reklam
"Ən gözəl qadınlar" "Ən gözəl qadınlar" https://take.az/uploads/posts/2021-02/thumbs/1613045544_loading.az_1467791878_c.jpg
ice berg

ice berg Şeirlər 11-02-2021, 18:19

"Ən gözəl qadınlar"

"Ən gözəl qadınlar"
Ən gözəl qadınlar gündüzlər gülüb,
Gecələr gözləri yaşla dolurmuş.
Ən gözəl qadınlar sevgidən məhrum,
Ən gözəl qadınlar tənha olurmuş.

"Ən gözəl qadınlar"
Taleyi əzəldən qara gətirir,
Ömrünün cavanlıq çağın itirir.
Həyatın ən gözəl bahar çağında
Qəlbində qəm əkir, kədər bitirir.


Ən gözəl qadınlar ən gözəl sevər,
Amma ki, sevilməz sevdiyi qədər.
Xəyanət acısı sızladar qəlbin,
Bu nəcür yazıdı, bu nəcür qədər!?


Ən gözəl qadını tanrı qısqanar,
Ən gözəl qadını tanrı sevməzmiş.
Ən gözəl qadına sahib olan kəs,
Heyif ki, qədrini heç vaxt bilməzmiş.

Ən gözəl qadınlar gündüzlər gülüb,
Gecələr gözləri yaşla dolurmuş.
Ən gözəl qadınlar sevgidən məhrum,
Ən gözəl qadınlar tənha olurmuş.


Kənan Rza..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
277 274 314 226 282 271

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.