reklam
Ən güclü kimdir? (Bölüm 1) Ən güclü kimdir? (Bölüm 1) https://take.az/uploads/posts/2021-12/1640358484_5741b6a5652eb91a8734840457cb65b9.jpg
XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL Hekayələr 24-12-2021, 22:43

Ən güclü kimdir? (Bölüm 1)

Ən güclü kimdir? (Bölüm 1)
Keçmiş zamanlarda bir daşyonan yaşayırdı. Səhərdən-axşama kimi dağın ətəyindəki daş karxanasında işləyir, alnının təri ilə dolanırdı. Bir gün küçədə öz nökərlərinin əhatəsində, yaraşıqlı atın belində gəzən bir tacir gördü.

Daşyonan taciri süzüb öz-özünə dedi: “Yəqin dünyada özünü ən güclü sayan adam varsa, o da bu tacirdir. Kaş mən də onun kimi güclü olaydım, bu qədər nökərim olaydı”. Ömrü boyu halal zəhmətlə dolanmış və halal çörək yemiş daşyonanın ürəyindən keçənlər Allaha əyan oldu. Allah-təala onun arzusunu yerinə yetirdi, bir an içində daşyonan kişi tacirə döndü. İndi onun saysız-hesabsız sərvəti, ölçüyəgəlməz pulu və hörməti vardı, özünü hamıdan qüvvətli hesab edirdi.

Bir müddət ötüb-keçdi. Bir gün tacir (yəni keçmiş daşyonan) şəhərdə gəzərkən padşahın yoldan keçdiyini gördü. Padşahın cah-cəlalı onun gözlərini qamaşdırdı. Bəs necə, bu boyda məmləkət onun ixtiyarında idi. Hamı, hətta tacir də onun rəiyyyəti sayılırdı. Tacir fikirləşdi: “Mən padşahın yanında heç kiməm. Onun yüz min nəfərlik qoşunu var. Istədiyi an məni aradan götürə bilər. Kaş mən də onun kimi güclü olaydım”. Allah bu dəfə də onun duasını yerinə yetirdi. Dünənki daşyonan, bugünkü tacir indi də padşah oldu.

O özünü çox xoşbəxt hiss edir, əlindəki hədsiz imkandan ləzzət alırdı. Hamı onun qabağında təzim edirdi. Səfərə çıxanda əyanlar ətrafını bürüyürdü, şairlər ona mədhiyyə yazır, qonşu padşahlar hədiyyə göndərirdilər. Günlərin birində padşah (yəni keçmiş daşyonan) yenə şəhərin içinə gəzməyə çıxdı. İsti yay günü idi. Günəşin hərarəti adamın bədənini yandırır, şüaları adamın gözünü deşirdi. Padşahın başının üstünə çətir tutsalar da, istidən nəfəs ala bilmirdi. Öz-özünə dedi: “Günəşin gücünə bax ha. Nə istisinin, nə də işığının qabağını almaq olmur. Mən padşah olsam da, onun əlində aciz qalmışam. Kaş mən də Günəş kimi güclü olaydım”.

Onun arzusu bu dəfə də həyata keçdi. Padşah Günəşə döndü. İndi o, istədiyi yerə işıq saçır, hamını öz hərarəti ilə isidirdi. O, dünyanın qüdrətli padşahlarından da güclü idi. Amma bir gün səmada iri bir bulud göründü. Bulud gəlib-gəlib Günəşin qabağını tutdu. Hava soyudu, qaranlıq çökdü. Günəş buludun əlində acız qaldı. Onu qovmağa gücü çatmırdı. Öz-özünə dedi: “Bulud məndən daha güclü imiş. Onun arxasında əlacsız qalmışam. Kaş mən də bulud kimi güclü olaydım”...


Davamı Gələcək....

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
209 210 266 234 250 252

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.