Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Android" istifadəçiləri, ehtiyatlı olun!

  • Müəllif  Asef

 

”Google Play”də SMS-troyan olduğu aşkar olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) təhlükələrdən qorunmaq üçün "Android” istifadəçilərini qeyri-rəsmi veb-mağazalardan proqram təminatı yükləməməyə çağırır.

, son zamanlarda ”Google Play”də video, musiqi və şəkil yükləmək üçün istifadə olunduğu iddia olunan proqram təminatının, əslində SMS-troyan olduğu aşkar olunub.

Paket adı "com.FREE_APPS_435.android”olan SMS-troyan istifadəçilərə müxtəlif növ şəkil, mahnı tipli məzmunları yükləməyə imkan verən proqram təminatı şəklində təqdim edilib.

İstifadəçi proqram təminatının "Google Play”dəki səhifəsinə daxil olduqda, o, həmin proqramın veb proqramçısının saytına yönləndirilir. Bu zaman ekrana iki banner və keçid çıxır. Bu bannerlər istifadəçilərə göstərilən nömrəyə SMS göndərmək müqabilində məzmun (şəkil, mahnı) endirməyi təklif edir. Son nəticədə göndərilən mesajla istifadəçi hər gün müəyyən məbləğ ödənilərək istifadə oluna bilən xidmətə qoşulur. Eyni zamanda bədniyyətli istifadəçilərin mesajlarına daxil ola, onları oğurlaya və ya mesajlarına cavab verə bilər. Beləliklə, istifadəçi aldadılır, ilkin olaraq ona təklif olunanları əldə edə bilmir, gündəlik onun balansından pul çıxarılır və mesaj yazışmalarında məxfilik pozulmuş olur.

Tədqiqatçılar bu və bənzər troyanların "Android/Trojan.SMS. Agent.” olduğunu qeyd edirlər.

ETM bu kimi təhlükələrdən qorunmaq üçün Android istifadəçilərini qeyri-rəsmi veb-mağazalardan proqram təminatı yükləməməyə çağırır. Eyni zamanada istifadəçilərə mobil antivirus proqramlarından istifadə etməyi tövsiyə edir.


Oxşar mövzular:
  • Hər dəqiqədə 158 yeni
  • Dilmanc tərcüməçinin yeni 3.0 onlayn versiyası istifadəyə verildi
  • MƏMURLARA''iPhone''dan istifadə qadağan edildi
  • Məmurlara "iPhone"dan istifadə qadağan edilib
  • WhatsApp-da təhlükə


  • Gerİ dön


    1 şərh


    • melumat uchun teshekkurler

    • --------------------------------------------

    • nicky
    • Xəbərlər: 87
    • Şərhlər: 1677
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930