Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Azərbaycanda reklamlarla bağlı hansı qadağalar olacaq?

  • Müəllif  Asef

 

"Reklam haqqında” Qanun layihəsi üçüncü oxunuşda müzakirə edilmək üçün Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.

Trend-in məlumatına görə, bu barədə qərar Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, qanun layihəsində bir sıra qadağalar nəzərdə tutulur. Belə ki, yeni qanun layihəsinə əsasən, Azərbaycanda dərslik, dərs vəsaiti, tədris materialı, məktəb gündəliyi, dəftər, albom, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz. Həmçinin yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə onlara aid olmayan əmtəələrin, alkoqollu içkilərin reklamı qadağandır.

Bununla yanaşı, teatr tamaşasının gedişində və kinofilmlərin nümayişi zamanı reklamın yayımlanması qadağan edilir.

Yeni layihəyə əsasən, dövlət və bələdiyyə orqanlarının yerləşdiyi binalarda, tarixi və memarlıq abidələrinə aid edilmiş tikililərdə reklamın yerləşdirilməsi qadağan edilir.

Eyni zamanda, Azərbaycan ərazisində hərbi təyinatlı bütün növ silahların, texnikanın (icazə verilmiş ov və idman silahları istisna olmaqla) reklamı qadağan edilir. Yeni layihəyə əsasən, hərbi təyinatlı silahların və texnikanın reklamı Azərbaycanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə və sərgilərdə ola bilər.

Həmçinin yeni qanun layihəsinə əsasən, mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil, səhiyyə müəssisələrindən ən azı 100 metr uzaqda olan reklam daşıyıcılarında yerləşdirilməlidir.

Yeni qanun layihəsində Azərbaycanda idman-mərc oyunlarının reklam vaxtının məhdudlaşdırılaraq axşam saat 23:00-dan səhər saat 07:00-a qədər yayımlanması, sosial reklamların isə səhər saat 09:00-dan axşam saat 00:00-a qədər yayımlanması təklif olunur.


Oxşar mövzular:
  • İran və Gürcüstandan Azərbaycana gələnlərin sayı 3-4% azalıb...
  • Vətəndaşların müraciətlərinə baxılması qaydaları dəyişdirilir...
  • Nankör övladlar Cezalandırılar!!!
  • Bayraq günü
  • Siqaretin 18 yaşına çatmayanlara satılması qadağandır


  • Gerİ dön


    1 şərh


    • Xəbər üçün təşəkkürlər

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyun 2017    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    ❤BANUUŞŞŞŞ🍓😍

    ❤BANUUŞŞŞŞ🍓😍

    1-06-2017, 11:36

    ⓁⓞⓋⓔ

    ⓁⓞⓋⓔ

    3-06-2017, 14:26

    Style I Style II Style III