Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Gün var əsrə bərabər: Ötənləri yada salaq

  • Müəllif  Asef

 

1995-ci ilin bu günü Şengen razılaşması qüvvəyə mindi
Take.Az anspress-ə istinadən martın 26-da tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 26 mart 2015
Hicri: 5 Cəməduəs-sani 1436

İlin 85-ci günü
İlin sonuna 280 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.26
Günəş - 06.36
Zöhr - 12.51
Əsr - 16.47
Məğrib – 19.11
İşa – 20.29

1636 — Hollandiyada Utrext Universiteti yaradıldı.
* * *

1668 — İngiltərə Mumbay üzərində idarəni ələ keçirdi.
* * *

1812 — Zəlzələ Venesuelanın paytaxtı Karakası dağıdır.
* * *

1826 — Frans Şubert ictimaiyyətə özünün yeganə konsertini verdi.
* * *

1939 — Türkiyədə millət vəkili seçimləri keçirildi.
* * *

1995 — Şengen razılaşması qüvvəyə mindi.
* * *

2006 — Şotlandiyada ictimai yerlərdə siqaret çəkmək qadağan olundu.
* * *

1893 – Azərbaycanın məşhur opera müğənnisi Fatma Muxtarova (1893-1972) anadan olub.
* * *

1910 – Görkəmlı teatr və kino aktyoru, SSRİ-nin xalq artisti Ələsgər Ələkbərov (1910-1963) anadan olmuşdur.
* * *

1989 – SSRİ-də alternativlik şəraitində ilk seçkilər keçirilib.
SSRİ Xalq Deputatları Qurultayının 2250 deputat (ərazi, milli-ərazi seçki dairələri və ictimai təşkilatlar üzrə 750 nəfər) yeri uğrunda 10 min namizəd mübarizə aparıb.

Bu, Azərbaycanda da ilk alternativ əsaslı seçki idi. Buna qədər sovet seçkiləri "1 mandat - 1 namizəd” prinsipi ilə keçirilirdi.
* * *

1998 – Prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb.
Fərmanda XIX əsrin əvvəlində Şimali Azərbaycanın Rusiya ilhaqından sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinə tarixi-siyasi qiymət verilib.
Sənəddə erməni millətçi qüvvələri tərəfindən azərbaycanlılara qarşı 1905-1907, 
1918-ci illərdə həyata keçirilmiş qətliamlar, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi yurdlarından 1948-1953-cü illərdəki deportasiyası, 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması, bu prosesin Dağlıq Qarabağda və Ermənistanın işğal etdiyi digər ərazilərdə davam etməsi təhlil olunub.

Fərmana əsasən, 1918-ci il mart soyqırımının tarixi - 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
* * *

2000 – Azərbaycanda 1999-cu il dekabrın 12-də keçirilmiş bələdiyyə seçkilərinin davamı olaraq təkrar seçkilər keçirilib.
Həmin seçkilərdən sonra nəticələri ləğv edilmiş 75 bələdiyyə üzrə ümumilikdə 500-ə yaxın bələdiyyə üzvü seçilib.
* * *

2005 – Yeni Azərbaycan Partiyasının III qurultayında prezident İlham Əliyev təşkilatın yeni sədri seçilib.
İlham Əliyev 1999-cu ilin dekabrında YAP sədrinin müavini, 2001-ci ilin noyabrında isə sədrin 1-ci müavini seçilmişdi.
2003-cü ilin 12 dekabrında Heydər Əlievin vəfatından sonra partiyaya rəhbərlik edirdi.


Oxşar mövzular:
  • 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür
  • Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür
  • 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür
  • Prezidentimizin 50 yaşı tamam olur
  • Ulu öndər Heydər Əliyevin vəfatından 8 il ötür


  • Gerİ dön


    2 şərh


    • xebere gore tesekkur

    • --------------------------------------------
      Youtubede kanalim budu https://www.youtube.com/channel/UCyLOaw8OM1IOTtNLjSisliQ
    • NJRcomps
    • Xəbərlər: 13
    • Şərhlər: 114
    • İCQ:


    • Tesekkurler

    • --------------------------------------------

      Arxamca aktyorluq edenler bılmırkı kınonun rıjıssoru ozumem!
    • ehli beyt asiqi
    • Xəbərlər: 216
    • Şərhlər: 2426
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Avqust 2022    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031