Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Yeni Windows-da nə var

  • Müəllif  Asef

Microsoft Korporasiyası yeni Windows 10 əməliyyat sistemini təqdim edib.
 
 təqdimatda çıxış edən Windows istehsalı şöbəsinin rəhbəri Terri Mayerson qeyd edib ki, Microsoft Korporasiyası təkmilləşməsi vacib olan sahələri müəyyənləşdirib – bunlar mobillik, etibar və təbii qarşılıqlı əlaqə. Onun sözlərinə görə, Windows 10 əməliyyat sistemindən daha çox istənilən qurğu ilə qarşılıqlı əlaqə yarada bilən xidmətdir. Windows Phone 8.1, Windows 8 və Windows 7 istifadəçiləri üçün Windows 10 il ərzində tam pulsuz olacaq.
 
Korporasiyanın nümayəndəsi bildirib ki, Microsoft əvvəlki Start menyusunu qaytarıb və yeni əməliyyat sistemində onu ekran boyu uzatmaq imkanı mövcuddur, lakin istənilən zaman onu Windows 7-dəki kimi kiçiltmək olar.
 
Yeni əməliyyat sistemində əhəmiyyətli yeniliklərdən biri Cortana səs köməkçisinin bütün qurğular tərəfindən dəstəklənməsidir. Köməkçinin xüsusiyyəti onun təlimi və fərdiləşdirilməsidir – istifadəçilərlə qarşılıqlı əlaqə zamanı Cortana müvafiq məlumat toplayır və onu gələcəkdə daha uğurlu qarşılıqlı əlaqə üçün istifadə edir.
 
Daha bir yenilik əvvəl anons olunmuş Spartan brauzeridir. Onun əsas xüsusiyyətindən biri – brauzer rejimində səhifələrdə qeydlərin saxlanılmasıdır. Onları qoruyub saxlamaq, həmçinin paylaşmaq üçün elektron poçt və ya sosial şəbəkələrdən istifadə etmək mümkündür. Bundan başqa, Spartan brauzerinə də Cortana səs köməkçisi quraşdırılıb.
 

Microsoftun təqdimatında əsl innovativ məhsul əlavə edilmiş reallıq eynəkləri olub. Holoqrafik təsviri gözün tor qişasına proyeksiya salan qurğuya HoloLens adı verilib. Eynəklərə xüsusi olaraq HoloStudio proqramı hazırlanıb ki, bu proqram istifadəçilərə yaradılan 3D obyektlərinin mübadiləsinə, həmçinin 3D printer vasitəsilə alınmış şəkilləri çap etməyə imkan yaradır. 




Oxşar mövzular:
  • Microsoft yeni brauzer hazırlayır
  • Windows 10-da yenilik
  • Windows 98, 16 il əvvəl...
  • Azərbaycanın milli klaviaturası – PÜŞUD
  • Niyə NoteBook-da Windows Vista-n silib WindowsXP-ni yazrlar?


  • Gerİ dön


    4 şərh


    • cox saq olun xebere gore..windows 7,8 iwletmiwem her halda hazir olandan sonra 10-da iwledecem

    • --------------------------------------------

    • Xəbərlər: 270
    • Şərhlər: 3252
    • İCQ:


    • MELUMATA GORE TESEKKURLER

    • --------------------------------------------
      Gülüşünə yağış damcısı dəysə şeir olar
      Bunu bir mən bilirəm bir də göy üzü

    • Princess
    • Xəbərlər: 99
    • Şərhlər: 2171
    • İCQ:


    • təşəkkür...


    • Əhəd Əhədli
    • Xəbərlər: 161
    • Şərhlər: 929
    • İCQ:

    • google
    • 24 yanvar 2015 16:04
    •  

    • xebre gore tewekkur

    • --------------------------------------------
      FikirleriM AzadliQ... HeyatiM Bo$,,, XeyallariM ArzulaR,,, HeyatiM MenasiZ... EmelleriM GunaH... SoZleriM SetiR Alti..
    • Xəbərlər: 236
    • Şərhlər: 3353
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III