reklam
SAQQIZ ÇEYNƏMƏYİN ZİYANLARI SAQQIZ ÇEYNƏMƏYİN ZİYANLARI https://take.az/uploads/posts/2020-12/1607730199_loading.az_image.jpeg
ÊLfidÂ

ÊLfid Sağlamlıq 12-12-2020, 12:00

SAQQIZ ÇEYNƏMƏYİN ZİYANLARI

SAQQIZ ÇEYNƏMƏYİN ZİYANLARI

Terapevt Solmaz Əhmədovanın sözlərinə görə, yeməkdən sonra cəmi 3-5 dəqiqə saqqız çeynəməyin faydası var. Ona görə ki, saqqızı çeynəyərkən mədə şirə buraxır və həzm prosesini yaxşılaşdırır və ağız boşluğunu qalıqlardan təmizləyir. Lakin saqqızı daim çeynəmək pis vərdişə çevrilir və mədə yarası və başqa xəstəliklərin yaranmasına şərait yaradır. Bununla yanaşı, saqqızı uzun müddət çeynəmək dişdəki plombları, qoyma dişləri və s. tərpədir və çıxmasına səbəb olur. "Bəzi adamlar siqaret çəkdikdən sonra iyin keçməsi üçün saqqız çeynəyir ki, bu olduqca ziyandır. Ona görə ki, bu zaman saqqızdakı kanserogen maddələr tütünün zərərli maddələri ilə birgə tüpürcəklə mədəyə daxil olur".

S.Əhmədova reklamlarda saqqızın xeyri barədə, dişlərdə çürümənin qarşısını aldığı haqqında məlumatların verilməsinin yalan olduğunu bildirib: "Reklamlara aldanmayın. Belə ki, saqqız dişlərin yalnız səthini təmizləyir, çürümə isə dişlərin arasında başlayır. Əslində reklamda deyildiyi kimi saqqız xeyirli deyil, zərərli məhsuldur. Saqqızı ac olduqda və ya yeməklərin qəbulu arasındakı fasilələrdə çeynədikdə mədə sürətlə şirə buraxmağa başlayır. Çox vaxt dişləri ağartmaq üçün reklam olunan diş ağardan saqqızdan da istifadə edirlər. Nəticədə isə uzun müddət belə saqqızı çeynədikdə tərkibində olan kimyəvi əlavələr dişləri zədələyərək onların çürüməsini sürətləndirir. Parodontoz, dişləri damaqda boş oturan tərpənən adamlara da saqqız çeynəmək ziyandır".

Saqqız ta qədimdən mövcuddur. Bizim ulu babalarımız bu məqsədlə müxtəlif ağaclardan ifraz olunan qatrandan istifadə edirdilər. İlk saqqız Amerikada XIX əsrin axırlarında istehsal olunub. Onun əsas hissəsini iynəyarpaqlı ağacların qatranı təşkil edirdi.

Müasir saqqızın tərkibində təbii maddələri tapmaq çətindir və ya heç mümkün deyil. Onun əsas hissəsini sintetik polimer təşkil edir. Saqqıza dad və iy əlavə etmək üçün xüsusi rəng və dadvericilər istifadə olunur. Bu maddələr allergiyaya səbəb ola bilər, onlardan bəziləri kanserogen (xərçəng əmələ gətirən) xüsusiyyətlərinə malikdir. Müxtəlif saqqızlara şəkər (karies əmələ gətirə bilər), aspartam maddəsi (baş ağrısı və ürəkbulanmasına səbəb ola bilər), ksilit (işlətmə xüsusiyyətlərinə malikdir) əlavə olunur. Beləliklə, saqqızın tərkibi heç də tam ziyansız deyil. Bu səbəbdən uşaqlara saqqız yalnız istisna hallarda verilə bilər (qida qəbulundan sonra). Bundan əlavə uşaq saqqızların tərkibində şəkər çoxdur və bu heç də xeyirli deyil.
Yəni ki sadəcə istisna hallarda saqqız çeynəmək tövsiyə olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
290 271 299 289 330 315

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.