbəkə magistralının həyata keçirilməsində yardımçı olmağımızdan şadıq. Birlikdə biz 400G texnologiyasının sahədə populyarlaşmasına xidmət edəcəyik. Huawei Broadnet ilə yüksək keyfiyyətə və etibarlılığa malik milli Broadnet optik şəbəkəsinin tikintisində əməkdaşlıq etmək niyyətindədir, - Huawei şirkətinin Norveçdəki baş direktoru Erik Çjan bildirib. 
Huawei NE5000E 400G şəbəkə magistralı marşrutlayıcısı elastik yardımçı plataların quraşdırılmasını, eləcə də 100GE, 40GE və 10GE platalarının müxtəlif kombinasiyalarını dəstəkləməklə tutumun hər slot üçün Tbit/saniyə səviyyəsinədək sərbəst genişləndirilməsini təmin edir. Marşrutlayıcının Broadnetə şəbəkə arxitekturasını optimallaşdırmağa və onu daha elastik etməyə, eləcə də hər bit üçün buraxılış zolağına xərcləri azaltmağa imkan verəcəyi gözlənilir.
Şirkətin məlumatına görə, hazırda Huawei 60-dan çox kommersiya 400G şəbəkəsi qurub.



Oxşar mövzular:
  • İnternetə qoşulanların sayı artacaq
  • İlk və 4 terabaytlıq...
  • Ascend P7 mini smartfonu göstərildi
  • Azərbaycanda mobil asıllığa son qoyuldu
  • İnternet: rəqəmlər və faktlar


  • Gerİ dön


    1 şərh


    • Xebere gore twk......

    • --------------------------------------------
      Goyde axtarib da yerde tapdigim olmadi hec..
      Ama yerde axtarib goyde tapdiqlarim cox oldu......
    • ❤FeRidE❤
    • Xəbərlər: 108
    • Şərhlər: 2405
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 3
     
    KHAYYA`M
           Нет
    Şərhləri: 1
     
    Juniorkam
           Нет
    Şərhləri: 1
     
    «     Fevral 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728 
    Style I Style II Style III