Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Əslində Mən (Roman) - Yaşamaq Gərək...

 

Bəzən düşünürəm, görəsən zaman niyə belə sürətlə keçir gedir? Sanki harasa tələsir... Bəlkə də onu gözləyən kimsə var və onun arxasıyca, ona çatmaqdan ötrü qaçır. Lakin bu tələsmə mənə uşaq vaxtı o qədər də bilinmirdi. Düzünə qalsa hamımıza bilinməyib. Böyüdükcə , illər ötdükcə sanki zaman sürətinin üstünə daha da sürət artırır. Bəlkə də yarı ondan küsüb, inciyib hansısa səbəbdən dolayı və zaman əfv edilməkdən ötrü yorulmadan qaçır yarının arxasıyca. Elədirsə, o zaman biz bir zaman qədər ola bilmirik. Birini sevirik heç 5 gün çəkmir, başqasını görüb ona vurulur digərinisə unuduruq. Nəbilim. Bəzən zamanı tez keçdiyinə görə qınasam da, bəzənsə bunun tamam ayrı tərəfini düşünürəm, yəni mövzuya bir də müsbət gözlə baxmağa çalışıram. Zaman keçdikcə insan geridə nə qədər ağrı,acı qoyur və illər sənə unutdurur çox şeyi. Sən illər keçdikcə tanıyırsan ətrafındakıları. Necə ki, 11 il eyni sinifdə, eyni məktəbdə təhsil aldığın sinifyoldaşlarını , ancaq 11-ci sinifin sonunda, məzun olduğunda tanıyırsan. Necə deyərlər, "çoxlarının maskası düşür” . Xeyr , mən heç kimi qınamıram. Olduğunu demək, qınamaq deyil ki?
   Neçə gün idi ki, Əhməd mənə zəng vururdu. Mən isə işdə olanda telefonu səssiz rejimə qoyurdum deyə zəng gələndə eşitmirdim. Amma zəng etdiyini görəndə də zəng etmirdim. Məndə belə bir xasiyyət var idi ki, əgər biri mənə zəng edib də mən ya götürməmişəmsə, ya da eşitməmişəmsə özüm zəng etmirəm. Vacib işi varsa məndə onsuzda özü yenidən zəng edəcək.
23 avqust. Bu gün anladım niyə Əhmədin belə tez-tez mənə zəng etdiyini. Məgər ki, toyu imiş. İşdə olan zaman mənə dəvətnamə gəlmişdi Əhməddən. Dəvətnaməni açdım, oxudum, ilk öncə içimdən Əhmədi nəyi var söymək gəldi, daha sonra isə keçmiş keçmişdə qaldı deyərək Xoşbəxtlik dilədim ona ürəyimdə könülsüz şəkildə. Deyəcəksiz niyə söydün və niyə daha sonra xoşbəxtlik dilədin? Əhməd evlənirdi, evlənirdi də... Günəşlə evlənirdi, amma. Bilmədim Əhmədə dostmu deyim yoxsa düşmənmi? Hər nəysə. Mən keçmişi unutdum nəticədə, unutdum deyərkən silib atmağı nəzərdə tutmuram. Sadəcə keçmişlə yaşamıram daha. Toy avqustun 25-i idi. Gedəcəkdim, mən qorxaq filan deyildim ki də getməyim.
   Mən Əhmədi məktəb illərindən tanıyıram. Paralel siniflərdə oxusaq da, elə uşaqlıqdan yaxın dost olmuşuq. Nə dərdim olubsa gedib ona danışmışam. Mən danışardım hər dəfə özümdən o isə susat və heç qətiyyən özündən danışmazdı. Hər nə isə arxasıycan pis danışmaq istəmirəm. Əhməd də dost sözü altında gizlənən biri çıxdı. O gün axşam evə gəldim və fikrim qarışıq idi. Nə edim, nə edim deyə düşünərkən, oturub şeir yazmaq keçdi içimdən və yazdım...
 
