Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Enerjini simsiz ötürmək olacaq

  • Müəllif  Asef

 

Mobil qurğu batareyalarının simsiz enerji ilə doldurulması üçün mövcud qurğular enerjini yalnız kiçik məsafəyə (cəmi bir neçə santimetr) ötürmək imkanına malikdir. Energous şirkəti bu vəziyyəti düzəltmək üçün işə başlayıb. Sözügedən şirkətin hazırladığı texnologiya enerjini 15 fut (təxminən 4,7 metr) məsafəyədək simsiz üsulla ötürməyə imkan verir.
 
Energous şirkəti tərəfindən hazırlanmış WattUp adlı sistem enerjinin ötürülməsi üçün radiotezlik, Bluetooth və başqa patentləşmiş texnologiyaların kombinasiyasından istifadə edir. Ötürücü aparat Bluetoothun köməyi ilə uyğun qurğularla əlaqə yaradır. Əlaqə yaradıldıqdan sonra Wi-Fi siqnallarının işlədiyi tezlikdə fokuslanmış radiotezlik siqnallarının ötürülməsi həyata keçirilir. Bu siqnal mobil qurğuya quraşdırılmış xüsusi çipin köməyi ilə sabit cərəyana çevrilir. Mənzili simsiz enerjidoldurma şəbəkəsi ilə tam təmin etmək üçün ötürücü aparatları müxtəlif ev qurğularına (televizor, akustika sistemləri) birləşdirmək olar.
 Energous şirkəti öz texnologiyasını aktiv şəkildə inkişaf etdirir və bir ildən az bir müddətdə enerjinin simsiz ötürülmə səmərəliliyini 20-dən 70 faizədək artırmağa nail olub. Müqayisə üçün, enerjinin kiçik məsafəyə simsiz ötürülməsi üzrə mövcud texnologiyaların səmərəlilik dərəcəsi təxminən 90 faiz təşkil edir. Energous şirkətinin bir ötürücü aparatdan eyni zamanda bir neçə cihazı enerji ilə doldurmaq olar.
 
Energous şirkəti 2016-cı ildə enerjinin simsiz ötürülməsi üzrə öz texnologiyasının kommersiya istismarına başlamaq niyyətindədir


Oxşar mövzular:
  • ABŞ-da 3G şəbəkəsi dayandırılır
  • Google kosmosa 180 peyk yollayacaq
  • 5 metr məsafədə simsiz enerji
  • Apple iPhone üçün yeni modul buraxacaq
  • Sualtı Wi-Fi şəbəkəsi olacaq


  • Gerİ dön


    1 şərh


    • xeberchun teshekkurler..

    • --------------------------------------------

    • nicky
    • Xəbərlər: 87
    • Şərhlər: 1677
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III