reklam
Saçları uzadan təbii üsullar Saçları uzadan təbii üsullar https://take.az/uploads/posts/2021-08/1628494284_loading.az_85def24d88f594a3081d63e9f3006022.jpg
n2006

n2006 özünü 🤔 fikirli hiss edir. Gözəllik 9-08-2021, 17:00

Saçları uzadan təbii üsullar

Saçları uzadan təbii üsullar
Saçların uzanması üçün bəzən kimyəvi tərkibli vasitələrdən də istifadə edirik. Eyni zamanda isti hava, günəş şüaları, fendən istifadə saçların keyfiyyətinin itməsinə, daha tez qırılmasına, hətta getdikcə seyrəlməsinə səbəb olur.

Kakos yağı

Hind qozu yağı zədələnmiş saçları qoruyur, uzanması üçün protein və amin turşularının itkisini azaldır, tərkibində kimyəvi maddələr olan məhsulların yan təsirlərini dəyişir.

Saç dibini bir neçə xörək qaşığı kokos yağı ilə masaj edin və bir saatdan sonra yuyun.

Soğan suyu

Soğan suyu fitokimyəvi birləşmələri sayəsində saçqıranları müalicə edir.

Yarım soğanın suyunu sıxın və saç dərisinə çəkin. Qoxusundan xilas olmaq üçün bol şampunla yuyun. Bunu həftədə iki dəfə edin.

Samanlıq güldəfnəsi


Tərkibindəki bioaktiv birləşmələr daha parlaq saçlara sahib olmağınıza yardımçı olacaq.

Toxumları gecə boyuncu suda saxlayın. Daha sonra onu yaxşıca əzib saçınıza çəkin, su ilə durulayın.

Qatıq

Saçınızın daha tez və saçqıransız uzanmasına kömək edəcək. Saçı daha həcmli və yumşaq edəcək.

Yaşıl çay


Saç tökülməsini azaldacaq və ipək kimi saçlara sahib olmağınıza yardımçı olacaq.

Rozmarin yağı

Bir neçə damla rozmarin yağını başqa bitki yağları ilə qarışdırıb saçınıza çəkin, saç diblərini masaj edin və su ilə durulayın. Tərkibi bu tip yağlar olan şampunlardan da istifadə edə bilərsiniz.

Balıq yağı

Balıq yağını maye və ya kapsul şəklində istehlak etmək saçların uzanmasında böyük rol oynayır. Eyni zamanda saç tökülməsinin də qarşısını alır.

Qəhvə

Kofein saçların uzanmasını sürətləndirir. Eyni zamanda saçın seyrəlməsini azaldır. Bunun üçün hər gün bir fincan qəhvə içməyiniz kifayətdir.

Yumurta

Yumurta saçları sağaldan, qidalandıran, onları mümkün qədər güclü edən çox miqdarda lesitin və protein ehtiva edir. Tərkibində kəpəkdən əziyyət çəkənlərə kömək edə biləcək yüksək miqdarda kükürd də var.

İki yumurtanı iki xörək qaşığı zeytun yağı ilə qarışdırın. Yapışqanlığı azaltmaq üçün yarım stəkan su əlavə edin. Daranmış quru saça çəkin, 30 dəqiqə saxladıqdan sonra yuyun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
237 241 229 227 225 232

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.