      Bu gün insanlıqdan danışan dostum,
Sabah insanlıqdan çıxıb rədd olur
Bu gün dostluqmuzdan danışan dostum
Sabah dostluğumdan çıxır dərd olur
...
Dərd olur qəlbimə, dərd olur mənə
Salır o fikrimi dumana, çənə
Özünü göylərlə aparan dostum,
Söylə,.nə deyim ki, axı mən sənə?
..
Hər sözdən inciyib küsürsən belə,
Dediyim sözləri verirsən yelə
Niyə tez baxlrsan kürəymə belə?
Olmaya bıçaqçun yerə axtarırsan?
...
Dayanma axtar hey bəlkə taparsan
Sən də hərkəstəki yaralayarsan
Qorxma, öyrəncəliyəm, amma unutma
Bıçağı vurub da özün yanarsan
...
Yaxşısı bıçağı sən qoy cibinə
Sahib ol dilinə, həm də əlinə
Düşmə gəl sən mənim,.mənim günümə
Bıçağı cibində saxla çlxarma!
...
Demirəm ən yaxın insan ol mənə,
Demirəm nə ögzə, yad ol sən mənə
Demirəm içimi boşaltmaq üçün
Hər dəqiqə döygünən durmadan çənə...
...
Yaxşısı yerini özün yaxşı bil
Ehtiyac qalmasın mənim sözümə
Əsəbdən tökməyim üstündə mən dil
Onsuz əsəblərim baxmır sözümə
...
Yaxşısı bilirsən nə istəyirəm?
Rədd ol həyatımdan, rədd ol ömrümdən
Səntəki birini heç istəmirəm.
Rədd ol bu ömrümün hər səhifəsindən
...
Artıq istəmirəm heç kim, heç nəyi
Mən özüm-özümçün yaşayam gərək
Artıq salmayacam dərdi və səri
Mən özüm - özümçün yaşayam gərək!
 
 
Həqiqətən də hər kəs göründüyü kimi olmur. Adicə üzdən gözəl bir xanım tutaq ki, üzü gözəl ola bilər, amma içinin, ürəyinin necə olacağını ilk baxışdan duya, görə bilməzsən. Bunun üçün zaman gərəklidir. Və həqiqətən də həyatda 70/100 özün üçün yaşamaq gərəkdir. Çünki bu həyat sənə verilib, sənindir. Özgəsinə məxsus deyil. Xeyr, mən demirəm ki, özün üçün yaşa və ətrafdakıları unut. Əlbəttə ki, unutma. Onları dinlə, yardım et, amma hər şeyin bir norması var. Normadan kənara çıxma, bu qədər.       
25 avqust. Əhməd və Günəşin toyu idi bu gün. Səhər yuxudan qalxdım və bazar günü idi. Bu gün iş yox idi nəticədə. İstirahət gününə salmışdılar toyu yaxşı ki. Qətiyyən tərəddüd etmədim toya getmək barəsində. "Keçmiş tozdur üflə getsin” deyirlər bəzən. Bəli keçmiş tozdur sən sağdan üfürə bilərsən tozu ama toz hava vasitəsilə fırlanıb, yenə ya olduğu yerə qayıdacaq ya da başqa bir yerə. Qısacası tozu üfləmək mənasızdır, bacarırsansa bir vasitə ilə sil getsin o tozu. Və yaşayırsansa həmən vasitə təkcə ölməkdir. Tozu silmək üçün ölməlisən.
 
Toy başladı və masada keçib əyləşdim. Susub izləyirdim, ancaq. Zaman ilərləyirdi və toyun ortalarına doğru.
-         Axşamınız xeyir olsun, ilk öncə dəvəti dəyərləndirib , bizimlə xoş günümüzü bölüşməyə gələn hər kəsə təşəkkürümüzü bildiriri ; deyə Əhməd başladı sözə. Az sonra alqışlar eşidildi.
-         Təşəkkürlər alqışlarınıza görə. Bu gün bu zalda mənim uşaqlıq dostum əyləşib. Yəqin ki, özü bildi kimdi, Aydın lütfən yanıma gəl. Ayağa qalxıb Əhmədin yanına gəldim.
-         Aydın, bilirəm təbrik etmək istəyirsən, amma təbrikini bir az fərqli şəkildə etsən, özünəməxsus tərzdə necə olar? Bir şeir söylə bizə.
-         Yox, qalsın sadəcə təbrik etmək istəyirəm.
-         Əziz dostunun qəlbini qıracaqsan?
-         Yaxşı o zaman.
-         Buyur.
-         İLk öncə hər kəsin axşamı xeyir. Əziz dostum Əhməd, səni və Günəşi təbrik edirəm. Ümidvaram ki, hər zaman bir-birinizə inanar, güvənərsiniz. Eviniz inam, güvən , sevgi qoxar. Mən demirəm ki, günün 24 saatı xoşbəxt olun, bunun əksini də demirəm, amma. İnsa həyatda acılar, ağrılar çəkməlidir. Çəkməlidir ki, gələcəkdə yaşayacağı xoşbəxtliklərin qədrini bilsin. İnsan yaşadığı xoşbəxtliyin qədrini bilmədikdə isə bədbəxtliyə düçar olur. Həyatda hər şey müsbətə doğru dəyişir onsuzda. Mən burada sürrealist cümlələr qurmaq istəmirəm. Sadəcə bir-birinizin qədrini bilin o qədər. Və indi keçim şeirə. İçimdən gələn şeiri deyəcəm, yəni kimsə sonrada deməsin ki, Aydın niyə ortama , mövzuya uyğun şeir demədi.
-         Buyur qardaşım, ürəyin nə istəyirsə de.
-         Çox sağ ol.
                 
