Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Mobil ödənişlər populyarlaşır

  • Müəllif  Asef

 

Proqnozlara görə, 185 milyon Avropa istehlakçısı növbəti 12 ay ərzində ödənişlər etmək üçün mobil əlavələrdən istifadə edəcək.
 
Bu barədə dünyada 14 min nəfər arasında sorğu keçirən ING şirkətinin hesabatında deyilir. Bu gün mobil qurğu (smartfon və ya planşet) sahibi olan avropalıların 33 faizi mobil ödəniş əlavələrdən istifadə edirsə, 2015-ci ildə bu rəqəm 51 faizədək artacaq.
 
Take.Az ICTnews-a istinadən bildirir ki, mobil əlavələrdən daha çox Türkiyə və Polşada istifadə olunur. Bu ölkələrdə mobil qurğu sahiblərinin müvafiq olaraq 56 və 43 faizi telefon və ya planşet vasitəsilə ödəniş etməyə üstünlük verir. Niderland dünyanın ən inkişaf etmiş mobil bankçılıq bazarı seçilib. Bu göstərici üzrə ikinci yerdə ABŞ, üçüncüdə Böyük Britaniya qərarlaşıb.
 
Ümumilikdə rəyi soruşulan avropalıların yarısı bildirib ki, onlar son 12 ayda nağd ödənişlərdən az istifadə etməyə başlayıb. Banknot və qəpiklərdən hamıdan tez Türkiyə, Polşa və İtaliya sakinləri imtina edir.
 
Nağd pullardan cəmiyyətdə hələ də geniş istifadə olunmasına baxmayaraq mobil ödəniş əlavələri istehlakçılara maliyyə vəsaitlərini idarə etməkdə daha çox sərbəstlik verir. Mobil bankçılıq əlavələrində pul axınının daim görünməsi də istifadəçilərə vəsaitlərini yaxşı idarə etməyə şərait yaradır, - ING-in baş iqtisadçısı İen Brayt deyib.


Oxşar mövzular:
  • Amerikalılar smartfonu bahalı sayırlar...
  • Şirkətlər də smartfon "tor"una düşüblər
  • 1 ildə 10 milyard dollar qazandılar
  • Mobil danışığa nə qədər pul xərcləyirik?
  • Dünyada nə qədər mobil telefon istifadəçisi var?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III