Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Google Translate-də sinxron tərcümə olacaq

  • Müəllif  Asef

 

Google Translate əlavəsinin Android mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün növbəti yenilənməsinə populyar dillərin real vaxt rejimində avtomatik tanınması və nitqin mətnli tərcüməsi funksiyası əlavə ediləcək.
 
Google şirkətinin avtomatik tərcümə əlavəsi artıq səslə və ya smartfonun klaviaturasından daxil edilən çoxlu dillərlə işləyir. Google Translate üçün yenilənmə isə şifahi nitqi avtomatik tanımağa imkan verir. Bu isə o deməkdir ki, istifadəçinin əl ilə dil seçməsinə ehtiyac qalmır.
 
Şirkətin texniki direktoru Makdaff Hyuzun sözlərinə görə, hər ay şirkətin xidmətindən 500 milyon aktiv istifadəçi yararlanır. O qeyd edib ki, dil tərcüməsi əksər insanlar üçün tədrisin vacib hissəsidir. Belə ki, internet istifadəçilərinin 90 faizi təxminən 10 dildə danışır.
 
Bundan başqa, Google telefon kamerasını küçədə xarici dildə yazılan yol nişanına tərəf yönəldərək ekranda avtomatik tərcüməni almağa imkan verən funksiya üzərində iş aparır. Oxşar funksionallığa smartfonun kamerası vasitəsilə real vaxt rejimində mətnin tərcüməsini dəstəkləyən Word Lens əlavəsi malikdir.
 
 yenilənmənin nə vaxt işıq görəcəyi barədə məlumat verilmir.
 
Qeyd edək ki, Google ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda Google dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.
 
Google axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar YouTube videohostinqinin sahibidir, Gmail poçt servisi və Google+ sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün Android əməliyyat sisteminin tərtibatçısıdır.


Oxşar mövzular:
  • Google Glass yenilənir
  • Google-a görə dünyanın 20 ən gözəl qadını
  • Microsoft Office-ə pulsuz əvəz yaradıldı
  • Android üçün yeni servis olacaq
  • Dilmanc tərcüməçinin yeni 3.0 onlayn versiyası istifadəyə verildi


  • Gerİ dön


    4 şərh

    • google
    • 16 yanvar 2015 16:17
    •  

    • Sitat: PRENSES-01
      cox saq olun...

    • --------------------------------------------
      FikirleriM AzadliQ... HeyatiM Bo$,,, XeyallariM ArzulaR,,, HeyatiM MenasiZ... EmelleriM GunaH... SoZleriM SetiR Alti..
    • Xəbərlər: 236
    • Şərhlər: 3353
    • İCQ:


    • cox saq olun...

    • --------------------------------------------

    • Xəbərlər: 270
    • Şərhlər: 3252
    • İCQ:


    • Başdıgın oxudum ardın oxumağa erindim amma yaxşıdı


    • Justin
    • Xəbərlər: 1
    • Şərhlər: 13
    • İCQ:


    • melumat uchun teshekkurler

    • --------------------------------------------

    • nicky
    • Xəbərlər: 87
    • Şərhlər: 1677
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    QSDaniel
           315245535
    Şərhləri: 1
     
    DavidVonse
           275344473
    Şərhləri: 1
     
    «     Aprel 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Style I Style II Style III