Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


İnterneti aerostatlar təmin edəcək

  • Müəllif  Asef

Google şirkəti növbəti il planetin ucqar və ya ən kasıb regionlarına yüksəksürətli internet çatdıracaq birinci aerostatlarını işə salmağı planlaşdırır. Bu haqda Project Loon layihəsinin rəhbəri Astro Tellerə istinadən The Wall Street Journal nəşri yazıb.
 
Google artıq bir neçə ildir aerostatların köməyi ilə internetə çıxışı nəzərdə tutan Project Loon layihəsini inkişaf etdirir. Layihə Google X məxfi laboratoriyası çərçivəsində həyata keçirilir.
 Project Loon layihəsinin rəhbəri Astro Teller EmTech konfransında deyib ki, Google ən iddialı layihələrindən biri üzrə arzulanan nəticəyə nail olub və artıq növbəti il daimi əsasda işləyəcək birinci aerostatları buraxmağı planlaşdırır.
 
Layihə yerli internet-provayder tərəfindən xidmət göstərilən yerüstü əsas stansiya, hava şarında quraşdırılmış şəbəkə avadanlığı və sakinlərin evlərində quraşdırılmış antenalardan ibarət şəbəkənin yaradılmasını nəzərdə tutur. Hər bir hava şarı 40 kilometr diametrində əraziyə simsiz internet çatdırmaq imkanına malikdir. Aerostatlar təxminən 20 kilometr hündürlüyündə yerləşir, bu halda kommersiya avialaynerlərinin uçuşuna mane olmur.
 
Google artıq Yeni Zelandiya, Braziliya və ABŞ-ın bir neçə ştatında bu texnologiyanı sınaqdan keçirib.
 
Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, 2014-cü ilin sonunadək planetin əhalisinin təxminən 60%-i (təxminən 4 milyard) əvvəlki kimi internetə çıxışa malik olmayacaq.
 

Həmçinin Facebook sosial şəbəkəsi Internet.org layihəsi çərçivəsində insanların şəbəkəyə qoşulması üzrə innovativ texnologiyalar üzərində işləyir. Facebook martın sonunda Connectivity Lab laboratoriyasının yaradılmasını elan edib. Burada ucqar ərazilərdə yaşayan insanların internetə çıxışını təmin etmək üçün pilotsuz təyyarələr, atmosfer peykləri və lazerlərin hazırlanması planlaşdırılır. 




Oxşar mövzular:
  • Google sürücüsüz avtomobilləri artırır
  • Google kosmosa 180 peyk yollayacaq
  • İnternet üçün pilotçuz təyyarələr
  • Google təyyarə buraxacaq
  • 2015-ci ildən bütün dünyada internet pulsuz olacaq


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    Nunu001
           2003
    Şərhləri: 1
     
    attention
           Нет
    Şərhləri: 1
     
    Sanar
           Нет
    Şərhləri: 1
     
    AlbertoKM
           378254161
    Şərhləri: 1
     
    Sarı mələk
           Нет
    Şərhləri: 1
     
    «     Mart 2020    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III