 
          
Qaçaq gedək bu şəhərin hər tingə və dalanından
Qaçaq gedək boz kütlənin yalanından
Qaçaq gedək, ayrılma sən, heç.yanımdan
Sən olmasan mən Heç.nəyəm
Təkcə inan mən səninəm...
...
Xəyallarmın hamısı sən,
Təkcə sənlə gülürəm mən
Saçlarıma yağarsa dən
Qoy ki, sənlə yağsın,canım
Sənə gəlir tüm yollarım
...
Gəl qapama yollarımı,
Qırma mənim qollarımı
Uzat mənə qollarını
Qucaqlayım səni bu gün
Azı bu gün çəkmim zülüm...
....
Həyatımın mənası sən,
Sənsiz necə yaşaram mən?.
Mənə gəlsən, heç.getməsən?!
Bircə ömür birgə qalsaq
Və Yanbayan biz yaşlansaq.
...
Təkcə arzum budur mənim
Tutum sənin o əllərin
Baxsın gözümə o gözlərin
Və söyləsin : "Mən səninəm"
Səndən özgə heç kiminəm...
 
-         Təşəkkürlər. Alqış səsləri ilə birgə mən keçib yerimə əyləşdim. Fikrim Günəşdə idi, mən şeiri deməzdən öncə üzündə xoşbəxt bir gülümsəmə vardı, dedikdən sonra isə həmən gülümsəməni fikirli bir hal aldı.
   Bəzən biz üzərimə hücum edən dərdlər səbəbindən həyatı qınayırıq. Məncə bu düzgün deyil. Həyat deyə bir söz var sadəcə və həyat sadəcə yaşamaqdan ibarətdir və yaşayan biziksə deməli Həyat da məhz bizik. O zaman üzərimizə hücum edən dərdlərin yaranmasına səbəb elə özümüzük. İnsan kimi yaşaya bilmirik biz. Biz bu gün dənizdə quş kimi süzməyi bacarırıq təyyarə, helikopter vasitəsilə, suda balıq kimi üzməyi də həmçinin. Lakin özümüz ola bilmirik ki, bilmirik. Olsun, amma bütün bunlara baxmayaraq bir gün bunları da bacaracağıq bilirəm. Yaşamaq gərək ya adam kimi ya da bir təhər. Yaşamaq gərək sadəcə... Yaşamaq gərək...
Müəllif: Əhəd Əhədli
Hekayeni başqa bir saytda paylaşan zaman müəllifin adını qeyd edin ki, müəllif hüquqları itməsin...


Oxşar mövzular:
  • Əslində Mən (Roman) - Sonrakı Peşmançılığın Yox ki Faydası...
  • Əslində Mən (Roman) -Biri məni oyatsın...
  • Əslində Mən (Roman) -MəN Heç Nə Bilmirəm...
  • Əslində Mən (Roman) - Bəzən Bir Ümid...
  • Dost!


  • Gerİ dön


    5 şərh


    • şeirlər çox xoşuma gəldi təşəkkürlər

    • --------------------------------------------

    • Xəbərlər: 270
    • Şərhlər: 3252
    • İCQ:


    • Tewekkurler


    • Okerka
    • Xəbərlər: 1
    • Şərhlər: 288
    • İCQ:

    • Suzi
    • 7 aprel 2015 10:34
    •  

    • oxumadim ee canim yenede tesekkurler..

    • --------------------------------------------
      YeNi HeYaT...
    • �?�••.PiSkopaT�?�••.
    • Xəbərlər: 95
    • Şərhlər: 833
    • İCQ:


    • Təşəklürlər roman və şeir üçün

    • --------------------------------------------
      Ən acı verən şey onu başqasıyla gördükdən sonra hələ də sevməyə davam etməkdir
    • TəRaNə♥
    • Xəbərlər: 0
    • Şərhlər: 624
    • İCQ:

    • google
    • 7 aprel 2015 08:50
    •  

    • ikinci weiri cox beyendim 09 .Ehmed Aydinin sevdiyi qizi elinen alib hele bir utanmaz utanmaz toya cagirir usdelik onlara xowbextlik arzulamaq ucun soz verir.insan sevdiyine bawqa biri ile xowbextlik nece diliye biler..tewekkurler. 04

    • --------------------------------------------
      FikirleriM AzadliQ... HeyatiM Bo$,,, XeyallariM ArzulaR,,, HeyatiM MenasiZ... EmelleriM GunaH... SoZleriM SetiR Alti..
    • Xəbərlər: 236
    • Şərhlər: 3353
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    narmin776
           Нет
    Şərhləri: 1
     
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III