Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Smartfonlar kompüterləri üstələyəcək

  • Müəllif  Asef

 

Smartfonlar yaxın beş ildə kompüter qurğularının ən sürətlə artan növü olmaqla 2018-ci ildə payı 74,1 faizə çatacaq. Bu barədə IDC analitik şirkətinin hesabatında deyilir. Hesabata əsasən, dünyada smartfonlar masaüstü və mobil kompüterlərdən altı dəfə çox satılacaq.
 
IDC 2013-2018-ci illər ərzində masaüstü kompüterlər, noutbuk, planşet və ikisi birində hibrid qurğularını aid etdiyi ağıllı internet qurğularının (smart-connected device) payını qiymətləndirib. Hesablamalara əsasən, smartfonların satışı bu qrupa ümumi satış həcminin artımını saxlamağa imkan verəcək. 
 2014-cü ildə IDC smartfonların satış həcminin 15,6 faiz artaraq 1,8 milyard ədədə çatacağını proqnozlaşdırır. 2018-ci ildə bu qurğuların satışının 2,4 milyard aparatadək artacağı gözlənilir. Şirkət analitiki Citeş Urbaninin sözlərinə görə, bu dövrdə smartfonlar əksər istifadəçilər üçün birinci və əsas kompüter qurğusu olacaq, fərdi kompüterlər isə əlavə qurğular sinfinə aid ediləcək. 
 
Şirkətin proqnozlarına görə, 2018-ci ilədək smartfonların satış həcmi masaüstü və mobil fərdi kompüterlərin ümumi satışını altı dəfə üstələyəcək. Belə ki, bu müddətdə smartfonların ağıllı internet qurğuları arasında payı 74,1 faiz, planşet və hibridlərin 14,1 faiz, masaüstü kompüter və noutbukların müvafiq olaraq 4,9 və 6,9 faiz təşkil edəcək. Hesabatda qeyd olunur ki, proqnozda 2014-cü ilin birinci rübündə fərdi kompüter və noutbukların zəif satışı nəzərə alınıb.
 
Smartfonların sürətli satışına əsasən Çin, Hindistan və Braziliya kimi inkişaf etməkdə olan bazarlarda ucuz qurğuların satılması sayəsində nail olunub. Buna daha bir səbəb kimi kompüter qurğularının orta qiymətinin aşağı düşməsi göstərilir. IDC-nin hesablamasına görə, 2013-cü ildə qiyməti 200 dollaradək, 200-500 dollaradək və 500 dollardan yuxarı olan ağıllı internet qurğularının payı təxminən eyni - müvafiq olaraq 32,7, 34,3 və 33,0 faiz olub. Artıq 2014-cü ildə IDC bu nisbətin ən ucuz qurğuların xeyrinə dəyişəcəyini proqnozlaşdırır: müvafiq olaraq 37,2, 33,6 və 29,2 faiz.
 
Həmçinin 2018-ci ildə qiyməti 200 dollar təşkil edən aparatların bazarda satılan qurğuların təxminən yarısını – 43,3 faizini təşkil edəcəyi gözlənilir. Bundan başqa, qiyməti 200-500 dollar və 500 dollardan yuxarı olan qurğuların bazar payının 2018-ci ildə müvafiq olaraq 35,6 və 21,1 faiz olacağı proqnozlaşdırılır.


Oxşar mövzular:
  • İnternetə qoşulanların sayı artacaq
  • Dünyada ilk planşeti kim hazırlayıb?
  • Microsoft-un kompüteri ucuzlaşdı
  • İnternet: rəqəmlər və faktlar
  • 2020-ci ilə bütün ev qurğuları internetə bağlı olacaq


  • Gerİ dön


    7 şərh


    • xebere gore tsk


    • I dont love
    • Xəbərlər: 21
    • Şərhlər: 723
    • İCQ:


    • xebere gore cox saq olun...

    • --------------------------------------------

    • vuska
    • Xəbərlər: 88
    • Şərhlər: 422
    • İCQ:


    • xebere gore twk.....

    • --------------------------------------------
      Menasiz Heyatin Caresiz Qonagi
    • nuray
    • Xəbərlər: 1
    • Şərhlər: 848
    • İCQ:


    • Sitat: ^_^NaRa^_^
      lap yaxsi ustelesinler


    • Xəbərlər: 1
    • Şərhlər: 161
    • İCQ:


    • ustelesin axirini gorey ne olacaq

    • --------------------------------------------
      İnsan yıkılırken bıle "Lamelif" gibi devrilmeli bükülmeden.( لا )
      İnsan sevdiğine atılan kurşunları "Cim" gibi alabilmeli bağrına. ( ج )
      İnsan sırtına dağlar yüklendiğinde "Elif" gibi dimdik durabilmeli. (ا ).
      İnsan bir ömür "Kef" gibi sevdiğini kucağında taşıyabilmeli. (ك)
      İnsan sevdiğine ölürken bile "Te" gibi tebes...süm edebilmeli. (ت )
      İnsan bir tek RABB karşısında "Mim" gibi secdeye koymalı başını.. ( م )

    • Zayinkaaaaaaa
    • Xəbərlər: 110
    • Şərhlər: 1561
    • İCQ:


    • Sitat: ^_^NaRa^_^
      lap yaxsi ustelesinler

      təşəkkürlər

    • --------------------------------------------


    • S
    • Xəbərlər: 48
    • Şərhlər: 1730
    • İCQ: 5


    • lap yaxsi ustelesinler


    • Xəbərlər: 10
    • Şərhlər: 549
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    «     May 2022    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III