Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Səhiyyə Nazirliyi də telekanallardan şikayətləndi

  • Müəllif  Asef

 

"Bu gün Azərbaycanın televiziya kanalları bəzi hallarda dərman vasitələrini və özəl müəssisələrin göstərdiyi tibbi xidmətləri qanunsuz reklam edir". 

Trend-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli parlamentin İqtisadi siyasət komitəsinin martın 10-da keçirilən iclasında "Reklam haqqında” qanunun müzakirəsi zamanı bildirib.

A.Qədirli qeyd edib ki, dərman vasitələrinin və özəl müəssisələr tərəfindən göstərilən tibbi xidmətlərin reklamına Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən xüsusi komissiya icazə verir: "Dərman şirkəti və ya özəl tibbi klinika Səhiyyə Nazirliyinə müraciət edib reklam olunacaq dərman preperatının və yaxud hansısa xidmətin reklamının mətnini və videoçarxını təqdim edir və komissiya qanuna əsaslanaraq müzakirələrdən sonra rəy verir. Təəssüf ki, televiziya kanalları bu qaydaya çox vaxt riayət etmirlər və reklam təqdim edəndə həmin rəyi tələb etmirlər. Biz Milli Televiziya və Radio Şurasına müraciət etmişik, onların da bu istiqamətdə dəstəyini almışıq və telekanallara müraciətlər olunub”.

Onun sözlərinə görə, belə hallar Səhiyyə Nazirliyinin monitorinq qrupu tərəfindən aşkar edilərkən müdaxilə olunur və bunun qarşısı dərhal alınır.

Dərman preparatlarının qiymətinin tənzimlənməsi məsələsinə gəldikdə isə A.Qədirli bildirib ki, Səhiyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə bu məsələyə dair qərar layihəsi hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib: "Hazırda Nazirlər Kabinetində bu məsələ üzərində iş gedir”.



Oxşar mövzular:
  • Vətəndaşların müraciətlərinə baxılması qaydaları dəyişdirilir...
  • "Stomatologiya üzrə lisenziya alıb, amma abortla məşğuldur"
  • Hospitallarda Apple yayılır
  • Ukrayna Azərbaycan peyki ilə yayımlanan televiziya və radio kanallarının sa ...
  • Azərbaycanda şəxsiyyət və ya sürücülük vəsiqəsi alınmasında yenilik


  • Gerİ dön


    1 şərh


    • cox saq olun

    • --------------------------------------------

    • Xəbərlər: 270
    • Şərhlər: 3252
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III